Yeni Klinika

Yeni Klinika Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

23/05/2026

Bədəninizdəki dəyişikliklər təsadüfi olmaya bilər ❗️

Bəs nə zaman endokrinoloqa müraciət etmək lazımdır?

Həkim-endokrinoloq Səbinə Paşayeva videoda cavablandırıb.

22/05/2026
Pulmonologiya mütəxəssisləri Yeni Klinikada bir araya gəliblərSəhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Pulmonol...
21/05/2026

Pulmonologiya mütəxəssisləri Yeni Klinikada bir araya gəliblər

Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Pulmonologiya Cəmiyyəti və Türk Toraks Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada “Ağciyərin Xroniki Obstruktiv Xəstəliyində nəzəriyyədən praktikaya: fərdiləşdirilmiş müalicə yanaşmaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Açılış nitqləri ilə Yeni Klinikanın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Zəhra Vəzirova, Azərbaycan Pulmonologiya Cəmiyyətinin sədri Çağla Xurşud Hüseynova və Türk Toraks Dərnəyinin ikinci sədri professor Oğuz Kılınç çıxış ediblər.

Konfransda ağciyərin xroniki obstruktiv xəstəliyinin (AXOX) risk faktorları, erkən diaqnostika, müasir müalicə yanaşmaları, pulmonar reabilitasiya və xəstə maarifləndirilməsi kimi mühüm mövzular geniş şəkildə müzakirə olunub.

Tədbirdə Türkiyədən dəvət olunmuş nüfuzlu mütəxəssislər – professor Oğuz Kılınç, professor Yelda Varol, dosent Aslıhan Gürün Kaya, professor Cantürk Taşçı və professor Deniz Doğan elmi təqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində beynəlxalq təcrübə mübadiləsi, multidisiplinar əməkdaşlığın gücləndirilməsi və fərdiləşdirilmiş müalicə prinsiplərinin klinik praktikaya inteqrasiyası xüsusi diqqət mərkəzində olub.

⚠️Sinə ağrısı, nəfəs darlığı, yüksək hərarət — hansı hallarda dərhal təcili yardıma müraciət edilməlidir?CBC FM radiosun...
19/05/2026

⚠️Sinə ağrısı, nəfəs darlığı, yüksək hərarət — hansı hallarda dərhal təcili yardıma müraciət edilməlidir?

CBC FM radiosunda yayımlanan və Yeni Klinikanın əməkdaşı Eyyub Məmmədoğlunun təqdim etdiyi “Həkim vaxtı” verilişinin budəfəki qonağı Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Fəxriyə Quliyevadır.

Veriliş zamanı təcili tibbi yardımın əhəmiyyəti, həyati risk yaradan simptomlar və hansı hallarda vaxt itirmədən təcili yardıma müraciət edilməli olduğu barədə ətraflı məlumat verilib.

Aparıcı: Eyyub MəmmədoğluQonaq: Azərbaycan Tibb Universitetinin “Təcili Tibb” kafedrasının asistenti, Yeni Klinikanın Təcili Tibbi Yardım şöbəsinin müdiri Fə...

18/05/2026

✨ Bəzi xəstəliklərdə oksigen sadəcə nəfəs deyil — müalicənin vacib hissəsidir.

“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri artıq Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur.

✅ HBOT zamanı pasiyent yüksək təzyiqli xüsusi kamerada 100% oksigenlə nəfəs alır. Bu proses toxumaların oksigenlə təminatını artırmağa, sağalma və bərpa prosesini dəstəkləməyə kömək edə bilər.

Hiperbarik oksigen terapiyası aşağıdakı hallarda istifadə oluna bilər:

✅ Karbonmonoksid zəhərlənməsi
✅ Diabetik ayaq yaraları və gec sağalan yaralar
✅ Radiasiya sonrası toxuma zədələnmələri
✅ Ağır infeksiyalar və yumşaq toxuma zədələnmələri
✅ Yanıqlar
✅ Dekompressiya xəstəliyi
✅ Hava və qaz emboliyası
✅ Travmatik toxuma zədələri
✅ Bəzi sümük və dəri infeksiyaları

Müasir tibbdə HBOT bir çox sahədə kompleks müalicə yanaşmasının tərkib hissəsi kimi tətbiq olunur.

⚠️Yüksək arterial təzyiq illərlə heç bir əlamət olmadan ürək, beyin və böyrəklərə zərər verə bilər.🩺 Ümumdünya Hipertoni...
17/05/2026

⚠️Yüksək arterial təzyiq illərlə heç bir əlamət olmadan ürək, beyin və böyrəklərə zərər verə bilər.

🩺 Ümumdünya Hipertoniya Günündə unutmayaq:

🔹Təzyiqinizi mütəmadi ölçün
🔹Duz və şəkər istifadəsini azaldın
🔹Fiziki aktivliyi artırın
🔹Siqaret və alkoqoldan uzaq durun
🔹Stressdən uzaq durmağa çalışın
🔷Həkim təyinatı olmadan dərman preparatları qəbul etməyin

15/05/2026

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.

Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.

Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.

Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.

Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.

13/05/2026

📲 “e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırır

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.

Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

🔗 “mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
🔹 LinkedIn: https://www.linkedin.com/company/mygovaz/about/
🔹 Facebook: https://www.facebook.com/mygovaz
🔹 Instagram: https://www.instagram.com/mygov.azerbaijan/

Bu gün müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Ulu Öndərin əzi...
10/05/2026

Bu gün müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

TƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) f...
05/05/2026

TƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.

İki gün davam edən tədbir elmi yeniliklərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Qalib İmanov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapevtika kafedrasının professoru Nailə Məmmədova, Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsinin dekan müavini Prof. Dr. Muhammed Kılınç, PhD Mehmet Gürhan Karakaya, Prof.PhD Zübeyir Sarı, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, eləcə də Azərbaycan Tibb Universitetinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndələri, həmçinin Türkiyədən dəvət olunmuş professor və tibb mütəxəssisləri iştirak ediblər.

Fizioterapiya və reabilitasiyanın həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən A.İsrafilov bu sahədə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Q.İmanov reabilitasiya xidmətlərinin müasir səhiyyədə prioritet olması və konqresin beynəlxalq əməkdaşlıq üçün önəmindən danışıb.

Professor Nailə Məmmədova tibbi turizmdə reabilitasiyanın roluna diqqət çəkib və Azərbaycanın bu istiqamətdə potensialını qeyd edib. Prof. Dr. Muhammed Kılınç konqresin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin müasir standartlara uyğun fəaliyyət göstərdiyini bildirib.

Direktor müavini Pərvin Əkbərov isə konqresin əsas məqsədinin innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası olduğunu qeyd edib. Konqres çərçivəsində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi və geyilə bilən texnologiyalar üzrə ən son elmi tədqiqatlar təqdim olunub.

Mütəxəssislər müasir fizioterapiya metodları və pasiyent mərkəzli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində müxtəlif panel müzakirələri təşkil olunub, robotik reabilitasiya, protez-ortez texnologiyaları və neyroreabilitasiya sahəsində innovativ yanaşmalar müzakirə edilib.

❗️Sadə görünən bir qaydaya əməl etməmək – əl gigiyenasına laqeyd yanaşmaq müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılm...
05/05/2026

❗️Sadə görünən bir qaydaya əməl etməmək – əl gigiyenasına laqeyd yanaşmaq müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılmasına və ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

🌎 5 May – Ümumdünya Əl Gigiyenası Günü münasibətilə Yeni Klinikada tibb işçiləri üçün “Əl gigiyenası və infeksiyaların profilaktikasında rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı əl gigiyenasının yoluxucu xəstəliklərin qarşısının alınmasındakı həlledici rolu, tibb müəssisələrində düzgün gigiyenik davranış qaydaları və bu sahədə davamlı maarifləndirmənin əhəmiyyəti aydın və praktiki nümunələrlə iştirakçılara çatdırılıb.

Yeni Klinikada bu istiqamətdə olan təlimlər sistemli şəkildə davam etdirilir. Belə ki, hər ayın 4 günü əl gigiyenasına həsr olunan təlimlər keçirilir və tibb əməkdaşlarının bilik və bacarıqları mütəmadi olaraq yenilənir.

📌Unutmayaq ki, əl gigiyenasının təşviqi yalnız səhiyyə işçiləri üçün deyil, bütövlükdə cəmiyyətin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

Address

Bakı şəhəri, Nizami Rayonu, Heydər Əliyev Pr. 142
Baku
AZ1000

Telephone

+994125056231

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Klinika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yeni Klinika:

Share

Category