11/01/2020
Doğuşdan sonra baş verən qanaxma halları əsas mamalıq ağırlaşmasının nəticəsi olaraq təzahür edir. Doğuşdan sonrakı qanaxmanın ağırlıq dərəcəsi itirilən qanın həcmindən asılıdır.⠀
⠀
►Gur qanaxmaya uşaqlıqda qan cərəyanının intensivliyi və doğuşdan sonra iri yara səthinin olması səbəb olur. Bundan əlavə, uşaqlıq yarasından qanaxma uşaqlıq əzələlərinin sürətlə yığılması, uşaqlıq arteriyalarının sıxılması və daha dərin əzələ qatlarına yerdəyişməsi, eyni zamanda qanın laxtalanma sisteminin aktivasiyası və kiçik damarlarda tromblaşma ilə əlaqədar baş verir.⠀
►Erkən (birincili) qanaxma doğuşdan sonrakı ilk 2 saat ərzində baş verir. Gec (ikincili) qanaxmalar isə uşaq doğulduqdan sonra 2 saatdan 6 həftəyədək dövrdə inkişaf edir. Doğuşdan sonrakı qanaxmanın sonluğu itirilən qanın həcmindən, qanaxmanın sürətindən, aparılan konservativ terapiyanın effektivliyindən, DDL-sindromunun yaranmasından asılıdır.⠀
⠀
⚫Patologiyanın təhlükəliyi onun qisa zaman ərzində böyük həcmdə qanın itirilməsinə və zahının ölümünə səbəb olması ilə bağlıdır. Doğuşdan sonrakı qanaxma zamanı ilk növbədə onun səbəbi aydınlaşdırılmalı, qan dayandırılmalı, kəskin qan itirmənin qarşısı alınmalı, sirkulyasiya edən qanın həcmi bərpa olunmalı, arterial təzyiqin səviyyəsi stabilləşdirilməlidir. Müalicə kompleks şəklində aparılır. Konservativ (medikamentoz, mexaniki), eləcə də cərrahi üsullar tətbiq oluna bilər.⠀
⠀
Dr Tace Səmədova⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
📱(+994) 50 361 95 39⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
📱(+994) 55 855 27 21 (Whatsapp)⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
🌐qadinsonsuzluqu.az⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀