Psychoscienceaz

Psychoscienceaz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psychoscienceaz, Psychologist, Baku.

Dünən baş tutan "Atçe terapiyası" təlimimizdən. Qatılan hər kəsə uğurlar! ________________________Psychoscience PMTəliml...
22/04/2024

Dünən baş tutan "Atçe terapiyası" təlimimizdən.
Qatılan hər kəsə uğurlar!
________________________
Psychoscience PM
Təlimlər

#2024

Psixi İnkişaf LəngiməsiUşaqların psixi inkişafı zamanla emosional, koqnitiv və sosial bacarıqların necə inkişaf etdiyini...
15/04/2024

Psixi İnkişaf Ləngiməsi
Uşaqların psixi inkişafı zamanla emosional, koqnitiv və sosial bacarıqların necə inkişaf etdiyini təsvir edir. Bu, uşaqların şəxsiyyətlərini formalaşdırdığı və dünyanı dərk etmək qabiliyyətini inkişaf etdirdiyi bir prosesdir. Buraya dil bacarıqlarının əldə edilməsindən tutmuş problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinə qədər hər şey daxildir.
Psixi inkişaf ləngiməsinin səbəbləri nələrdir?
Uşaqlarda psixoloji inkişafın ləngiməsi müxtəlif səbəblərdən baş verə bilər. Onların arasında:
Genetik faktorlar: Uşağın intellekt səviyyəsinin, dil bacarıqlarının və digər qabiliyyətlərinin ləngiməsinə səbəb ola bilər.
Ətraf mühitə təsirlər: Yaxşı dəstək şəbəkəsi olmayan uşaqlar psixoloji inkişafda ləngiyə bilər. Əlverişsiz ətraf mühit şəraiti uşağın emosional və idrak inkişafına mənfi təsir göstərə bilər.
Sağlamlıq Problemləri: Bəzi sağlamlıq problemləri, xüsusilə erkən yaşda müalicə olunmazsa, uşaqların inkişafına təsir göstərə bilər. Məsələn, eşitmə və ya görmə problemləri dil və s.
Psixoloji İnkişaf Ləngiməsinin Simptomları
Psixoloji inkişaf geriliyi olan bir uşağın göstərə biləcəyi simptomlar aşağıdakıları əhatə edə bilər:

Dil inkişafında gecikmə
Sosial qarşılıqlı əlaqədə çətinliklər
Emosional problemlər və ya nəzarətsiz davranış
Zehni gerilik və ya öyrənmə əlilliyi
Diqqət çatışmazlığı və hiperaktivlik
Əsasən məktəb dövründə özünü göstərir, vaxtında təlim görülmədikdə getdikcə daha da ağırlaşa bilər.
____________________________
Psixoloq Samir Rüstəmov
Psixi İnkişaf Ləngiməsi
Əlaqə: 0506807716
#2024

Uşaqlarda isterika müxtəlif cür olur:1) döşəməyə sərələnib bağırmaq;2)susaraq döşəməyə sərəlmək;3) başını divara və döşə...
13/04/2024

Uşaqlarda isterika müxtəlif cür olur:
1) döşəməyə sərələnib bağırmaq;
2)susaraq döşəməyə sərəlmək;
3) başını divara və döşəməyə vurmaq;
4) uşaqlar hər kəsdən uzaqlaşıb tənha qala bilirlər;
5) uşaqlar yerə yıxılmadan ciyildəyir və qışqırırlar;
6) uşaqlar ətrafdakılara qarşı aqressiya nümayiş etdirirlər.
Uşağın isterikası ilə mübarizənin bir neçə metodları var:
1)rəhm göstərmək-istənilən yaşa uyğundur
2) iştirak effekti- 3 yaşınadək uşaqlara uyğundur.Ona emosinal yükünü boşaltması üçün 3-4 dəqiqə tələb olunur. Ağlamasına icazə verin müddət bitdikdən sonra yaxınlaşıb onu əzizləyə bilərsiz
3) pıçıltı ilə danışmaq metodu -3 yaşdan yuxarı uşaqlar üçün uyğundur.
4) yayındırma metodu -3 yaşdan yuxarı uşaqlar üçün uyğundur.məsələn-quş uçdu.
5)məhəl qoymamaq metodu - otağı tərk edib isterikanı izləmirsiz.Bu üsuldan uşağın tanıdığı mühitdə istifadə edirsiz. Uşağı öz otağında tək qoyub çıxın nə günahlandırın,nədə sakitləşdirin . Sükut rejimi yaradın

Əgər bu metodlar sizə yardım etməzsə mütləq mütəxəssissə müraciət edin...
_______________________________
Psychoscience PM
Psixoloq Aygün Kərəmova k_va
Bizimlə əlaqə: 0506807716
#2024

Psychoscience PM təşəkilatçılığı ilə Psixoloq Nəsimi Qiyasovun təqdimatında "Psixoloji Konsultasiyada Koünitiv və Davran...
13/04/2024

Psychoscience PM təşəkilatçılığı ilə Psixoloq Nəsimi Qiyasovun təqdimatında "Psixoloji Konsultasiyada Koünitiv və Davranışçı terapiyaların tətbiqi" adlı kurs baş tutacaq.
Təlim 3 aylıqdır, həftə sonları (20:00) və Zoom proqramı vasitəsi ilə keçiriləcək.
Təlim sonunda material (azərbaycan dilində), sertifikat və dərslərin video kide ilə təmin olunacaqsız.
Ətraflı məlumat üçün:
✓ Şəxsidə yaza bilərsiz;
✓ Rəyə "+" ata bilərsiz.
_______________________________
Psychoscience PM
Cbt
#2024

SOSIAL FOBIYA NƏDIR ?İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biri...
29/03/2024

SOSIAL FOBIYA NƏDIR ?
İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən p*s qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.
Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.
Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez –tez alkoqolizmdən də əziyyət çəkə bilərlər.

Sosial fobiyanın əlamətləri:
Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır:
üzün qızarması,
ürəkdöyünmə,
tərləmə,
ağız quruluğu,
boğulma,
əzələ gərginliyi
ayaqyoluna getmək istəyi ola bilər.
Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır:
insanlar çox olan yerlərdən uzaq durmaq,
tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək,
dərs zamanı ən arxa partada oturmaq,
sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək və s.
Ən çox yeniyetmələrdə görülür. Yaranma səbəbləri həm bioloji (serotonin hormonunun əskikliyi, həm genetik, həm də psixoloji ola bilər. Bəzən adi sonradan keçər kimi düşünülsə də əslində ciddi problemdir, şəxsin həyatını iflic edə bilir. Bu səbəbdən psixoloji dəstək almaq mütləqdir.
________________________
Psychoscience PM
Klinik Psixoloq Samir Rüstəmov
Əlaqə: 0506807716
#2024

Address

Baku

Telephone

+994509643743

Website

Alerts

Be the first to know and let us send you an email when Psychoscienceaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category