Nərimanov Tibb Mərkəzi

Nərimanov Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

01/05/2026

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçibSon illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və b...
24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibAprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) pu...
14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) ...
08/04/2026

TƏBİB-in Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

🔗 https://president.az/az/articles/view/72061

Nərimanov Tibb Mərkəzinin rəhbər və kollektivi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq “Ana harayı “ abidəs...
26/02/2026

Nərimanov Tibb Mərkəzinin rəhbər və kollektivi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq “Ana harayı “ abidəsini ziyarət edib,abidənin önünə gül dəstələri qoyaraq ,faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.

15/02/2026

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətinin 10-cu ildönümünü qeyd edir.

Bu əlamətdar gün münasibətilə Agentliyin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik!

Ölkəmizdə səhiyyə sisteminin inkişafı, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması istiqamətində gördüyünüz işlərdə sizə davamlı uğurlar arzulayırıq.

Sağlam və güclü gələcək naminə birlikdə!

20/12/2025

TƏBİB-in yaranmasından 7 il ötür

TƏBİB bu illər ərzində COVID-19 pandemiyası və Vətən müharibəsi kimi ölkəmiz üçün son dərəcə çətin və məsuliyyətli mərhələlərdən uğurla keçib. Bu dövr ərzində səhiyyə sisteminin dayanıqlığı və inkişafına yönəlmiş mühüm addımlar atılıb, minlərlə insanın sağlamlığının qorunmasına, həyatının xilas edilməsinə töhfə verilib.

Bir ömür xidmətinizdə…

08/12/2025
27/09/2025

Vətən uğrunda canlarını fəda etmiş, qürur mənbəyimiz olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

27/09/2025

27 Sentyabr - Anım Günü

Address

Koroğlu Rəhimov Küç29
Baku

Telephone

+994125644346

Website

Alerts

Be the first to know and let us send you an email when Nərimanov Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category