Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”

“Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla yaxından əməkdaşlıq etmək, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakt

erli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

“Yalama Aqropark”da könüllü qanvermə aksiyası keçirilibSəhiyyə Nazirliyi Respublika Qan Bankının Quba bölməsinin təşkila...
25/08/2026

“Yalama Aqropark”da könüllü qanvermə aksiyası keçirilib
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Quba bölməsinin təşkilatçılığı ilə “Yalama Aqropark”da könüllü qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunan aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların qan və qan komponentlərinə olan ehtiyacının qarşılanmasına dəstək məqsədi daşıyıb.
Aksiyada “Yalama Aqropark”ın əməkdaşları könüllü şəkildə iştirak edərək qan donoru olublar. Hər bir donorun göstərdiyi bu nəcib təşəbbüs xəstələrin həyatının xilas edilməsinə, qan ehtiyatlarının artırılmasına və cəmiyyətdə könüllü qanvermə mədəniyyətinin daha da inkişaf etdirilməsinə mühüm töhfədir.
Bir donor – bir ümid, bir qanvermə – bir həyat! ❤️





Lerikdə könüllü qanvermə aksiyası keçirilib14 avqust 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Ler...
15/08/2026

Lerikdə könüllü qanvermə aksiyası keçirilib

14 avqust 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Lerik Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, məsul əməkdaşlar, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə 150-yə yaxın rayon sakini aksiyaya qoşulub.

Respublika Qan Bankının Lənkəran regional bölməsinin xüsusi tibbi briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb və 51 nəfərdən qan götürülüb.

Toplanan qan ehtiyatından talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyada iştirak edənlər könüllü qanvermənin xeyirxah və savab əməl olmaqla yanaşı, qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək göstərməyin mühüm vətəndaşlıq borcu olduğunu bildiriblər.

14 avqust — Marsol Group-un təsisçisi, hörmətli Tural Mustafayevin doğum günüdür.Azərbaycan Qan Donorluğunun İnkişafı Mə...
14/08/2026

14 avqust — Marsol Group-un təsisçisi, hörmətli Tural Mustafayevin doğum günüdür.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq, Sizi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Donorluq mədəniyyətinin inkişafına, könüllü qanvermə ənənələrinin təbliğinə və qanvermə aksiyalarının təşkilinə göstərdiyiniz dəyərli dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Humanist mövqeyiniz və xeyirxah təşəbbüsləriniz cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır.
Arzu edirik ki, yeni yaşınız bol sevinc, xoşbəxtlik, sağlamlıq və böyük nailiyyətlərlə yadda qalsın. Həyata keçirdiyiniz bütün xeyirxah işlərdə daim uğurlar Sizinlə olsun.
Doğum gününüz mübarək!

Dərin hörmətlə, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

11/08/2026

🩸 QAN VER Kİ, EHTİYACI OLANLARIN GÖZLƏRİ YOLDA QALMASIN!

Sənin verdiyin bir doza qan bir insan üçün ümid, həyat və sabah deməkdir. ❤️

Bəzən bir damla qan bir ailənin göz yaşını sevincə çevirir, bir insanın həyata tutunmasına səbəb olur.

🩸 Qan ver — həyat xilas et!
❤️ Həmrəy olaq, qanımızla yaşadaq!

Çünki ehtiyacı olanların gözləri yolda qalmasın...

🩸 QƏHRƏMAN DONORLARIMIZA TƏŞƏKKÜR MƏKTUBUHörmətli qan donorları!2026-cı ilin yanvar–iyul aylarında göstərdiyiniz yüksək ...
04/08/2026

🩸 QƏHRƏMAN DONORLARIMIZA TƏŞƏKKÜR MƏKTUBU
Hörmətli qan donorları!
2026-cı ilin yanvar–iyul aylarında göstərdiyiniz yüksək humanizm, vətəndaşlıq məsuliyyəti və könüllü donor dəstəyiniz üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk.
81 956 donor — bu, sadəcə bir rəqəm deyil. Bu rəqəm minlərlə insanın həyatına ümid, xəstələrə yaşamaq şansı, ailələrə isə sevinc bəxş edən böyük həmrəyliyin göstəricisidir.
Sizin könüllü olaraq qan verməyiniz, ehtiyacı olan insanların həyatına işıq saçan əsl qəhrəmanlıq nümunəsidir. Hər bir qan ianəniz bir insanın həyatını xilas etməyə, bir ailənin göz yaşını sevincə çevirməyə xidmət edir.
Sizlərə göstərdiyiniz fədakarlığa, mərhəmətə və insan həyatına verdiyiniz dəyərə görə sonsuz təşəkkür edirik.
Unutmayaq: Verilən hər damla qan — xilas edilən bir həyatdır! ❤️🩸
Qəhrəman donorlarımız,
yaxşı ki varsınız!
Yaxşı ki, həyat üçün birlikdəsiniz!
Dərin hörmət və minnətdarlıqla,
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi
Respublika Qan Bankı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” il...
27/07/2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” ilə birgə qanvermə aksiyası təşkil edib. “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.

Bu gün ömrünü Azərbaycan Dövlətinə, Vətəninə və Xalqına şərəflə xidmətə həsr etmiş görkəmli dövlət xadimi, Qarabağ mühar...
27/07/2026

Bu gün ömrünü Azərbaycan Dövlətinə, Vətəninə və Xalqına şərəflə xidmətə həsr etmiş görkəmli dövlət xadimi, Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Fəxri üzvü, Tovuz elinin fəxri Arzu Nağıyevin doğum günüdür.

Hörmətli Arzu müəllim!

Şərəfli həyat yolunuz Vətənə sədaqətin, dövlətə xidmət məsuliyyətinin və xalqa bağlılığın ən gözəl nümunələrindən biridir. Qarabağ müharibəsində göstərdiyiniz fədakarlıq, Azərbaycanın təhlükəsizliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində uzun illər ərzində həyata keçirdiyiniz xidmətlər, Milli Məclisdəki prinsipial və məsuliyyətli fəaliyyətiniz xalqımız tərəfindən daim yüksək qiymətləndirilir.

Sizi fərqləndirən ən ali xüsusiyyətlərdən biri isə yüksək vəzifənizə baxmayaraq sadəliyinizi, səmimiyyətinizi və insanlara olan xüsusi münasibətinizi hər zaman qorumağınızdır. Məhz bu keyfiyyətlər Sizi insanların qəlbində dərin hörmət qazanan, sözü ilə əməli bir olan nümunəvi dövlət xadiminə çevirmişdir.

Xüsusilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəaliyyətinə göstərdiyiniz davamlı diqqət və dəstək, ölkəmizdə könüllü qan donorluğu mədəniyyətinin inkişafına verdiyiniz mühüm töhfələr, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların həyatına ümid bəxş edən təşəbbüslərə göstərdiyiniz həssas münasibət tərəfimizdən yüksək qiymətləndirilir. Bu nəcib missiyaya verdiyiniz dəstək minlərlə insanın həyatına işıq, yüzlərlə ailəyə isə ümid bəxş edir.

Hörmətli Arzu müəllim!

Uca Allah Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz enerji, möhkəm iradə və bütün xeyirxah əməllərinizdə uğurlar nəsib etsin.

Qoy ömrünüzün hər günü xalqımızın sevgisi, dövlətimizin etimadı, doğma Tovuz elinin qüruru və Uca Yaradanın mərhəməti ilə nurlansın.

Doğum gününüz mübarək olsun!

Dərin hörmət və ehtiramla,
Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin
İdarə Heyətinin sədri
❤️
Milli Majlis

“Azərpoçt” MMC-də növbəti könüllü qanvermə aksiyası keçirilibAZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC korporativ...
25/07/2026

“Azərpoçt” MMC-də növbəti könüllü qanvermə aksiyası keçirilib
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə növbəti könüllü qanvermə aksiyası təşkil edib.
Aksiyada müəssisənin çoxsaylı əməkdaşları könüllü olaraq iştirak edərək qan ehtiyatlarının artırılmasına və qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstəriblər.
Qanvermə prosesi Respublika Qan Bankının peşəkar tibbi heyəti tərəfindən həyata keçirilib. Aksiya iştirakçıları əvvəlcə tibbi müayinədən keçirilərək sağlamlıq göstəriciləri qiymətləndirilib, daha sonra həkim-hematoloqların nəzarəti altında qan götürülüb.
Toplanan qan nümunələri laborator müayinələrdən keçirildikdən sonra talassemiya, hemofiliya, leykoz və digər hematoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunacaq.

“GemZA” şirkətində könüllü qanvermə aksiyası təşkil olunubSəhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən “GemZA” şirk...
24/07/2026

“GemZA” şirkətində könüllü qanvermə aksiyası təşkil olunub
Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən “GemZA” şirkətində könüllü qanvermə aksiyası keçirilib.
Aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunub və əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərilməsi, eləcə də cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətinin təşviq edilməsidir.
Qanvermə aksiyasında iştirak edən əməkdaşlar əvvəlcə Respublika Qan Bankının həkimləri tərəfindən tibbi müayinədən keçirilərək sağlamlıq vəziyyətləri qiymətləndirilib. Donorluq üçün uyğun hesab edilən şəxslərdən təhlükəsizlik qaydalarına tam əməl olunmaqla qan götürülüb.
Toplanan qan və onun komponentləri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.






Goranboyda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası ...
23/07/2026

Goranboyda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası uğurla keçirilib.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tərəfindən Goranboy rayonunda təşkil olunan aksiya Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rayon Mərkəzi Xəstəxanasında baş tutub.
Aksiya zamanı toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Könüllü donorların bu xeyirxah təşəbbüsə qoşulması həm qan ehtiyatlarının artırılmasına, həm də insan həyatının xilas edilməsinə mühüm töhfə verir.
Qan verərək həyat bəxş edən bütün donorlarımıza dərin təşəkkürümüzü bildiririk. Unutmayaq ki, bir vahid qan bir neçə insanın həyatını xilas edə bilər.

Address

Bineqedi
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi:

Shortcuts

Share