15/05/2020
Hepatit – toksiki, infeksion və ya autoimmun proseslər nəticəsində qaraciyər toxumasının duffuz iltihabı ilə xarakterizə olunur. Onun ümumi əlamətlərinə sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı, ürəkbulanma, ağızda quruluq və acılıq hissi, iştahsızlıq, gəyirmə aiddir. Ağır hallarda sarılıq, çəki itkisi, dəridə səpki müşahidə edilir. Hepatit qaraciyər koması, sirroz və xərçənglə nəticələnə bilər. Hepatitlərin diaqnostikasında qanın biokimyəvi sınaqları, qaraciyərin USM, hepatoxolesistosintioqrafiya, punksion biopsiyadan istifadə edilir. Müalicə məqsədilə pəhriz, hepatoprotektorlar təyin olunur, dezintoksikasion, spesifik etiotrop və patogenetik terapiya aparılır.Hepatit – qaraciyərin iltihabi xəstəliyidir. Gediş xüsusiyyətlərinə görə hepatit kəskin və xroniki formalara bölünür. Kəskin hepatit ifadəli simptomatika ilə gedir. Hepatitin bu forması tam sağala və ya xroniki fazaya keçə bilər. Hepatitlərin əksəriyyəti (90%) alkoqol, virus və ya dərman mənşəli olur. Xəstəliyin müxtəlif qrup insanlar arasında yayılma tezliyi onun forma və yaranma səbəbindən asılıdır.Hepatitlər aşağıdakı meyarlar üzrə təsnif edilir:
yaranma səbəbinə görə – virus, alkoqol və dərman mənşəli, autoimmun, spesifik (vərəm, opistorxoz, exinokokk və s. etiologiyalı), kriptogen (naməlum mənşəli) hepatitlər;
gedişinə əsasən (kəskin, xroniki);
klinik təzahürlərə görə (sarılıqlı, sarılıqsız, subklinik formalar).
Virus hepatitləri kəskin (hepatit A və B) və xroniki (hepatit B, D, C) olur. Hepatit həmçinin qaraciyər üçün spesifik olmayan virus və virusabənzər infeksiyalar – mononukleoz, sitomeqalovirus, herpes, sarı qızdırma tərəfindən törədilə bilər. Autoimmun hepatitlər anticisimlərin hədəfindən asılı olaraq, tiplərə bölünür (I, II, III tip).Hepatitin qeyri-qənaətbəxş gedişi sirroz və qaraciyər çatışmazlığı ilə ağırlaşa bilər. Belə hallarda ölüm riski yüksək olur. Xroniki hepatitin çox rast digər fəsadlarına metabolik dəyişikliklər, anemiya, laxtalanmanın pozulması, şəkərli diabet, qaraciyərin xərçəngi aiddir..Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥