Talassemiya Mərkəzi

Talassemiya Mərkəzi AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin rəsmi

01/06/2026
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

15/05/2026

Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib. Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.

Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.

Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.

Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılacaq.

Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

30/04/2026
19/03/2026

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində “Atəşgah” Sığorta Şirkətinin ...
13/03/2026

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində “Atəşgah” Sığorta Şirkətinin iştirakı ilə Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
Tədbir zamanı balaca pasiyentlər üçün müxtəlif əyləncəli proqramlar təqdim edilib, uşaqlara hədiyyələr paylanılıb və bayram əhval-ruhiyyəsi yaradılıb. Şənlik uşaqların böyük sevincinə səbəb olub və onların üzündə təbəssüm yaradıb.

Address

Fətəli Xan Xoyski Prospekti 128
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Talassemiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Talassemiya Mərkəzi:

Shortcuts

Share