01/07/2020
İnfeksion xəstəliklər bakteriya, 🦠virus, 🍄göbələk və 🐛parazit xəstəlikləridir. Demək olar ki, hamısı uyğun istilik, nəm və qida mühiti tələb edir. Bu xəstəliklərdən bir çoxu fürsətci mikroblardır və immun sistemi zəif xəstələrdə yaranır.
🚑 Xəstəliklərin ümumi əlamətləri 🤒qızdırma, 🥱yorğunluq, əzələ ağrıları, dəridə səpgilər, ishal və öskürəkdir.
İnfeksion xəstəliklər insandan insana, heyvandan insana vəya dolaylı yolla🦟 yayılır. Əsas yoluxma yolları isə hava yolu, öskürək və asqırmadakı damcılarla, qan, ağız və cinsəl yolla yoluxur.
İnfeksion xəstəliklərdən qorunmaq üçün isə;😷
✅Mümkünsə peyvənd vurdurun.
✅Tez tez əlləri yuyun.
✅Bol maye qəbul edin, tarazlı qidalanın ve yuxu rejiminizə diqqət edin.
✅Öskürək ve asqırma zamanı ağzınızı örtün.
✅Xəstəlik simptomları olanlarla yaxın təmasdan yayının.
✅Otağı tez-tez havalandırın.
✅Əlinizə, ağzınıza, gözünüzə və burnunuza toxunmayın.
✅Şəxsi əşyalarınızı başqaları ilə paylaşmayın və başqlarınınkileri istifadə etməyin.
Uşaqlarda yaxın təmasa, oyuncaq paylaşımına, hər şeyi ağızlarına aparmalarına əl qiqiyenasına və s. diqqət etmək təbii ki, çox çətin demek olar ki, imkansızdır. Hər uşaq xüsusilə virus xəstəliklərinin çoxunu keçirəcək. Bu uşaqların immunitetinin güclənməsi üçün çox böyük rol oynayır.
Özünüzü qoruyun, Sağlam qalın👨👩👦👦👨⚕️
, , , , , , , , , , ,