27/01/2023
İnsanın özü haqqındakı fikri, münasibət qurmaq forması, uyğunluq anlayışı, sevgini alma-vermə bacarığı, zövqü, dəyərləri natal xəritəsində Veneranın olduğu bürclə ifadə olunur. Astro.com saytında doğum tarixi məlumatlarınızı daxil edib xəritənizi çıxararaq Venera bürcünüzə baxa bilərsiniz. (əgər alınmasa, aşağıda yazın bu barədə video hazırlayım).
Oğlaq bürcündə Venera:
Münasibətdə öz dəyərindən şübhələnməyə, özünü sevgisiz hiss etməyə meyllidir. Özünü ancaq bir şey etdiyi zaman dəyərli hiss edə bilir. Sevgini əmək sərf edərək yaratmalı və qazanmalıdır kimi düşünür.
Dolça bürcündə Venera:
Münasibət yaratmaq tərzi düşüncələr və zehinlə əlaqəlidir. Hər cür düşüncə alış-verişinə önəm verir. Sahiblənən tərəf olmayan, azadlığının ön planda olduğu, öz yolunu izləməyinə imkan verən əlaqə onun üçün önəmlidir.
Balıq bürcündə Venera:
Tanrısal bir sevgi arayışı, platonik sevgi, alma-vermədə qarışıqlıq, hətta sərhədlərin pozulması münasibətlərində görünən hallardır. Sanki özünü xilas edəcək bir sevgi axtarışındadır, bəzən buna görə qurban roluna bürünə bilir.
•
•
•
•