Psixoloq Ulviyya Hummatova

Psixoloq Ulviyya Hummatova Psixoloji xidmət.
Услуги психолога.

26/10/2023

Hal-hazırda bütün konsultasiyalar onlayn videogörüntülü keçirilir.

В данный момент все консультации проводятся онлайн, видеозвонок.

Yazılmaq istəyənlər şəxsidə yazsın.
Кто хочет записаться, напишите в личку.


10/12/2022

🇦🇿İnsan bilirsiz nədən bezir? Bir sözü özünə təkrar verməkdən.. deyir lakin etmir, sonra yenidən özünə söz verir, və yenə sözünə sadiq qalmır. Beləliklə, adiləşir həyat, narazıçılıq edəndə isə deyir iradəm yoxdur. Zamanla bu sözlər gözləntiyə çevrilir və frustrasiyaya (ruhdan düşmə, laqeydlik) səbəb olur.

01.09.2018

🇷🇺Знаете, что заставляет людей испытывать душевное утомление? От повторения обещания самому себе.. говорит, но не делает, потом опять дает себе обещание, и опять не держит своего слово. Таким образом, жизнь становится обычной, а когда высказывает недовольство, то оправдывает себя тем, что не хватает силы воли. Со временем эти обещания становятся ожиданиями и вызывают разочарование.

01.09.2018

©️Copyright
Ulviyya Hummatova

#ожизни

06/12/2022

🇦🇿Bu yaxınlarda təlimdə emosiyalar və hisslər haqqında danışarkən minnətdarlıq haqqında düşündüm. Belə çıxır ki, çoxumuz çox şeyin fərqinə varmırıq, onları adi qəbul edirik.
Bir düşünün, kimsə sizə minnətdarlıq bildirəndə necə reaksiya verirsiniz? Sizə qarşı minnətdarlığa bu cavabları "Dəyməz", "Siz sağolun" hansı tezliklə verirsiz?
Sonuncu dəfə nə vaxt özünüzə səmimi olaraq təşəkkür etmisiz?
Təəssüf ki, çoxumuz minnətdarlığı necə qəbul edəcəyimizi bilmirik və özümüzü təşəkkür etməkdən utanırıq, sanki bu utanc verici, lazımsız və ya həddindən artıq eqoist bir addımdır.

Neçə gündür ki, bu mövzu üzərində düşünürəm və belə qənaətə gəlirəm ki, təşəkkür etmək bacarığı xoşbəxt həyat üçün ən zəruri bacarıqlardan biridir. Minnətdarlıq enerjisi insanın emosional vəziyyətinə, əhval-ruhiyyəsinə, insanlarla münasibətlərinə və hətta işdəki uğurlarına yaxşı təsir göstərir.
Özümüzə və dünyaya təşəkkür etməyi öyrənək 🙏✌️

🇷🇺Недавно на тренинге рассказывая про эмоции и чувства, задумалась о благодарности. Ока­зывается, что мно­гие вещи большинство из нас не за­ме­чают, вос­при­ни­мают как нечто само со­бой ра­зу­ме­ю­ще­е­ся.
Вот задумайтесь, как вы реагируете на благодарность? Как часто вы отвечаете на благодарность в вашу сторону словами «Не за что», «Ну что вы, не стоило», «Вам спасибо»?
А когда вы в последний раз искренне благодарили себя сами?
К сожалению, большинство из нас не умеет принимать благодарность и стесняется благодарить себя, как будто это что-то постыдное, недозволенное или сверхэгоистичное.

Уже который день размышляю над этой темой и прихожу к мнению, что умение благодарить – один из самых необходимых навыков для счастливой жизни. Энергия благодарности хорошо влияет на состояние человека, его настроение, на отношения с людьми и даже успешность в работе.
Давайте учиться благодарить себя и мир 🙏✌️

#благодарить #эмоциональныйинтеллект #счастьевмелочах

20/11/2022

🇦🇿Diqqət etmisiz sadə, adi insan sevinclərinə, qəzəbsiz, acısız söhbətlərə, mehriban təbəssümlərə qarşı, insanlar necə həssas olublar? Və bilirsiniz, sanki hər kəs bir-birini daha yaxşı eşitməyə başlayıb.. Və bu, çox şeyi yaxşılaşdırır, daxilimizdə də...

🇷🇺Вы заметили, насколько люди стали восприимчивее к простым, обычным человеческим радостям, к разговорам без злости или боли, к улыбкам добрым? И, знаете, кажется ещё все стали лучше друг друга слышать. И от этого многое лучше становится. И на душе тоже…

Konsultasiyaya yazılmaq üçün:
Для записи на консультацию: +994 50 247 32 47

#психологбаку

16/11/2022

🇦🇿Səbir etmək və qəbullanmaq arasında böyük və əsaslı fərq var. Əgər biri, demək olar ki, həmişə, əzab, mənəvi ağrı və ümidsizliklə yanaşıdırsa, qəbullanmaqda isə yaşadığımız hisslər çələngi müxtəlifdir, fərqlidir. Və bu, təkcə sevinc və xeyirxahlıq deyil. Sakitlikdir, sükütdür, rahatlıqdır. Nələrsə oxşar görünür, amma yuxarıya addım atmaq çox çətindir.

🇷🇺Огромная, принципиальная разница есть между терпением и принятием. И если одно, почти всегда, идёт под руку со страданием, душевной болью и отчаянием, то в принятии гамма переживаний совсем иная. И это не только радость и доброта. Очень много спокойствия. Тихого, тёплого и очень светлого. И вроде бы где-то похожие вещи, а шагнуть наверх очень бывает непросто.

Konsultasiyaya yazılmaq üçün:
Для записи на консультацию: +994 50 247 32 47

#психологбаку

16/11/2022

🇦🇿Konsultasiyada, depressiya ilə mübarizə aparan 52 yaşında xanımın dedikləri: "Həyat o qədər qəribədir ki, dünən o qədər xoşbəxt idim, bu gün isə sadəcə sağam. Anlayıram, yaşayıramsa xoşbəxt olmalıyam, lakin kədər bürüyüb məni. Çox yaxşı başa düşürəm ki, pessimizm yaxşı deyil, lakin anidən kədər möhkəm-möhkəm qucaqlayıb məni. Heç bir şeyə sevinə bilmirəm, sanki dünən o qədər çox xoşbəxt oldum ki, bütün həyatımın xoşbəxtliyini yaşadım. O üzü gülən, xırda bir şeylərə sevinən, pozitiv mən bugün heç gülümsəyədə bilmirəm. Sadəcə təsəlli tapıram ki, nəfər alıramsa, ayaqdayamsa - sağalacam".

🇷🇺На консультации 52-летняя женщина, борющаяся с депрессией, сказала: «Жизнь такая странная, вчера я была так счастлива, а сегодня я просто жива. Я понимаю, что если я жива, то должна быть счастлива, но меня одолевает грусть. Я прекрасно понимаю что пессимизм не хорошо, печаль вдруг сразу крепко схватила меня. Ничему не могу радоваться, как будто вчерашнее счастье было счастьем всей моей жизни. Мое улыбающееся лицо, которое радовалась мелочам, позитивная я, сегодня даже не могу улыбнуться. Успокаивает только то, я могу дышать и стоять на ногах, значит я поправлюсь».

Konsultasiyaya yazılmaq üçün:
Для записи на консультацию: +994 50 247 32 47


#психологбаку #депрессия

19/10/2022

Təhsil eksperti deyiləm, peşəkar psixoloq kimi təcrübəmə əsaslanmış fikrimi bildirirəm. Elmin dili yoxdur, savadlı insan hər yerdə savadlıdır. Şagirdlərə yönəlmiş yeni inzibati tədbirləri dəstəkləmirəm. Uşaqlar bir şəxsiyyətdir, onların da fikirləri, hissləri, müxtəlif mövzulara baxışı vardır. Robot kimi yalnız dərs oxuya və ya bütün dərslərdə sakit otura bilməzlər. Müəllimə, məktəbə, digər sinif yoldaşlarına hörməti aşılamaq ilk öncə ailənin məsuliyyətidir, daha sonra bağça və məktəbin. Axı hörmət etmək, başqasını qınamamaq, döyməmək, qışqırmamaq, dinləmək, anlamaq, dəstək olmaq əsas dəyərlərdən hesab edilir.
Problemlərin əksəriyyəti fərdi yanaşmadan başlayır. Başqa birinin fikrinə, səhv və ya düz fərq etmir, hörmətlə və anlayışla yanaşmadan başlayır. İnsanlar mənəvi tükənir, maddi çətinliklər, sağlamlıq problemləri, dünyada gedən proseslərin yaratdığı stress və təşviş.. Hər kəsə qayğı və dəstək lazımdır. Təhsil sistemi də intizamla bərabər qayğı və dəstək üzərində olmalıdır. Təcrübəm göstərir ki, oxumayan, davranışı yaxşı olmayan şagird belə bu üsülla öz yolunu tapacaq. Məktəb şəxsiyyət olaraq formalaşmaqda əsas yer tutur, həyatda özünü tapmağa yol göstərir. Bugün stress hər gün artmaqdadır, şagirdlərin və müəllimlərin stress səviyyəsini birazda artırmayın.
Dəstək olun. ☮️

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Address

Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 10:00 - 16:00

Telephone

+994502473247

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Ulviyya Hummatova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Ulviyya Hummatova:

Shortcuts

Share

Category