Bakı Manual Terapiya Mərkəzi

Bakı Manual Terapiya Mərkəzi Ətraflı: https://manualterapiya.az/ Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.)

“Manual terapiya” (MT) deyildikdə, nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür. MT-nın istifadəsinə göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləri ki, bu halda, bir çox hallarda dərman preparatl

arının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək, manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir. MT, patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir. MT-nın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir. Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır. Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.

Növbəti Çin səfərimiz xoş xatirələrlə başa çatmışdır.Dünyanın ən böyük tibbi sərgisi olan Guangzhou şəhərində keçirilən ...
07/10/2025

Növbəti Çin səfərimiz xoş xatirələrlə başa çatmışdır.
Dünyanın ən böyük tibbi sərgisi olan Guangzhou şəhərində keçirilən tədbirdə ən son tibbi reabilitasiyon avadanlıqlarını şəxsən özümüz test etdik. ☺️🫠
Bu səfər zamanı bizə dəstək olan və Azərbaycanı Çində layiqincə təmsil edən Akşin müəllimə dərin minnətdarlıq bildiririk.
Hər səfərimizdə olduğu kimi, bu dəfə də əziz pasiyentlərimizə daha yaxşı xidmət etmək üçün bəzi biliklər əldə etdik.

18/09/2025
🔷Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun bölgəsi bədənimizin təməl...
18/09/2025

🔷Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun bölgəsi bədənimizin təməl daşlarından biridir.
🔹Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir.
🔹Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır.
🔹Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit)
və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir).
🔹Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

❗Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)
🏢Kraton clinic.

📞+99455 600-62-14
📞+99499 805-00-30

🔴Kongenital skolioz uşaq ana bətnində ikən əmələ gəlir və inkişaf edir. 🔺Bu tip skoliozun yaranmasına təkan verən ana bə...
16/09/2025

🔴Kongenital skolioz uşaq ana bətnində ikən əmələ gəlir və inkişaf edir.

🔺Bu tip skoliozun yaranmasına təkan verən ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, alkoqol istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər var.

🔺Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklər də anadangəlmə skoliozu müşayiət edir.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)

🔷Tez-tez rast gəlinən xoşagəlməz hallardan biri də əzələ qıcolmalarıdır. Qıcolma (əzələ spazmı) əzələlərin qeyri-iradi a...
13/08/2025

🔷Tez-tez rast gəlinən xoşagəlməz hallardan biri də əzələ qıcolmalarıdır. Qıcolma (əzələ spazmı) əzələlərin qeyri-iradi ağrılı yığılmasıdır.
Əzələ qıcolmasının əsas əlamətləri. Qıcolmaya məruz qalmış əzələdə kəskin ağrı hissiyyatı adətən bir neçə dəqiqə davam edir, sonra əzələ gərginliyi keçir, ağrı sakitləşərək sızıldayır. Diskomfort hissi isə bir neçə gün davam edə bilər. Əksər hallarda qıcolmalar baldır əzələlərində baş verir.

🔶Əzələ qıcolmasının səbəbi nə ola bilər?

🔸Yorğunluq, uzunmüddətli fiziki gərginlik, müəyyən əzələ qruplarının aşırı yüklənməsi;
🔸Orqanizmin susuzlaşması;
🔸Əzələ və bağ zədələri;
🔸Aşağı temperaturun təsirindən qan damarlarının daralması;
🔸Qan damarlarının müxtəlif xəstəliklər və emosional gərginlik fonunda spazmı.

______________
📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)
Kraton clinic

Address

Akademik Şəfayət Mehdiyev 1054
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994556006214

Alerts

Be the first to know and let us send you an email when Bakı Manual Terapiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Manual Terapiya Mərkəzi:

Shortcuts

Share

Category