24/04/2023
Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir.
Kiçik yaşlı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi bir çox digər hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə qucağınızda eyni tərəfdə gəzdirirsinizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman onu yasdıqlara söykədib otuzdurursunuzsa, uşağı erkən olaraq ayaq üstə dayandıraraq onu gəzdirməyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatızdırırsınızsa və s. hallarda.
Sağlamlıq Mərkəzimizdə dəfələrlə onurğa problemlərindən əziyyət çəkən uşaqlarda uğurlu nəticələr əldə olunub. Müalicə uşağınızın da sevəcəyi əyləncəli formada, xüsusi idman hərəkətləri ilə aparılır. Ehtiyac yaranarsa, xüsusi tibbi cihaz və dərman müalicəsi də təyin olunur. Həkim qəbuluna yazılmaq üçün bizimlə əlaqə saxlayın.
☎️ (012)569 90 90
📱 (099)569 90 90
📱 (050) 486 32 32
📍 Məsud Davudoğlu, 30 (“Nəsimi” metrostansiyasının yaxınlığı)
☎️ (012)436 88 08
📱 (070)436 88 08
📱 (055) 486 32 32
📍Əsəd Əhmədov 9 (“İnşaatçılar” metrostansiyasının yaxınlığı)