Xətai Tibb Mərkəzi

Xətai Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

24/08/2026
Xətai Tibb Mərkəzində ana və körpə sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Dünyaya göz açan hər bir körpənin ...
24/08/2026

Xətai Tibb Mərkəzində ana və körpə sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Dünyaya göz açan hər bir körpənin sağlam gələcəyə ilk addımları məhz doğulduğu andan başlayır.

Yeni doğulmuş körpələrə doğuşdan sonra müvafiq tibbi müayinələr aparılır və təqvimə uyğun olaraq ilk peyvəndləri vurulur. Peyvənddən sonra körpə anası ilə birlikdə evə yola salınarkən gənc analara peyvəndlərin əhəmiyyəti, onların uşaqların sağlamlığının qorunmasında və müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınmasında rolu barədə maarifləndirici məlumatlar verilir.

Valideynlərin peyvəndlərlə bağlı düzgün və etibarlı məlumatlandırılması gələcəkdə uşaqların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən tibb mütəxəssisləri gənc analara peyvənd təqviminə riayət etməyin və körpənin vaxtında peyvənd olunmasının vacibliyini izah edirlər.

Unutmayaq: peyvənd uşağın sağlam gələcəyinin qorunması yolunda atılan ilk və ən mühüm addımlardan biridir.

21/08/2026
Cərrah Məlahət Əliyeva növbəti pasiyentini qəbul edir. Müayinə zamanı pasiyentin şikayətləri ətraflı dinlənilir, sağlaml...
21/08/2026

Cərrah Məlahət Əliyeva növbəti pasiyentini qəbul edir.

Müayinə zamanı pasiyentin şikayətləri ətraflı dinlənilir, sağlamlıq vəziyyəti qiymətləndirilir və zəruri hallarda əlavə müayinələr təyin olunur.

Həkim əldə olunan nəticələri dəyərləndirərək pasiyent üçün uyğun müalicə və ya cərrahi müdaxilə planını müəyyənləşdirir.

Pasiyentlərin vaxtında həkim müayinəsindən keçməsi xəstəliklərin erkən aşkarlanması və düzgün müalicə taktikasının seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumi cərrahiyyədə müayinə və diaqnostika bir çox cərrahi problemlərin vaxtında müəyyən edilməsinə imkan verir.

20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

"Tibbdə doğru bilinən yanlışlar" rubrikamıza davam edirik.
20/08/2026

"Tibbdə doğru bilinən yanlışlar" rubrikamıza davam edirik.

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Address

Bakı şəhəri, Xətai Rayonu, Y. Səfərov Küçəsi 19
Baku
AZ1025

Telephone

+994125653224

Website

Alerts

Be the first to know and let us send you an email when Xətai Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xətai Tibb Mərkəzi:

Shortcuts

Share