03/05/2026
Davamlı alış-veriş ehtiyacı hiss edirsinizsə, çox vaxt hansısa kəskin duyğuları tənzimləməyə çalışırsınız, ya da onlardan qaçınırsız.
Alış-veriş asılılığı ən məsum görünən və çox zaman ciddiyə alınmayan davranışlardan biridir.
Əlamətləri:
• Ehtiyac olmadığı halda davamlı nələrsə almaq
• Alış-veriş etməyəndə narahatlıq, əsəb və ya boşluq hiss etmək
• Stressli və ya emosional vəziyyətdə avtomatik alış-verişə yönəlmək
• Alış-verişi gizlətmək və ya sonradan izah etməyə çalışmaq
• Maddi imkanlar məhdud olsa belə davranışı davam etdirmək
Nəticədə:
• Qısa müddətli emosional rahatlamadan sonra günahkarlıq və peşmanlıq hissi artır
• Maddi çətinliklər və borclanma riski yaranır
• Emosiyaları sağlam şəkildə tənzimləmə bacarığı zəifləyir
• Stress və narahatlıq daha da güclənir
• Davranış təkrarlanan və avtomatik vərdiş halına gəlir
Özünüzdə bu əlamətləri uzun müddətdir müşahidə edirsinizsə, bu davranışın səbəbini anlamaq və hissləri daha sağlam şəkildə tənzimləmə yollarına yönəlmək faydalı ola bilər.