Ginekoloji Estetika

Ginekoloji Estetika Mama Ginekoloq, Cərrah Dr. Fəxrəndə Rəsulova

24/08/2026

Hamiləlikdən qorunmaq üçün müxtəlif qorunma vasitələri mövcuddur. Lakin hər qadın üçün ən uyğun seçim fərdi olaraq müəyyən edilməlidir.

Kontraseptiv həblər və UDK (uşaqlıqdaxili spiral) ən çox istifadə olunan qorunma üsullarındandır. Seçim zamanı yaş, həyat tərzi, sağlamlıq vəziyyəti, menstrual xüsusiyyətlər və gələcək hamiləlik planları nəzərə alınmalıdır.

Unutmayın ki, hormonal kontraseptivlər sonsuzluq yaratmır. Əksinə, bəzi hallarda ağrılı menstruasiyanın azalmasına, dəri problemlərinin yaxşılaşmasına və müəyyən ginekoloji xəstəliklərin müalicəsinə dəstək ola bilər.

Kontrasepsiya seçimini internet məsləhətlərinə əsasən etməyin. Sizin üçün ən təhlükəsiz və effektiv üsul yalnız həkim-ginekoloqun müayinəsi və tövsiyəsi əsasında müəyyən edilməlidir.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

22/08/2026

Günümüzün 1-ci əməliyyatı🤗
dodaqlarının hipertrofiyası, asimmetriyası olduğu üçün pasiyentimizə - Labioplastika və Hudoplastika əməliyyatı icra olundu.
✅ Tamamilə ağrısız
✅ Tam simmetrik ideal görünüş
✅ Qısa müddətdə sağalma (3-5 gün)
✅ Elə həmin gündən komfortlu iş həyatınıza davam edirsiniz (oturmağa belə icazə verilir).

💢Qeyd: Əlavə plaraq pasiyentimizin istəyini nəzərə alaraq Alamaniya brendi olan cihazımızla Iazerlə ağartma proseduru olundu.
Cinsiyyət
🪄Bizimlə özgüvəniniz tam olsun💃

👩🏻‍⚕️Mama-ginekoloq, cərrah Dr. Fəxrəndə Rəsulova.
📱+994 70 960 90 04
Wp.: +994 50 460 90 04

estetikginekolo

Labioplastika ilə bağlı ən çox verilən suallardan biri — bu əməliyyatın bakirə xanımlara tətbiq oluna bilər?🌸Labioplasti...
21/08/2026

Labioplastika ilə bağlı ən çox verilən suallardan biri — bu əməliyyatın bakirə xanımlara tətbiq oluna bilər?

🌸Labioplastika bakirəliyə təsir etməyən estetik əməliyyatdır. Cinsiyyət dodaqlarının korreksiyasına yönəldilmiş bu əməliyyat bakirə xanımlar üçün tam uyğundur!

Qızlıq pərdəsinə toxunulmur, təhlükəsizdir və narahatlıq doğurmur.

Bu əməliyyat əsasən fiziki narahatlıq, gigiyenik çətinliklər və ya estetik səbəblərlə bağlı icra olunur və hər pasiyent üçün fərdi yanaşma tələb edir.

👩🏻‍🦰Əziz xanımlarımız, bizim FƏRQİMİZ yüksək peşəkarlığımız və müasir yanaşmamız sayəsində Sizi ideal nəticə ilə təmin etməkdir! Əməliyyat sonrası heç bir iz qalmır, və əməliyyat olmanız bilinmir.

☝🏻Bizimlə əməliyyat TAM AĞRISIZ olur. Reabilitasiya (sağalma dövrü) qısa müddətlidir – yalnız 3-5 gün! Gözəlliyinizi bərpa etmək və özünüzü rahat hiss etmək üçün bizimlə əlaqə saxlayın!

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

Mioma diaqnozu qoyuldu?Hər mioma əməliyyat demək deyil.🤔 "Məndə mioma var. Deməli, mütləq əməliyyat olunmalıyam?"Bu, gin...
20/08/2026

Mioma diaqnozu qoyuldu?
Hər mioma əməliyyat demək deyil.

🤔 "Məndə mioma var. Deməli, mütləq əməliyyat olunmalıyam?"

Bu, ginekoloqlara ən çox ünvanlanan suallardan biridir.

📌 Cavab isə hər zaman xeyr deyil.

Mioma uşaqlığın xoşxassəli törəməsidir və hər miyoma eyni şəkildə müalicə olunmur.

Bir çox hallarda kiçik ölçülü, şikayət yaratmayan miyomalar yalnız mütəmadi həkim nəzarətində saxlanılır.

Lakin mioma:

▫️ Güclü menstrual qanaxmaya səbəb olursa
▫️ Ağrı və ya təzyiq hissi yaradırsa
▫️ Sürətlə böyüyürsə
▫️ Sonsuzluğa və ya hamiləliyin gedişinə mənfi təsir göstərirsə

müalicə və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.

💙 Ən vacib məsələ miomanın olması deyil, onun sizdə hansı şikayətlərə səbəb olmasıdır.

🩺Mioma diaqnozu eşitdiyiniz anda təşvişə düşməyin. Düzgün müayinə və fərdi qiymətləndirmə ilə sizin üçün ən uyğun müalicə planı müəyyən edilə bilər.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

19/08/2026
Qaşınma keçir, amma niyə yenə qayıdır? Bəzən səbəb infeksiya deyil.🤔 Müalicə alırsınız, şikayətləriniz azalır... Amma bi...
18/08/2026

Qaşınma keçir, amma niyə yenə qayıdır? Bəzən səbəb infeksiya deyil.

🤔 Müalicə alırsınız, şikayətləriniz azalır... Amma bir müddət sonra qaşınma yenidən başlayır?

Bu vəziyyət hər zaman infeksiya ilə əlaqəli olmaya bilər.

📌 Təkrarlayan intim qaşınmanın səbəbləri arasında:

▫️ Vaginal mikrofloranın pozulması
▫️ pH balansının dəyişməsi
▫️ Estrogen səviyyəsinin azalması
▫️ Doğuş, menopauza və ya yaşla əlaqədar selikli qişada baş verən dəyişikliklər

də rol oynaya bilər.

💙 Bu hallarda yalnız infeksiyanı müalicə etmək kifayət etməyə bilər. Əsas səbəbin müəyyən edilməsi düzgün müalicə planının seçilməsi üçün vacibdir.

Müayinə nəticələrindən asılı olaraq müalicəyə mikrofloranın bərpası, hormonal dəstək və uyğun pasiyentlərdə toxumaların yenilənməsini dəstəkləyən müasir prosedurlar, o cümlədən lazer və PRP terapiyası daxil edilə bilər.

Təkrarlayan qaşınmanı "normaldır" deyə qəbul etməyin. Düzgün diaqnoz qoyulduqda problemin səbəbini aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

17/08/2026

PRP Plazma Gel – Estetik Ginekologiyada Yeni Nəsil Dolğulama

PRP Plazma Gel estetik ginekologiyada filler kimi istifadə olunan ən son yeniliklərdən biridir.

💉 Heç bir əks-təsiri yoxdur. Çünki tətbiq üçün istifadə olunan material pasiyentin öz qanından əldə edilir.

🩸 Xüsusi üsulla hazırlanan plazma gel formasına salınaraq cinsiyyət dodaqlarına yeridilir.

🍑 Nəticədə daha dolğun, estetik və arzulanan “şaftalı görünüşü” əldə olunur.

✨ PRP Plazma Gel:
• Toxumaların yenilənməsini dəstəkləyir
• Kollagen sintezini aktivləşdirir
• Dərinin nəmlənməsinə kömək edir

🌸 Nəticədə daha hamar, gənc və estetik görünüş əldə olunur.

💖 Hər qadın özünü gözəl və özgüvənli hiss etməyi haqq edir.

🌿 Təbiiliyinizi qoruyaraq daha dolğun və estetik görünüş əldə edin.

💃 Bizimlə özgüvəniniz tam olsun!

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

İntim cavanlaşmada yeni yanaşma.🤔 İntim nahiyədə quruluq, elastikliyin azalması və ya əvvəlki komfort hissinin itməsi si...
15/08/2026

İntim cavanlaşmada yeni yanaşma.

🤔 İntim nahiyədə quruluq, elastikliyin azalması və ya əvvəlki komfort hissinin itməsi sizi narahat edir?

Bu dəyişikliklər doğuşdan sonra, hormonal dəyişikliklər, yaşlanma və ya menopauza dövründə meydana gələ bilər. Bir çox qadın bu vəziyyəti normal hesab etsə də, müasir estetik ginekologiyada toxumaların yenilənməsini dəstəkləyən effektiv prosedurlar mövcuddur.

💙 Ge***al Bio intim nahiyədə toxumaların bərpasını, nəmliliyini və elastikliyini dəstəkləməyə yönəlmiş müasir estetik ginekoloji prosedurdur.

📌 Prosedur aşağıdakı hallarda faydalı ola bilər:

▫️ Quruluq və narahatlıq hissinin azalmasına dəstək olmaq
▫️ Toxumaların elastikliyini və tonusunu artırmağa kömək etmək
▫️ Dərinin daha sağlam və təravətli görünüşünü dəstəkləmək
▫️ İntim komfort hissinin yaxşılaşmasına töhfə vermək
▫️ Doğuş və hormonal dəyişikliklərdən sonra toxumaların bərpasını dəstəkləmək
▫️ Selikli qişanın qoruyucu funksiyasının güclənməsinə kömək etmək

🌿 Prosedur qısa müddətdə həyata keçirilir, minimal diskomfortla müşayiət olunur və hər pasiyent üçün fərdi planlaşdırılır.

Qadın sağlamlığında komfort və özünəinam da vacibdir. Müasir estetik ginekologiya bu istiqamətdə təhlükəsiz və effektiv həllər təqdim edir.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

***alBio

PRP + Eksosom Terapiyasıİki Fərqli Prosedur... Sinerji Təsir...🤔 "PRP kifayətdir, yoxsa eksosom terapiyasına da ehtiyac ...
14/08/2026

PRP + Eksosom Terapiyası
İki Fərqli Prosedur... Sinerji Təsir...

🤔 "PRP kifayətdir, yoxsa eksosom terapiyasına da ehtiyac var?"

Bu, son dövrlərdə estetik ginekologiyada ən çox verilən suallardan biridir.

📌 PRP (Platelet Rich Plasma) pasiyentin öz qanından əldə olunan trombositlərlə zəngin plazmadır. O, toxumaların bərpasını, kollagen sintezini və təbii yenilənmə prosesini stimullaşdırmağa kömək edir.

📌 Eksosom terapiyası isə hüceyrələrarası siqnal ötürülməsini dəstəkləyərək toxumaların regenerasiyasını sürətləndirməyə, dərinin keyfiyyətini yaxşılaşdırmağa və cavanlaşma prosesini gücləndirməyə kömək edə bilər.

💙Uyğun pasiyentlərdə bu iki prosedur birlikdə tətbiq edildikdə bir-birini tamamlayan təsir göstərə bilər. Məqsəd toxumaların daha sağlam görünüşünü, elastikliyini və yenilənmə potensialını dəstəkləməkdir.

Bu kombinə yanaşma xüsusilə təyin edilir:

▫️ İntim nahiyədə quruluq hissi
▫️ Elastikliyin azalması
▫️ Doğuşdan sonrakı toxuma dəyişiklikləri
▫️ Yaşla əlaqədar regenerasiyanın zəifləməsi
▫️ İntim nahiyənin ümumi keyfiyyətinin yaxşılaşdırılması məqsədilə seçilmiş pasiyentlərdə tətbiq oluna bilər.

✨ Hansı prosedurun daha uyğun olduğuna və ya onların birlikdə tətbiqinə yalnız həkim müayinəsindən sonra qərar verilir. Çünki hər pasiyentin ehtiyacı fərqlidir.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekoloq

Estetik görünən problem... Bəzən səbəb dərinin rəngi olur.İntim nahiyədə qaralma sizi narahat edir?🤔Bu, bir çox qadında ...
13/08/2026

Estetik görünən problem...
Bəzən səbəb dərinin rəngi olur.

İntim nahiyədə qaralma sizi narahat edir?🤔

Bu, bir çox qadında rast gəlinən və əksər hallarda tamamilə təbii səbəblərlə əlaqəli olan vəziyyətdir.

📌 Hormonal dəyişikliklər, hamiləlik və doğuş, yaşlanma, epilyasiya, sürtünmə və digər faktorlar zamanla intim bölgədə piqmentasiyanın artmasına səbəb ola bilər.

Müasir estetik ginekologiyada ağartma məqsədi ilə tətbiq olunan prosedurlardan biri də İtalyan mezoterapiyasıdır.

💙 Xüsusi aktiv komponentlərlə zəngin tərkib ( glutation, C vitamini, niasinamid, peptid kompleksi və s.) dərinin yenilənməsini dəstəkləməyə, nəmliliyini artırmağa və daha bərabər dəri tonunun formalaşmasına kömək edə bilər.

Prosedurun əsas məqsədləri:
▫️ Dəri tonunun daha bərabər görünməsinə dəstək olmaq
▫️ Piqmentasiya görünüşünü azaltmağa kömək etmək
▫️ Dərinin nəmliliyini və elastikliyini artırmaq
▫️ İntim nahiyəyə daha baxımlı və təravətli görünüş qazandırmaq
▫️ Estetik görünüş və komfort hissini artırmağa dəstək olmaq

💖 Özünüzü rahat və güvənli hiss etmək qadın sağlamlığı və həyat keyfiyyətinin vacib hissəsidir.

📍 Müayinə və ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

📲 +994 70 960 90 04
📲 WhatsApp: +994 50 460 90 04

👩🏻‍⚕️ Dr. Fəxrəndə Rəsulova
🩺 Cərrah, Mama-Ginekoloq | Estetik Ginekologiya

Address

Aşıq Molla Cümə Küç. 103A. , Nəriman Nərimanov
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994709609004

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloji Estetika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share