Şuşa Rayon Mərkəzi Xəstəxanası

Şuşa Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
,,Şuşa RMX"nın rəsmi səhifəsi.

Şuşa Rayon Mərkəzi Xəstəxanasında mülki müdafiə üzrə praktiki təlim keçirilib🧯Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağ...
18/08/2026

Şuşa Rayon Mərkəzi Xəstəxanasında mülki müdafiə üzrə praktiki təlim keçirilib🧯

Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağlamlıq və Müalicə Mərkəzinin nəzdində Şuşa Rayon Mərkəzi Xəstəxanasında TƏBİB üzrə 5 illik Mülki Müdafiə Planının hazırlanması, toplanması və təqdim edilməsi ilə bağlı praktiki təlim keçirilib.
Təlim Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təşkil olunub. Təlim zamanı iştirakçılara Mülki Müdafiə Planının hazırlanması, zəruri məlumatların toplanması, sənədləşdirilməsi və aidiyyəti üzrə təqdim olunması qaydaları izah edilib.
Həmçinin fövqəladə hallar zamanı görüləcək tədbirlər, əməkdaşların fəaliyyət ardıcıllığı və mülki müdafiənin düzgün təşkili ilə bağlı praktiki tövsiyələr verilib.



Hepatit B və C-yə yoluxma şübhəsi varsa, nə etməli❓Hepatitin erkən diaqnostikası və vaxtında müalicəsi üçün haraya və ha...
17/08/2026

Hepatit B və C-yə yoluxma şübhəsi varsa, nə etməli❓

Hepatitin erkən diaqnostikası və vaxtında müalicəsi üçün haraya və hansı ardıcıllıqla müraciət etməli olduğunuzu bilmək vacibdir.

Təqdim olunan pasiyent bələdçisi vasitəsilə TƏBİB tabeli tibb müəssisələrində Hepatit B və C üzrə diaqnostika, müalicə və sonrakı izlənmə mərhələləri ilə tanış ola bilərsiniz.

Sağlamlığınızla bağlı qərarları gecikdirməyin. Vaxtında xəbərdar olun, sağlam qalın!

📊 24 saat, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin Bakı şəhəri üzrə iyul ayına dair ...
12/08/2026

📊 24 saat, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin Bakı şəhəri üzrə iyul ayına dair əsas statistik göstəriciləri ilə tanış olun.


🚑 Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilibBakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardı...
03/08/2026

🚑 Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilib

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq doğma ünvanı – Şuşa şəhərində xidmət göstərir.

✅ Bölmə 24/7 rejimində fəaliyyət göstərir və 2 təcili tibbi yardım avtomobili ilə təmin olunub.

TƏBİB tərəfindən təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması istiqamətində görülən işlər davam etdirilir.



🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də q...
28/07/2026

🩺 Hepatitdən qorunmaq üçün ilk addımı bu gün atın!

💛 Məlumatlı olun, müayinədən keçin, hepatitə qarşı mübarizəyə siz də qoşulun!

📢 Hörmətli vətəndaşlar!Şuşa Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilmiş QR kod vasitəsilə müraciətlərinizi rahat şəkildə...
27/07/2026

📢 Hörmətli vətəndaşlar!

Şuşa Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilmiş QR kod vasitəsilə müraciətlərinizi rahat şəkildə bizə çatdıra bilərsiniz.

Sizi narahat edən məsələlər, şikayət və təklifləriniz, eləcə də təşəkkür və minnətdarlıq mesajlarınızı QR kodu skan edərək bizimlə paylaşa bilərsiniz.

💙 Fikirləriniz xidmət keyfiyyətinin daha da yüksəldilməsində bizim üçün dəyərlidir.

Sizi aktiv olmağa və rəylərinizi bizimlə bölüşməyə dəvət edirik!



🔹️ Şuşa Sağlamlıq və Müalicə Mərkəzində yerləşən Şuşa Rayon Mərkəzi Xəstəxanası🔹️Şuşa şəhərində fəaliyyət göstərən Şuşa ...
24/07/2026

🔹️ Şuşa Sağlamlıq və Müalicə Mərkəzində yerləşən Şuşa Rayon Mərkəzi Xəstəxanası🔹️

Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatrlar Aynur Muradova və Arzu Hüseynova tərəfindən uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, müraciət edən azyaşlı pasiyentlər müayinə olunur, şikayətləri dinlənilir və diaqnoza uyğun müalicə təyin edilir.

Qeyd edək ki, uşaqların sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə pediatrik xidmətlər mütəmadi olaraq davam etdirilir.



22/07/2026

Şuşa Sağlamlıq və Müalicə Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşa operativ ilk tibbi yardım göstərilib

Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağlamlıq və Müalicə Mərkəzinin həkim-terapevti Bahar Məmmədova və böyük tibb bacısı Dürdanə Vəzirova Cıdır düzündə baş vermiş qəza nəticəsində xəsarət alan vətəndaşa hadisə yerində operativ şəkildə ilk tibbi yardım göstəriblər.

Məlumat üçün bildirək ki, yay mövsümündə Şuşaya turist axınının artması ilə əlaqədar yıxılma, sürüşmə, arterial təzyiqin yüksəlməsi, baş ağrısı, ürəkbulanma və digər təcili tibbi yardım tələb edən hallarla daha tez-tez rastlaşınır.

⚠️Bu baxımdan vətəndaşlara və şəhərimizin qonaqlarına təhlükəsizlik qaydalarına əməl etmələri, diqqətli və ehtiyatlı davranmaları tövsiyə olunur.



🔹️ Xidmətlərimiz rubrikası 🔹️Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağlamlıq və Müalicə Mərkəzində  xəstə xidmətləri şö...
16/07/2026

🔹️ Xidmətlərimiz rubrikası 🔹️

Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağlamlıq və Müalicə Mərkəzində xəstə xidmətləri şöbəsinin müdiri Kərimova Nuranə tərəfindən ambulator müraciətlər qəbul edilir.

İlkin müraciətlər, eləcə də vətəndaşları maraqlandıran suallar üzrə ilk müraciət ünvanı xəstə xidmətləri şöbəsidir. Şöbəyə daxil olan müraciətlər operativ şəkildə qiymətləndirilir və vətəndaşlar ehtiyaclarına uyğun olaraq aidiyyəti ixtisas həkimlərinə yönləndirilirlər.

Xəstə xidmətləri şöbəsi vətəndaş məmnuniyyətinin təmin olunması, operativ xidmətin göstərilməsi və düzgün istiqamətləndirmənin həyata keçirilməsi istiqamətində gündəlik fəaliyyətini davam etdirir.



15/07/2026

Address

Əsəd Əhmədov 26
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 14:00

Telephone

+994124327305

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şuşa Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category