02/07/2022
➡Diabetik neyropatiya orqanizmin müxtəlif hissələrində sinirlərin yüksək qan şəkərləri səbəbiylə zədələnməsidir.
✔️Periferik diabetik neyropatiyada-əzələlərin hərəkətini və dərinin toxunma hissini idarə edən sinirlər zədələnir
✔️Vegetativ (avtonom) diabetik neyropatiyalarda-orqanları kontrol edən sinirlər zədələnir
➡Bu klinik vəziyyət fərqli xəstələrdə fərqli olur. Bəzi diabetiklər toxunma hissini, temperatur fərqini və ağrı qıcığına qarşı reaksiyanı getdikce daha az hiss edərlər. Yüksək faiz xəstələrdə rahatsız edici hisslər yaranır. Məsələn, qarışqa yeriməsi hissi, keyimə hissi, şiddətli ağrı hissi. Adətən bu hisslər gecələr, sakit zaman daha çox olur.
➡Həzm sistemində zədələnmə varsa mədə bulantısı, şişkinlik, ishal və ya qəbizlik ola bilər. Həmçinin sidik kisəsinin boşalmasında gecikmələr ola bilər, xəstə sidik kisəsinin dolu olmasını hiss etməz. Lal infarkt dediyimiz hal ürəkdə şəkər yüksəkliyi ilə bağlı sinirlərin zədələnməsinin nəticəsidir. Xəstə infark keçirir, amma ağrı hiss etmir. Bu olduqca təhlükəli haldır. Qanda şəkər səviyyəsinin daim kontrolda olması şəkərli diabetin uzaq ağırlaşmalarından bizi qoruya bilər.
Ətraflı məlumat üçün⬇
📍 Respublika Diaqnostika Mərkəzi Bakı,Tbilisi prospekti 147
📞 (+994 50) 657 00 06