Dr.Eslanda Səlimova

Dr.Eslanda Səlimova Dr. Eslanda Salimova
👩🏻‍⚕Onkoloq-mammaloq cərrah

Sağlamlıqla bağlı məlumatları sosial mediadan deyil, etibarlı tibbi mənbələrdən və mütəxəssislərdən almaq vacibdir. ❗️  ...
22/05/2026

Sağlamlıqla bağlı məlumatları sosial mediadan deyil, etibarlı tibbi mənbələrdən və mütəxəssislərdən almaq vacibdir. ❗️

Süd vəzi sağlamlığında ən vacib addımlardan biri bədəndəki dəyişiklikləri tanımaqdır.  Müntəzəm özünü müayinə bəzi dəyiş...
16/05/2026

Süd vəzi sağlamlığında ən vacib addımlardan biri bədəndəki dəyişiklikləri tanımaqdır.
Müntəzəm özünü müayinə bəzi dəyişikliklərin daha erkən aşkarlanmasına kömək edə bilər. 💖

     ̇jan
10/05/2026



̇jan

👙Düzgün iç geyimi seçimi sadəcə görünüş yox, süd vəzilərinin sağlamlığı ilə birbaşa bağlıdır.Yanlış ölçü və ya material ...
06/05/2026

👙Düzgün iç geyimi seçimi sadəcə görünüş yox, süd vəzilərinin sağlamlığı ilə birbaşa bağlıdır.

Yanlış ölçü və ya material zamanla ağrı, narahatlıq kimi problemlərə səbəb ola bilər.

Karuseli sürüşdürərək düzgün seçim üçün əsas qaydalarla tanış olun. 💕

Mammoloqunuzun məsləhətinə əməl etməyi unutmayın🌸Hər birinizə xoş həftəsonu arzulayıram❤️
01/05/2026

Mammoloqunuzun məsləhətinə əməl etməyi unutmayın🌸

Hər birinizə xoş həftəsonu arzulayıram❤️

🗓️26 aprel tarixində Lənkəranda keçirilən “Tibb və Texnologiya Forumu 2026” çərçivəsində “Qadınlarda hormonal pozğunluql...
29/04/2026

🗓️26 aprel tarixində Lənkəranda keçirilən “Tibb və Texnologiya Forumu 2026” çərçivəsində “Qadınlarda hormonal pozğunluqlar və süd vəzi patologiyaları” mövzusunda çıxış etdim.

Konfrans qadın xəstəliklərində endokrin və metabolik pozğunluqların diaqnostikası, müalicəsi və miniinvaziv cərrahiyyədə müasir yanaşmalara həsr olunmuşdu. Bu cür elmi platformalarda bilik və təcrübə mübadiləsi aparmaq, sahəmizdəki yenilikləri bölüşmək mənim üçün çox dəyərlidir.

Dəvət və təşkilat üçün təşəkkür edirəm! ❤️

25 aprel 2026-cı il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qadın Sağlamlı...
27/04/2026

25 aprel 2026-cı il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qadın Sağlamlığının Qorunması: Multidissiplinar yanaşmalar” adlı elmi-praktik konfransda iştirak etdim.

Konfrans çərçivəsində “Süd vəzi xəstəliklərinin erkən diaqnostikası və profilaktikası” mövzusunda çıxış etdim.

Dəvət və təşkilat üçün təşəkkür edirəm. ❤️

‼️ Bəzən sinə nahiyəsində baş verən dəyişikliklər diqqətdən qaça bilər, amma bəziləri mütləq yoxlanmalıdır.➡️ Dəri səthi...
20/04/2026

‼️ Bəzən sinə nahiyəsində baş verən dəyişikliklər diqqətdən qaça bilər, amma bəziləri mütləq yoxlanmalıdır.

➡️ Dəri səthində dəyişiklik, qəfil forma fərqi, içəri çəkilmə və ya səbəbsiz axıntı kimi əlamətlər normal sayılmır. Bu cür hallarda vaxt itirmədən mütəxəssisə müraciət etmək ən doğru addımdır.

➡️ Sinə nahiyəsində ağrı bir çox qadında rast gəlinən haldır və əksər hallarda hormonal dəyişikliklər və ya menstrual dö...
16/04/2026

➡️ Sinə nahiyəsində ağrı bir çox qadında rast gəlinən haldır və əksər hallarda hormonal dəyişikliklər və ya menstrual dövrlə əlaqəli olur.

✅ Bu tip ağrılar adətən keçici olur və ciddi problemə işarə etmir. Lakin ağrı uzun müddət davam edərsə, yalnız bir tərəfdə hiss olunarsa və ya hər hansı dəyişikliklə müşayiət olunarsa, mütləq mütəxəssisə müraciət etmək vacibdir.‼️

Həftəlik mammoloq məsləhətinizə əməl etməyi unutmayın😉💗
13/04/2026

Həftəlik mammoloq məsləhətinizə əməl etməyi unutmayın😉💗

✅ Süd vəzisində qaşıntı əksər hallarda zərərsiz səbəblərlə bağlı olur və dərinin quruluğu, allergik reaksiya, sintetik v...
08/04/2026

✅ Süd vəzisində qaşıntı əksər hallarda zərərsiz səbəblərlə bağlı olur və dərinin quruluğu, allergik reaksiya, sintetik və ya dar iç geyimi, eləcə də hormonal dəyişikliklərdən qaynaqlana bilər.

‼️ Bəzi hallarda isə göbələk kimi dəri infeksiyaları da qaşıntıya səbəb olur. Lakin qaşıntı ilə yanaşı qızartı, qabıqlanma, dəridə dəyişiklik və ya süd vəzi ucunda fərqlilik müşahidə olunursa, bu zaman mütləq həkim müayinəsi vacibdir. ☺️

Address

Baku Medical Plaza(Babək Filialı)
Baku

Telephone

+994519110000

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Eslanda Səlimova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category