AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ

  • Home
  • Azerbaijan
  • Baku
  • AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ

AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ, Hospital, Məmmədəli Şərifli 163, Baku.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müali...
17/08/2026

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar" mövzusunda Göygöl Rayon Mərkəzi Xəstəxanasında regional praktik təlim keçirilib.

Təlimin məqsədi İlkin Səhiyyə Xidmətinin vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında rolunun təkmilləşdirilməsi olub.

Təlimdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Mehriban Seyfəddinova, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova, Göygöl Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və İlkin Səhiyyə Xidmətinin həkimləri iştirak ediblər.

Təlimdə nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Milli İstinad Laboratoriyasının şöbə müdiri Mehriban Seyfəddinova, Poliklinika şöbəsinin həkim-ftiziatrı Aysel Aslanova vərəmin müalicəsi və diaqnostikası üzrə müasir klinik protokollarla bağlı geniş təqdimatla və vərəmin aşkarlanmasında İSX həkimlərinin rolu barəsində ətraflı məlumatla çıxış edib.

İnteraktiv formada davam edən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.


06/08/2026
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müali...
05/08/2026

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” mövzusunda Masallı Rayon Mərkəzi Xəstəxanasında regional praktik təlim keçirilib.

Təlimin məqsədi İlkin Səhiyyə Xidmətinin vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında rolunun təkmilləşdirilməsi olub.

Təlimdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun İnstitutun həkim-ftiziatrı Aysel Aslanova, Masallı Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və İlkin Səhiyyə Xidmətinin həkimləri iştirak ediblər.

Təlimdə nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Poliklinika şöbəsinin həkim-ftiziatrı Aysel Aslanova vərəmin müalicəsi və diaqnostikası üzrə müasir klinik protokollarla bağlı geniş təqdimatla və vərəmin aşkarlanmasında İSX həkimlərinin rolu barəsində ətraflı məlumatla çıxış edib.

İnteraktiv formada davam edən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.



Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun konfrans zalında “GİNA 2026-da yeniliklər” mövzusun...
03/08/2026

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun konfrans zalında “GİNA 2026-da yeniliklər” mövzusunda elmi praktiki seminar keçirilib.

Tibb heyətinin qatıldığı seminarda İnstitutun II Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu İlahə Abdullayeva mövzu ətrafında geniş məlumat verib.


Nazirliyi

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Ağciyərin Vərəmli-İrinli Cərrahiyyəsi şöbəsinin həkim-...
30/07/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Ağciyərin Vərəmli-İrinli Cərrahiyyəsi şöbəsinin həkim-ftiziatrı Səidə Məmmədova Sağlam Radionun “Sağlam həyat” verilişində “Vərəmdən necə qorunaq?” mövzusunda sualları cavablandırıb



28/07/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müali...
27/07/2026

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar" mövzusunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında regional praktik təlim keçirilib.

Təlimin məqsədi İlkin Səhiyyə Xidmətinin vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında rolunun təkmilləşdirilməsi olub.

Təlimdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Mehriban Seyfətdinova, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və İlkin Səhiyyə Xidmətinin həkimləri iştirak ediblər.

Təlimdə nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Milli istinad laboratoriyasının şöbə müdiri Mehriban Seyfətdinova, Poliklinika şöbəsinin həkim-ftiziatrı Aysel Aslanova vərəmin müalicəsi və diaqnostikası üzrə müasir klinik protokollarla bağlı geniş təqdimatla və vərəmin aşkarlanmasında İSX həkimlərinin rolu barəsində ətraflı məlumatla çıxış edib.

İnteraktiv formada davam edən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.


Səhiyyə işçilərinin peşə bayramı münasibətilə İnstitutun əməkdaşları Fəxri Fərmanla təltif olunublarSəhiyyə işçilərinin ...
14/07/2026

Səhiyyə işçilərinin peşə bayramı münasibətilə İnstitutun əməkdaşları Fəxri Fərmanla təltif olunublar

Səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və peşə fəaliyyətində əldə etdikləri uğurlara görə bir qrup səhiyyə işçisi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev tərəfindən mükafatlandırılıb.

Təltif olunanlar sırasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun iki əməkdaşı da yer alıb. İnstitutun Döş qəfəsi cərrahiyyə şöbəsinin müdiri Barat Bayramov və Poliklinika şöbəsinin ftiziatr həkimi Aysel Aslanova səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə, yüksək peşəkarlıq nümayiş etdirmələrinə və xəstələrin sağlamlığının qorunmasına verdikləri mühüm töhfələrə görə Azərbaycan Respublikasının səhiyyə nazirinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Bu yüksək mükafat institut əməkdaşlarının peşəkar fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olmaqla yanaşı, onların gələcək fəaliyyətində də yeni uğurlara stimul verir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyi Fəxri Fərmanla təltif olunan əməkdaşları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni peşə nailiyyətləri və ölkə səhiyyəsinin inkişafı naminə fəaliyyətlərində davamlı uğurlar arzulayır.


Address

Məmmədəli Şərifli 163
Baku
AZ1118

Telephone

+994124214498

Website

Alerts

Be the first to know and let us send you an email when AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ:

Shortcuts

Share

Category