Lay Lay Uşaq Yuxu Mərkəzi

Lay Lay Uşaq Yuxu Mərkəzi Sağlam Uşaq və Xoşbəxt Analar Mərkəzi.

🤱 Ana südü – körpəniz üçün ən dəyərli başlanğıcdır. 💛Ana südü körpənin ilk 6 ay ərzində ehtiyac duyduğu bütün qida maddə...
06/08/2026

🤱 Ana südü – körpəniz üçün ən dəyərli başlanğıcdır. 💛

Ana südü körpənin ilk 6 ay ərzində ehtiyac duyduğu bütün qida maddələrini ideal nisbətdə təmin edir. O, yalnız qidalandırmır, həm də immun sistemini gücləndirərək infeksiyalara qarşı qorumağa kömək edir.

Ana südü ilə qidalanan körpələrdə həzm sistemi daha yaxşı inkişaf edir, allergiya və bəzi xəstəliklərin riski azalır. Eyni zamanda, ana ilə körpə arasında güclü emosional bağın formalaşmasına dəstək olur.

🌿 Unutmayaq ki, hər damla ana südü körpənin sağlam gələcəyinə atılan dəyərli bir addımdır.

💚 1–7 Avqust – Dünya Ana Südü Həftəsi münasibətilə bütün anaları təbrik edir, onların əməyini və sevgisini dəyərləndiririk.

✨Yeni bir həftəyə başlayırıq. Uğurlu və sevgi dolu olması diləyi ilə…🌸Biz isə iş başındayıq!
03/08/2026

✨Yeni bir həftəyə başlayırıq. Uğurlu və sevgi dolu olması diləyi ilə…
🌸Biz isə iş başındayıq!

🌸Həftənin son iş günündən sizi salamlayırıq.➡️Əziz valideyinlər, məktəb yaşlı övladınızla yay dönəmini necə keçirirsiniz...
31/07/2026

🌸Həftənin son iş günündən sizi salamlayırıq.
➡️Əziz valideyinlər, məktəb yaşlı övladınızla yay dönəmini necə keçirirsiniz? Məktəbə hazırlıq məşqləri edirsinizmi? Yoxsa övladınız yayı sadəcə oyunlar və istirahətləmi keçirir?
☑️Gəlin bu postun altında bu mövzu haqqında fikirlərimizi bölüşək:

🌙 Yay vaxtıdır deyə körpələrin yuxu rejimini gecikdirməyin!Bir çox valideyn düşünür ki, yayda hava gec qaraldığı üçün kö...
29/07/2026

🌙 Yay vaxtıdır deyə körpələrin yuxu rejimini gecikdirməyin!

Bir çox valideyn düşünür ki, yayda hava gec qaraldığı üçün körpələr də gec yatmalıdır. Halbuki körpələrin bioloji saatı fəsillərə görə dəyişmir.

👶 Əksər körpələr axşam saat 20:00–21:00 arasında gecə yuxusuna hazır olurlar.

Bəs körpə gec yatarsa nə baş verə bilər?

✨ Yuxuya getmək çətinləşə bilər – həddindən artıq yorğunluq səbəbindən sakitləşmək çətin olur.

🌙 Gecə daha tez-tez oyanmalar baş verə bilər – gec yatmaq daha rahat yuxu demək deyil.

🌅 Səhər daha erkən oyanma müşahidə oluna bilər – nəticədə ümumi yuxu müddəti azalır.

😢 Gün ərzində daha əsəbi, narahat və tez ağlayan ola bilər.

🧠 Uzun müddət davam edən yuxu çatışmazlığı isə beyin inkişafı, öyrənmə, yaddaş və emosional tənzimləmə bacarıqlarına mənfi təsir göstərə bilər.

💙 Unutmayın, keyfiyyətli yuxu körpənin sağlam inkişafının əsas şərtlərindən biridir. Yay aylarında belə yuxu rejimini qorumağa çalışın.

📌 Bu məlumatı faydalı hesab edirsinizsə, paylaşın və gələcəkdə istifadə etmək üçün yadda saxlayın.

🌸Həftənin ilk günündən hər kəsə uğur arzu edirik. Biz artıq iş başındayıq🥰
27/07/2026

🌸Həftənin ilk günündən hər kəsə uğur arzu edirik. Biz artıq iş başındayıq🥰

🌸Həftəsonu istirahətinizi arzu etdiyiniz kimi keçirməniz diləyi ilə…🥰Hər kəsə xoş istirahətlər…
26/07/2026

🌸Həftəsonu istirahətinizi arzu etdiyiniz kimi keçirməniz diləyi ilə…
🥰Hər kəsə xoş istirahətlər…

🦷 Diş çıxarma dövrü – Valideynlər nələri bilməlidir?Körpələrdə ilk dişlər adətən 4–7 ay arasında çıxmağa başlayır. Bəzi ...
23/07/2026

🦷 Diş çıxarma dövrü – Valideynlər nələri bilməlidir?

Körpələrdə ilk dişlər adətən 4–7 ay arasında çıxmağa başlayır. Bəzi uşaqlarda bu proses daha tez, bəzilərində isə 15 aya qədər normal hesab olunur.

✨ Diş çıxarma zamanı bunlar müşahidə oluna bilər:
• Ağız sulanmasının artması
• Diş ətlərini qaşımaq istəyi, əşyaları dişləməyə meyl
• Narahatlıq və əsəbilik
• Yuxu rejiminin pozulması
• İştahın azalması

❗ Unutmayın: Yüksək hərarət (38.5°C-dən yuxarı), güclü ishal, davamlı qusma və ya ciddi halsızlıq diş çıxarmanın normal əlamətləri deyil. Bu hallarda mütləq pediatra müraciət etmək lazımdır.

🦷 Süd dişlərinin tamamlanması isə əksər uşaqlarda 2,5–3 yaşa qədər baş verir və ümumilikdə 20 süd dişi olur.

Ən vacibi körpənin ümumi inkişafının və sağlamlığının normal olmasıdır. 💙

💧 Uşaqlarda qusma və ishal – nə zaman narahat olmalı?Qusma və ishal uşaqlarda ən çox rast gəlinən hallardan biridir. Əks...
14/07/2026

💧 Uşaqlarda qusma və ishal – nə zaman narahat olmalı?

Qusma və ishal uşaqlarda ən çox rast gəlinən hallardan biridir. Əksər hallarda virus infeksiyaları ilə əlaqəli olsa da, bəzi əlamətlər vaxt itirmədən həkimə müraciət etməyi tələb edir.

💙 Ən vacib məqam uşağın itirdiyi mayeni vaxtında bərpa etmək və susuzlaşmanın qarşısını almaqdır. Özbaşına antibiotik və ya ishalı dayandıran dərman verməyin. Müalicə səbəbdən asılı olaraq pediatr tərəfindən təyin edilməlidir.

👩‍⚕️ Uşağınızda bu əlamətlər varsa, gecikmədən pediatrla əlaqə saxlayın.

Uşaqlarda herpes virusu – nə vaxt narahat olmalıyıq? 👶🦠Herpes virusu uşaqlarda ən çox dodaq ətrafında kiçik, içi maye il...
08/07/2026

Uşaqlarda herpes virusu – nə vaxt narahat olmalıyıq? 👶🦠

Herpes virusu uşaqlarda ən çox dodaq ətrafında kiçik, içi maye ilə dolu qabarcıqlar şəklində özünü göstərir. İlk yoluxma zamanı isə ağız daxilində yaralar, yüksək hərarət, iştahasızlıq və halsızlıq da müşahidə oluna bilər.

📌 Virus əsasən yaxın təmas, öpüşmə və ortaq istifadə olunan əşyalar vasitəsilə yayılır.

Müalicə necə aparılır?
✔️ Əksər hallarda simptomatik müalicə kifayət edir: bol maye qəbulu, hərarətin nəzarətdə saxlanılması və ağrının azaldılması.
✔️ Bəzi hallarda həkim antiviral preparatlar təyin edə bilər. Bu dərmanlar yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Mütləq pediatra müraciət edin, əgər:
🔸 Uşağın hərarəti yüksəkdirsə və uzun müddət düşmürsə;
🔸 Ağızdakı yaralar səbəbindən yemək və su qəbul edə bilmirsə;
🔸 Göz ətrafında səpkilər yaranıbsa;
🔸 Körpə 6 aydan kiçikdirsə və herpesdən şübhələnirsinizsə.

💙 Unutmayın: Herpes virusu orqanizmdə ömürboyu qala bilər və immunitet zəiflədikdə yenidən aktivləşə bilər. Erkən diaqnoz və düzgün müalicə ağırlaşmaların qarşısını almağa kömək edir.

📲 Uşağınızda bu əlamətlər varsa, özbaşına dərman istifadə etmədən pediatra müraciət edin.

❤️Biz Ayna və Azra ilə yeni həftədən salamlayırıq sizi…🌸Yeni həftəyə uğurla başlayaq, əzizlərim🥰
06/07/2026

❤️Biz Ayna və Azra ilə yeni həftədən salamlayırıq sizi…
🌸Yeni həftəyə uğurla başlayaq, əzizlərim🥰

Address

MedEra Hospital. Əcəmi Naxçıvani 53 Баку
Baku
1000

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994552062685

Alerts

Be the first to know and let us send you an email when Lay Lay Uşaq Yuxu Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Lay Lay Uşaq Yuxu Mərkəzi:

Shortcuts

Share

Category