Zahra Clinic

Zahra Clinic Zahra Clinic 2019-cu ildən fəaliyyət göstərən sağlamlıq və müalicə mərkəzidir.

Klinikamız Almaniya və Avstriya təcrübəsinə əsaslanaraq, peşəkar, təhlükəsiz və etibarlı tibbi xidmətlər təqdim edir.

🇦🇿 28 May – Müstəqillik Günümüz Mübarək!Xalqımızın azadlıq və istiqlal tarixinin ən şanlı səhifəsi olan Müstəqillik Günü...
28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günümüz Mübarək!

Xalqımızın azadlıq və istiqlal tarixinin ən şanlı səhifəsi olan Müstəqillik Günü münasibətilə hamınızı ürəkdən təbrik edirik.

Zəhra Klinikası olaraq hər birinizə cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın işıqlı gələcəyində sağlam ömür arzulayırıq. Müstəqilliyimiz daimi, gələcəyimiz parlaq olsun! 💙❤️💚

Zahra Clinic ailəsi olaraq hər birinizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik!🫆Bu mübarək gündə kəs...
27/05/2026

Zahra Clinic ailəsi olaraq hər birinizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik!🫆

Bu mübarək gündə kəsilən qurbanların, edilən duaların qəbul olmasını diləyirik. Bayramın evinizə ruzi-bərəkət, qəlbinizə hüzur və ən əsası isə tükənməz sağlamlıq gətirməsini arzu edirik.

Sevdiklərinizlə birgə xoşbəxt və cansağlığı ilə dolu bayramlara!🤍

Zahra Clinic — Sağlamlığınız bizə əmanətdir🫆

“Peşəkarların Ahəngi” adlı həkim və psixoloqların görüşü keçirildi16 may 2026-cı il tarixində Ahəng Psixologiya Reabilit...
19/05/2026

“Peşəkarların Ahəngi” adlı həkim və psixoloqların görüşü keçirildi

16 may 2026-cı il tarixində Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi və Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi təşkilatçılığı ilə 10 May – Psixoloqlar Gününə həsr olunmuş “Peşəkarların Ahəngi” adlı həkim və psixoloqların səhər yeməyi formatında görüşü təşkil olundu.

Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən həkimlər və psixoloqlar bir araya gələrək peşəkar fikir mübadiləsi apardılar, psixoloji sağlamlığın cəmiyyətdəki rolu, multidisiplinar əməkdaşlıq və gələcək layihələr ətrafında müzakirələr həyata keçirildi.

Tədbirin açılış nitqi Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova tərəfindən edildi. Daha sonra millət vəkili Müşviq Məmmədli çıxış edərək bu cür peşəkar platformaların cəmiyyət üçün əhəmiyyətini vurğuladı və tədbir iştirakçılarına uğurlar arzuladı.

“Peşəkarların Ahəngi” tədbirinin baş sponsoru Zahra Clinic oldu. Tədbirə həmçinin Ersağ Azərbaycan, Yurd İnklüziv İnkişaf Mərkəzi və AzEstetik Group sponsor dəstəyi göstərdi. Media tərəfdaşı isə E-sağlam.az idi.

4 saatdan artıq davam edən tədbir yalnız peşəkar müzakirələrlə deyil, eyni zamanda musiqi dəqiqələri və poeziya anları ilə də iştirakçıların yaddaşında xoş təəssürat yaratdı.

Tədbirin təşkilində və həyata keçirilməsində dəstək olan bütün tərəfdaşlara və iştirakçılara dərin təşəkkürümüzü bildiririk.

Sağlamlıq sahəsində peşəkarların bir araya gəldiyi “Peşəkarların Ahəngi” platformasında baş sponsor olaraq yer almaqdan ...
13/05/2026

Sağlamlıq sahəsində peşəkarların bir araya gəldiyi “Peşəkarların Ahəngi” platformasında baş sponsor olaraq yer almaqdan qürur duyuruq.

🫆Zahra Clinic olaraq məqsədimiz yalnız müalicə deyil, həm də bilik, təcrübə və peşəkar əməkdaşlığın inkişafına töhfə verməkdir.

📍16 may 2026 tarixində keçiriləcək bu xüsusi görüşdə peşəkar müzakirələr və dəyərli əməkdaşlıqlar üçün bir araya gələcəyik.

8 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasın...
13/05/2026

8 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının növbəti iclasına Zahra Clinic ev sahibliyi edib.

Görüş zamanı qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər, əməkdaşlıq imkanları və səhiyyə sahəsində işgüzar inkişaf istiqamətləri müzakirə olunub. Həmçinin komissiyanın gələcək fəaliyyət planı nəzərdən keçirilib.

İclasın sonunda iştirakçılar Zahra Clinic-in fəaliyyəti, tibbi yanaşması və iş mühiti ilə yaxından tanış olublar.

🇦🇿Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının ...
10/05/2026

🇦🇿Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiramla yad edirik.

Onun siyasi irsi və parlaq ideyaları yolumuzu işıqlandırmağa davam edir.

Zahra Clinic🫆

9 May – Faşizm üzərində Qələbə Günü!🇦🇿Bu gün sadəcə təqvimlərdə bir tarix deyil, iradənin, cəsarətin və sarsılmaz birliy...
09/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü!🇦🇿

Bu gün sadəcə təqvimlərdə bir tarix deyil, iradənin, cəsarətin və sarsılmaz birliyin simvoludur.

Bəşəriyyəti qaranlıqdan xilas edən qəhrəmanlarımızı ehtiramla yad edirik.

Zahra Clinic🫆

9 May – Faşizm üzərində Qələbə Günü🇦🇿Bu gün sadəcə təqvimlərdə bir tarix deyil, iradənin, cəsarətin və sarsılmaz birliyi...
09/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü🇦🇿

Bu gün sadəcə təqvimlərdə bir tarix deyil, iradənin, cəsarətin və sarsılmaz birliyin simvoludur. Bəşəriyyəti qaranlıqdan xilas edən qəhrəmanlarımızı ehtiramla yad edirik.

Zahra Clinic🫆

Zahra Clinic MMC-də struktur dəyişiklikləri çərçivəsində yeni kadr təyinatları həyata keçirilib.Klinikanın direktoru Fər...
29/04/2026

Zahra Clinic MMC-də struktur dəyişiklikləri çərçivəsində yeni kadr təyinatları həyata keçirilib.

Klinikanın direktoru Fərid Hüseynin imzaladığı qərara əsasən, Psixologiya və Təlim-Tədris Şöbəsinin müdiri vəzifəsini icra edən Mirşahin Əlizadə tutduğu vəzifədən azad edilərək Direktor Müavini vəzifəsinə təyin olunub.

Qərara uyğun olaraq, həkim-psixiatr Lalə Məmmədova Psixiatriya və Psixologiya Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinat klinikanın sağlamlıq və idarəetmə xidmətlərinin daha da inkişaf etdirilməsi və bu sahədə keyfiyyətin artırılması məqsədi daşıyır.

Qeyd edək ki, qərar imzalandığı gündən qüvvəyə minib.

Yaddaşınızın sərhədlərini genişləndirməyə hazırsınız?“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Zahra Clinic-in bi...
29/04/2026

Yaddaşınızın sərhədlərini genişləndirməyə hazırsınız?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Zahra Clinic-in birgə əməkdaşlığı ilə keçiriləcək Yaddaş texnikaları ilə effektiv öyrənmə təliminə dəvətlisiniz.

Təlimdə nələr öyrənəcəksiniz?

✔️Məlumatların sürətli və qalıcı yadda saxlanması
✔️Beyinin iş mexanizmi
✔️Diqqət və konsentrasiyanın artırılması

Beyninizin potensialından maksimum istifadə etmək istəyirsinizsə, bu görüşü qaçırmayın.

🎤 Spiker: Klinik psixologiya üzrə Ph.D. (c), Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə

02.05.2026, saat: 11:00
📍Azərbaycan İnnovasiya Mərkəzi

Address

Heydər Əliyev Prospekti 66/68
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994558380911

Alerts

Be the first to know and let us send you an email when Zahra Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Zahra Clinic:

Shortcuts

Share

Category