ANDOP Diyetologiya və Piylənmə Mərkəzi

ANDOP Diyetologiya və Piylənmə Mərkəzi Piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri olan xəstələrə kömək etməkdir.

Bu xəstəliklər Azərbaycanda səhiyyə sistemi üçün böyük bir yükdür və belə xəstələrə yardım çox vacibdir.

Qaraciyər yağlanmasına nə səbəb olur?Çoxları bu barədə heç vaxt eşitməyib. Amma məhz bu xəstəlik qaraciyərlə bağlı probl...
22/03/2023

Qaraciyər yağlanmasına nə səbəb olur?

Çoxları bu barədə heç vaxt eşitməyib. Amma məhz bu xəstəlik qaraciyərlə bağlı problemin yaranmasına səbəb olur. Hətta heç vaxt spirtli içki içməyən və hepatit xəstəsi olmayanlarda da.

Qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi xəstəliyi (QAQPX) və ya daha sadə dildə desək, qaraciyər yağlanması sirrozun üçüncü səbəbidir (alkoqolizm və viral hepatitdən sonra).

Son məlumatlara görə, bu xəstəlik yetişkin insanların 30%-də var.

Piylənmə zamanı qaraciyərdə yağ toplanır. Qaraciyər nə qədər çox yağlanarsa, funksiyası da bir o qədər pozulur.

Amma qaraciyər çox dözümlü orqandır. Bir çoxları bunun fəsadları ilə üzləşir: qaraciyər piylənməsi ilə bağlı əlamətlər illərlə üzə çıxmaya bilər və ya simptomları çox zaman digər xəstəliklərlə əlaqələndirilir.

Aşağıdakı əlamətlərə diqqət yetirin:

🔸️Xroniki yorğunluq, zəiflik;
🔸️Daima dəri problemlərinin olması: sızanaq, ekzema, dermatit;
🔸️Yeməkdən sonra özünü p*s hiss etmək: ürəkbulanma, yan tərəfdə ağırlıq hissi, ağızda acılıq və s.;

Bu əlamətlərin olması onu göstərir ki, qaraciyərin sağalması yönündə təcili tədbirə ehtiyac var!

Bəs, spirtli içki və viruslardan başqa, başqa nələr piylənmə və qaraciyər xəstəliyinə səbəb olur? QAQPX-i üçün risk faktorları:

🔻 piylənmə
🔻 2-ci tip şəkərli diabet
🔻 rasionda karbohidrat çoxluğu
🔻 rasionda zülalın həddindən artıq və ya əksinə, çox az olması
🔻 şəkər, konserv və yarımfabrikatları tükətmək
🔻 dərmanların nəzarətsiz qəbulu
🔻 fiziki aktivliyin az olması

Hətta yanlış tərzdə çəki vermək də qaraciyər piylənməsinə səbəb ola bilər.

Bu amillərin əksəriyyəti birbaşa qidalanma ilə bağlıdır. Deməli, pəhrizinizi dəyişdirməklə qaraciyərinizi qoruya və onun normal fəaliyyətini bərpa edə bilərsiniz!

ANDOP Piylənmə və Diyetologiya Mərkəzində xüsusi hazırlanmış reabilitasiya proqramı xəstənin müalicəsində mühüm rol oyna...
24/02/2023

ANDOP Piylənmə və Diyetologiya Mərkəzində xüsusi hazırlanmış reabilitasiya proqramı xəstənin müalicəsində mühüm rol oynayır.

Bizim vəzifəmiz xəstəni sağlamlığına zərər verməyəcək dərəcədə fiziki fəaliyyətlə yükləməkdir. Bütün bu prosedurlar üçün yaxşı təchiz olunmuş reabilitasiya otağı olmalıdır.

Məsələn, bizim mərkəzimizdəki kimi. Burda nəzarət altında fiziki fəaliyyətlə məşğul olmaq üçün bütün şərait var. Bu da öz növbəsində, xəstəni hərəkətə gətirir, onu idmana daha çox həvəsləndirir.

Bütün dünyada sürətlə yayılan piylənmə və ürək-damar xəstəliklərin müalicəsi çox çətin olsada mümkündür. Mənim istifadə ...
23/02/2023

Bütün dünyada sürətlə yayılan piylənmə və ürək-damar xəstəliklərin müalicəsi çox çətin olsada mümkündür. Mənim istifadə etdiyim müalicə sxemlərində omeqa-3 yağ turşuları xüsusi yer tutur.

Omega-6 və Omega-3 yağ turşuları vücudumuzda sintez olunmur və ancaq gidayla təlabatı ödənilir.

Omega-6 iltihab markerlərinin sintezində istifadə olunur və çoxluğu iltihabın artmasına səbəb olur, Omega-3 isə iltihabəleyhinə təsir göstərir.

Bu səbəbdən mən bütün pasiyentlərimə ilk öncə Omeqa-6 zənqin qidaları rasionda azaltmağı və Omeqa-3 qidadan daha çox gəbul etməyi tövsiyyə edirəm.

Omeqa-3 yağ turşularını insan üçün faydalarını sadalamaq istəyirəm:
♻️ İltiahıbı azaldır
♻️ Piylənmə və artıq çəkisi olanlara maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir
♻️ Triqliseridlərin səviyəsini aşağı salır
♻️ HDL (yüksək sıxlıqlı xolesterinlər) səviyəsini qaldırır bununlada qan damarlarında aterosklerotik piləyin əmələ gəlməsinin qarşısını alır
♻️ Trombositlərin yapışmasının qarşısını alır və laxtanın əmələ gəlməsinə mane olur
♻️ Arterial təzigi normal səviyyədə saxlamağa köməklik edir.
♻️ Omeqa-3 yağ turşusunun beynin yaşlanma müddətini azaldıcı təsirinin olduğu və Alzheymerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib.
♻️ Omeqa-3 defisiti, depressiya və bir çox başqa psixoloji narahatlıqlara səbəb ola bilər.
♻️ Omeqa-3 uşaqlarda zehni inkişafa müsbət təsir edir və gücləndirir.
♻️ Yaşlılıqda görülən göz zəifliyini aradan qaldırır.
♻️ Omeqa-3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir
♻️ Omeqa-3 revmatizmdə olan oynaq şişkinliyi və ağrıları da yüngülləşdirir.

Bu əlavələrin çoxsaylı faydalarana baxmayaraq istifadəsində əks göstərişlərdə var və əlavə fəsadlardan qorunmaq üçün omeqa-3 təyini mütləq mütəxəsissiz tərəfindən olunmalıdır.

İnsulin həyati bir hormondur. O, qanda şəkərin səviyyəsini tənzimləyir və onun hüceyrələrə daxil olmasına – yəni, hüceyr...
06/12/2022

İnsulin həyati bir hormondur. O, qanda şəkərin səviyyəsini tənzimləyir və onun hüceyrələrə daxil olmasına – yəni, hüceyrələrin qidalanmasına “cavabdeh”dir.

İnsanların əksəriyyəti insulinin yalnız şəkərli diabetlə bağlı olduğunu düşünür:“Əgər diabet deyilsənsə, deməli, insulinlə bağlı problemin yoxdur”.

Əslində isə, belə deyil.

İnsulin, normal şəkildə necə işləyir:
Qida qəbulu → ⬆Qanda şəkərin səviyyəsi qalxır → ⬆ İnsulin səviyyəsi qalxır → Şəkər insulin tərəfindən hüceyrəyə daxil edilir → ⬇İnsulin səviyyəsi azalır.

İndi təsəvvür edin ki, bu mexanizm pozulub.

Siz yeyirsiniz. İnsulin ifraz olunur, amma şəkəri hüceyrə içinə daxil edə bilmir. Nəticədə, hüceyrə qidalanmır və enerji almır. Siz isə yenicə yediyiniz halda, aclıq hiss edirsiniz. Bu zaman qandakı artıq şəkər yağ deposuna çevrilir!

Sonra nə baş verir?

Orqanizm “düşünür” ki, qanda insulin azdır (yetərincədirsə, bəs, niyə qandakı şəkər hüceyrələrə daxil ola bilmir?) və daha çox insulin ifraz etməsi üçün mədəaltı vəziyə siqnallar göndərir.

Hüceyrələrin insulinə həssaslığının azalması İNSULİN DİRƏNCİ adlanır. İnsulin dirənci zamanı qanda insulinin səviyyəsi 5-7 dəfə yüksələ bilər və bu, sağlamlığa, bədən quruluşuna mənfi təsir edir!

İnsulin dirənci və onun fəsadlarını aradan qaldırmaq üçün insulin ifrazına mane olmaq lazımdır. Əks halda, pəhrizlər, dərmanlar, məşqlər faydasız olacaq və siz daima yemək istəyəcəksiniz.

Hüceyrələrin insulinə həssaslığını bərpa etmək üçün, orta hesabla, 3 aydan 8 aya qədər vaxt lazımdır. Nə qədər tez başlasanız, nəticə də bir o qədər tez olacaq:

• yeməkdən sonra toxluq;
• daima yemək istəyinin yox olması;
• güc və enerji artımı;
• yaddaş və diqqətin yaxşılaşması;
• qanda şəkər səviyyəsinin azalması;
• həzmin yaxşılaşması;
• rahat şəkildə arıqlamaq

Address

Mərdanov Qardaşları Küç, 117 C
Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00

Telephone

+994556610933

Alerts

Be the first to know and let us send you an email when ANDOP Diyetologiya və Piylənmə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ANDOP Diyetologiya və Piylənmə Mərkəzi:

Shortcuts

Share