13/10/2021
Qara düyü qida dəyərinin yüksək olması baxımından ən çox seçilən ərzaqlardandır. Qara düyü, güclü antioksidan xüsusiyyətlərə malik olan antosiyanin adlı bir piqmentdən qara-bənövşəyi rəng əldə edir.
Amerikanın elm adamları 1 qaşıq qara düyünün 1 qaşıq böyürtkən daha artıq antioksidan, lif və E vitamini tərkibli olduğunu sübut ediblər. Qara düyü bu meyvələrə nisbətən daha az şəkərlidir. Antioksidanlar bədəndəki zərərli molekulları əmir və yaşlanmanı yavaşladır. Qara düyü antioksidan və maqnezium baxımından zəngindir. Tədqiqatçılar qara düyü və ya bundan alınan kəpəyin səhər yeməklərində, şirniyyatlarda və gündəlik həyatımızda ən çox yediyimiz qidalara əlavə edilməsinin faydalı olduğunu bildirirlər.
Ağ düyüdən dəfələrlə yaralı olan qara düyünün faydaları nələrdir?
• Arıqlamağa kömək edir. Qara düyü qida dəyəri yüksək, maqnezium və dəmir baxımından zəngin lif və mineral deposudur;
• Göz sağlamlığı üçün xeyirlidir;
• Təbii olaraq qlütensizdir;
• Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir;
• Ürək sağlamlığını gücləndirir.