Respublika Klinik Xəstəxanası

Respublika Klinik Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir.

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

̇şisabahınnəticəsi

10/08/2026

"Həkim deyir ki..." rubrikasında Respublika Klinik Xəstəxanasının həkim-pediatrı Asimə Mehdizadə Hepatit B virusuna qarşı yenidoğulmuşlarda immunoprofilaktikanın ən vacib mərhələsi barəsində danışıb.

̇mmunlaşdırmakampaniyası

Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qo...
08/08/2026

Görmə sağlamlığınızı qorumaq həyat keyfiyyətinizi qorumaq deməkdir.

Beynəlxalq Oftalmologiya Günündə göz sağlamlığının qorunmasının vacibliyini bir daha xatırladırıq.

🔹 Müntəzəm göz müayinələri bir çox göz xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.
🔹 Uzun müddət ekran qarşısında çalışanlar gözlərini mütəmadi olaraq dincəltməli, sağlam qidalanma və düzgün işıqlandırmaya diqqət yetirməlidirlər.
🔹 Görmədə bulanıqlıq, ağrı, qızartı və ya digər narahatlıqlar hiss etdikdə vaxt itirmədən həkimə müraciət edin.

Gözlərinizə qayğı göstərin, dünyanı sağlam baxışlarla kəşf edin.

Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb2026-cı il...
07/08/2026

Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb

2026-cı il iyulun 3-də hamiləliyin 28-ci həftəsində olan qadın Respublika Klinik Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olub. Aparılan instrumental və laborator müayinələrin nəticələrinə əsasən pasiyent təcili əməliyyata alınıb. Əməliyyat Hamiləliyin patologiyası şöbəsinin müdiri, mama-ginekoloq Xatirə Həsənova tərəfindən uğurla icra olunub.

Nəticədə 660 qram çəkidə oğlan uşağı dünyaya gəlib.

Yenidoğulmuş dərhal həkim-neonatoloq Xatirə Məmmədovanın nəzarəti altında Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib. Körpənin vəziyyəti nəzərə alınaraq ona mərhələli şəkildə tənəffüs dəstəyi göstərilib. İlk mərhələdə invaziv mexaniki ventilyasiya (İVL), daha sonra isə CPAP və maska vasitəsilə oksigen terapiyası tətbiq olunub.

Körpə 34 gün ərzində Yenidoğulmuşların intensiv terapiya şöbəsində yüksək ixtisaslı tibbi heyətin nəzarəti altında müalicə alıb. Həkimlərin peşəkar yanaşması və göstərilən intensiv tibbi yardım nəticəsində körpənin sağlamlıq vəziyyəti sabitləşib və 2026-cı il avqustun 5-də evə buraxılıb.

Pasiyent və ailə üzvləri göstərilən yüksək peşəkarlığa və qayğıya görə Hamiləliyin patologiyası şöbəsinin müdiri Xatirə Həsənovaya, həkim-neonatoloq Xatirə Məmmədovaya, Hamiləliyin patologiyası şöbəsinin və Yenidoğulmuşların intensiv terapiya bölməsinin kollektivinə, həmçinin Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova səmimi təşəkkürlərini bildiriblər.

Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Sevda Yunusova beynəlxalq səviyyədə nüfuzlu Canabrava Fellowship 2026...
04/08/2026

Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Sevda Yunusova beynəlxalq səviyyədə nüfuzlu Canabrava Fellowship 2026 proqramını uğurla başa vurub.

S. Yunusova dünyanın müxtəlif ölkələrindən müraciət edən 400 namizəd arasından seçilən 8 mütəxəssisdən biri olaraq proqramda iştirak edib. Təlim müddətində o, müasir oftalmoloji cərrahiyyənin qabaqcıl yanaşmaları, ön göz seqmenti cərrahiyyəsi, intraokulyar linzaların tətbiqi və ən son cərrahi texnologiyalar sahəsində nəzəri və praktik biliklərini daha da təkmilləşdirib.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası ...
01/08/2026

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Bugün Ümumdünya Hepatit Günüdür.🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!💛 Məlumatlı olun, müayinədən keçin, he...
28/07/2026

Bugün Ümumdünya Hepatit Günüdür.

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!
22/07/2026

Əziz media nümayəndələri, 22 İyul - Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirik!

21/07/2026
Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu "YOSICON" 2026 beynəlxalq konfransında ölkəmizi təmsil edib10–12 iyul...
17/07/2026

Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu "YOSICON" 2026 beynəlxalq konfransında ölkəmizi təmsil edib

10–12 iyul 2026-cı il tarixlərində Hindistanın Yeni Dehli şəhərində Hindistan Gənc Oftalmoloqlar Cəmiyyətinin III İllik Konfransı – "YOSICON 2026" uğurla keçirilib.

Konfransda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) üzvləri ölkəmizi uğurla təmsil ediblər. Azərbaycanlı gənc oftalmoloqlar məruzəçi, moderator və panelist qismində çıxış edərək elmi bilik və təcrübələrini beynəlxalq auditoriya ilə bölüşüb, ölkəmizin oftalmologiya sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdiriblər.

Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Günay Zeynalova konfrans çərçivəsində "Pars plana vitrektomiyası zamanı müəmmalı tapıntı" mövzusunda elmi məruzə ilə çıxış edib. O, həmçinin "Uveitə aydın baxış" adlı sessiyada panelist qismində iştirak edərək mövzu ətrafında elmi müzakirələrə töhfə verib.

Bununla yanaşı, Günay Zeynalova qlaukomanın minimal invaziv cərrahiyyəsi (MIGS) və ön vitrektomiya (AV) üzrə keçirilən cərrahi təkmilləşdirmə (wet lab) kurslarında iştirak edərək peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirib.

Address

Bakı, Yasamal Rayonu, Abbas Mirzə Şərifzadə Küçəsi, 212
Baku
AZ1012

Telephone

+994124307736

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Klinik Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Klinik Xəstəxanası:

Shortcuts

Share

Category