14/07/2024
Məktəb vaxtı elə zənn edirdim ki,müəllimlərim heç yemək yemirlər,təbii təlabatlarını qarşılamırlar,onlar bütün günü məktəbdə olurlar deyə düşünürdüm. Əfsuslar olsun ki,bu düşüncə bir çoxumuzda olubdu… Bəs heç düşünmüsüz ki, bizdə niyə bu fikir formalaşıb? Mən düşünmüşəm… Çünki,bəzən valideynlərimiz bizə həyatın gerçək üzünü zamanında demirlər və göstərmirlər… Və nəsildən nəsilə bu fikirlər ötürülür. “ Müəllim yemək yeməz” kimi düşüncələr dövrümüzdə bəzi insanlarda hələ də qalıb bu kimi düşüncələr. Müəllim gəzməyə getməz,müəllim dediyin qısa geyinməz,müəllim yemək yeməz… Deyirəm bəlkə çıxaq bu fikirlərdən?