17/02/2020
Ege Hospitalda “Hamilə Klubu" mərkəzimiz yeni təlimlərinə başlayır. Əgər keçmiş təlimlərə gələ bilməmisinizsə, əsla narahat olmayın. Təlimçimiz və modullarımız əvvəl olduğu kimi və ödənişsiz davam edir.
Hamilələr, hamiləlik planlayan və ya yeni ailə quran xanımlar bu təlimlər sizin üçündür. "Ege Hospital Hamilə Klubu" adı altında fəaliyyət göstərən mərkəzə yeni uşaq dünyaya gətirmiş, hamiləliyin hər hansısa bir həftəsində olan və ya hamiləlik planlayan xanımlarımızın hər biri müraciət edə bilər.
Təlimlərdə iştirakçılarımız hamiləlik öncəsi, hamiləlik zamanı, doğum və doğum sonrası dövrdə qarşılaşa biləcəkləri hallarla bağlı məlumat ala biləcəklər.
Xatırladaq ki, təlimlər bütün vasitələrlə təmin olunmuş rahat mühitdə keçirilir. Nəzəri məlumatlarla birlikdə praktiki məşğələlərin də daxil edildiyi təlimdə iştirakçılar mövzu ilə əlaqəli suallarını soruşub, yerindəcə cavab ala biləcək. Təlimi başa vuran iştirakçılara sertifikat verilir.
Hamilə Klubuna qoşulmaq ödənişsizdir. İştirak üçün qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyat üçün: http://bit.ly/hamileklubu
Əlaqə üçün:
-1117
Ünvan: Ege Hospital. Akad. Həsən Əliyev küç. 38