Psixoterapevt Reyhan Mirzağayeva

Psixoterapevt Reyhan Mirzağayeva Psixoterapevt, Psixoloq-konsultant
▫️CBT
▫️Fərdi və ailə konsultasiyası
▫️Canlı / online seanslar

03/06/2025
📚Jerold Kreisman -ın “Talking to a Loved One with Borderline Personality Disorder” adlı kitabından♻️ SET - doğru ünsiyyə...
10/12/2023

📚Jerold Kreisman -ın “Talking to a Loved One with Borderline Personality Disorder” adlı kitabından

♻️ SET - doğru ünsiyyət strategiyası

👉🏻SET
Support (dəstək)
Empathy (anlayış)
Truth (həqiqət)

Əsasən istifadə olunur:
✅Borderline şəxsiyyət pozuntusu olan insanlarla ünsiyyət üçün
✅Yeniyetmələrlə, onlarla ünsiyyət zamanı gərgin vəziyyət yarandıqda

‼️komponent S (dəstək)
“Mən” anlayışına yönəlir. MƏN dəstək oluram
Əsas hədəfi - önəmli hesab etdiyimiz, səylərimizi yönəltmək istədiyimiz şeyə dəstək olmaqdı
Dəstək- qayğı göstərmək və kömək etmək üçün aktiv istəkdir.
Bu belə səslənə bilər:
“Nə hiss etdiyin mənim üçün önəmlidir”, “Sənin başına gələnlər məni maraqlandırır”, “Kömək etməyə çalışmaq istəyirəm.”

‼️komponent E (anlayış)
“Sən” obyektinə yönəlir. SƏNİ anlayıram
Onun hisslərini və əzablarını qəbul etmək, empatiya qurmaq.
Burda ifadələr belə səslənə bilər:
“Hazırda çətin/ əzablı bir zaman keçirdirsən”, “Əlindən gələni etməyə çalışdığını görürəm”

‼️ Komponent T (həqiqət)
Vəziyyətin real qiymətləndirilməsi
Nəyə görə məsuliyyət daşımalı olduğunu vurğulayırıq
Həqiqət o deməkdir ki, başqalarının roluna baxmayaraq, insanın özü nəticələrinin nə olacağına öz töhfəsini, məsuliyyətini bilməlidir.
Məsələn, bu kimi:
“Biz nə baş verdiyini bilirik... İndi bunun nəticələri ilə məşğul olmalıyıq... Burada, məsələn, mən necə kömək edə bilərəm... Nə edəcəksən?
T nöqtəsi sərhəddə şəxsiyyət pozuntusundan( borderline) əziyyət çəkən biri üçün komponentlər arasında ən çətinidir, çünki bu onları problemin praktik həllini axtarmağa məcbur edir.

❌SET kommunikasiya strategiyasına aid olmayanlar
“Bəli, bu mənim də başıma gəldi”
“Sənin üçün nə qədər üzgünəm” (aşağılayıcı, yazığı gəlmək kontekstdə olarsa)
“Həddindən artıq reaksiya verirsən”
“O qədər də p*s deyil”
“Belə bir şey olmayıb”
“Mən bunu demədim”

✔️Borderline personality disorder (BPD)✔️Borderlayn Şəxsiyyət Pozuntusu✔️Sərhəddə Şəxsiyyət Pozuntusu 🐘Fil haqqında rəsm...
07/12/2023

✔️Borderline personality disorder (BPD)
✔️Borderlayn Şəxsiyyət Pozuntusu
✔️Sərhəddə Şəxsiyyət Pozuntusu

🐘Fil haqqında rəsm məna daşıyır
Bu, fili müxtəlif tərəfdən hiss edən kor müdriklər haqqındakı məsəldən bəhs edir

🤯Diaqnozda çətinliklər, diaqnozun diferensiallaşdırılmasında çətinliklər, simptomların polimorfizmi, yüksək intihar riski... bu yəqin ki, sərhəddə şəxsiyyət pozuntusu ilə işləyərkən qarşılaşdığımız problemlərin bir neçəsidir.

📚 Borderlayn şəxsiyyət pozuntusunun əlamətləri:
♠️ Əhvalın sürətli dəyişməsi, adətən cəmi bir neçə saat və nadir hallarda bir neçə gündən çox davam edir
♠️Tərk edilmə vəziyyətindən qaçmaq üçün ümidsiz səylər (real və ya xəyali)
♠️ Başqalarının idealizasiyası və dəyərsizləşdirmələr, gərgin münasibətlər
♠️Qeyri-sabit özgüvən və ya mənlik hissi
♠️Xəstənin özünə zərər verə biləcəyi 2 və ya daha çox sahədə impulsivlik (təhlükəli cinsi əlaqə, həddindən artıq yemə, təhlükəli şəkildə maşın sürmək)
♠️Təkrarlanan intihar davranışı, təhdidlər, özünə zərər vermə
♠️ Münasibətlərdə, özgüvəndə və emosiyalarda davamlı qeyri-sabitliyə meyillik və nəzərəçarpacaq impulsivlik
♠️Davamlı daxili boşluq hissi
♠️Yersiz dərəcədə sıx və ya idarəolunmaz qəzəb.
♠️Müvəqqəti paranoid düşüncələr və ya dissosiativ simptomlar

👀18 yaşından əvvəl borderline şəxsiyyət pozuntusu diaqnozu qoyulmamalıdır, lakin...
👥Təcrübədə - simptomlar sabit və aydın ifadə olunarsa, diaqnoz daha əvvəl qoyulur.

Hər əzələ qrupu üçün- 10 saniyə gərginləşdirib- buraxmaq (əzələni boşaltmaq) tələb olunur. Növbəti əzələ qrupuna keçmədə...
25/08/2023

Hər əzələ qrupu üçün- 10 saniyə gərginləşdirib- buraxmaq (əzələni boşaltmaq) tələb olunur. Növbəti əzələ qrupuna keçmədən əvvəl, öncəki əzələ qrupu rahatlandığı zaman ortaya çıxan halı hiss etdikdə bir neçə dəfə dərin nəfəs alın. Əgər əzələ gərginləşdiyi zaman ağrıya səbəb olarsa, o bədən əzələ sahəsini atlayın.
Çox vacibdir!
Qəsdən gərginliyə diqqət yetirib, istirahət və gərginlik arasında fərqə varmalısız. Bu, bütün məşqlərin ən vacib hissəsidir.
1. Gözləriniz bağlı, rahat bir vəziyyətdə oturun. Bir neçə dəfə dərin nəfəs alın, nəfəs aldığınız zaman qarnınızı genişləndirin, nəfəs verən zaman isə qarnınızı içəriyə doğru çəkin.
2. Bədənin yuxarı nahiyəsindən başlayaraq, aşağı enin. Baş nahiyəsindən başlayın. Üz əzələlərinizi dartın. Gərginləşdirin, sonra buraxın və nəfəs alın.
Alını, qaşlarınızı bacardığınız qədər qaldırın. Göz qapaqlarınızı sıx bağlayın.
Ağzınızı çənənizi uzatacaq qədər geniş açın.
Boyun-çiyinləri qulaqlarınıza toxundurmaq üçün yuxarı qaldırın.
3. Çiyinlərinizi qulağınıza qaldırarkən gərgin olun, tutun, sonra buraxın və nəfəs alın.
4. Sağ əlinizlə yumruq edin, alt və yuxarı qolunuzdakı əzələləri sıxın, tutun, sonra buraxın. Nəfəs alın və çıxın. Sol əl ilə təkrarlayın.
5. Çiyin bucaqlarınızı bir-birinə sıxaraq arxanıza konsentrasiya edin . Tutun, sonra buraxın. Nəfəs alın və bu vəziyyətdən çıxın.
6. Sinəni dərin bir nəfəs alaraq sıxın.
7. Qarnınızı çəkin, saxlayın, sonra buraxın. Nəfəs alın və buraxın.
8. Yan (bud) nahiyəsi əzələlərini-budları bir araya gətirərək yuxarı çəkin.
9. Ayaqlarınızı qarnınıza doğru sıxın, saxlayın, sonra buraxın. Nəfəs alın və buraxın.
10. Sağ ayağınızı sıxın, saxlayın, sonra buraxın. Nəfəs alın və buraxın. Sol ayaq ilə təkrarlayın.
11. Sağ baldırınızı gərginləşdirin, saxlayın, sonra buraxın. Nəfəs alın və buraxın. Sol baldır ilə təkrarlayın.
12. Sağ ayağınızdakı barmaqları sıxın, tutun, sonra buraxın. Nəfəs alın və buraxın. Sol ayaqla təkrarlayın.
Tez-tez əzələ relaksasiyasını tətbiq etməyi unutmayın, narahat olsanız da, olmasanız da. Bu, məşqləri daha effektiv və təsirli edəcəkdir.
Psixoloq Reyhan Mirzağayeva
📩 [email protected]
🏥 EGE hospital

☑️İndividual psixoloji konsultasiya: • Fobiyalar: spesifik fobiya, sosial fobiya, aqorafobiya • Depressiya, Panik atak •...
07/08/2023

☑️İndividual psixoloji konsultasiya:
• Fobiyalar: spesifik fobiya, sosial fobiya, aqorafobiya
• Depressiya, Panik atak
• Təşvişli-nevrotik pozuntular
• Obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu)
• Posttravmatik stress pozuntusu
• İtki, yas və travmalar
• Ünsiyyət problemləri
• Güvən itkisi
• Stressin idarə olunması
• Yuxu pozuntuları
• Qidalanma pozuntuları (anoreksiya, bulimiya)
• Şəxsiyyət pozuntuları
• Asılılıq (alkoqol, internet, oyun)

☑️Ailə konsultasiyası
• Evlilik öncəsi konsultasiya
• Ünsiyyət problemləri
• Hamiləlik dönəmində psixoloji dəstək
• Qısqanclıq
• Xəyanət
• Güvən itkisi
• Boşanma
• İtki, yas və travmalar

☑️Uşaq və yeniyetmə konsultasiyası
• Diqqət defisiti və hiperaktivlik pozuntusu
• Aqressiya və davranış pozuntuları
• İnternet-kompüter oyunları asılılığı
• İmtahan həyəcanı
• Dərsə motivasiya
• Şəxsiyyətin formalaşması və inkişafı
• Yeniyetməlik böhranı
• Uşaqlarda fobiyalar
• Tiklər və vərdişlər

Psixoterapevt, Psixoloq-konsultant Reyhan Mirzağageva
▫️Canlı / online seanslar
📲0504441664
📩[email protected]

SMM by .az

‼️Мифы, которые препятствуют обращению к психологу и продуктивной психотерапии🔶1. «я не псих,  чтобы ходить к психологу»...
05/08/2023

‼️Мифы, которые препятствуют обращению к психологу и продуктивной психотерапии

🔶1. «я не псих, чтобы ходить к психологу» Психологи работают с людьми, которые хотят улучшить жизнь в различных ее сферах. Ко мне обращаются обращаются люди с разными запросами. Повысить мотивацию к работе, разобраться в семейных взаимоотношениях, получить консультацию по вопросу взаимодействия со своим ребёнком, научиться справляться с паническими атаками преодолеть депрессию и другие. Решение работать с психологом - это не слабость или болезнь, а принятие ответственности за улучшения качества своей жизни. Мы гордимся успехами наших пациентов❤️ 🔶 2. «Мне помогут за один сеанс»
Неужели современная наука не изобрела средства для моментального избавления от страданий?
Волшебной таблетки психолог не даёт. Не шаманит над пациентом. Изменения предполагают работу человека над улучшением своей жизни. Это не моментальный процесс. Психолог даёт те инструменты, которых нет в арсенале пациента, стремится к тому чтобы пациент самостоятельно мог справляться с возникающими трудностями 🔶 3. «поговорить я могу и с подругой»Психотерапия сильно отличается от разговоров с друзьями. Если разговор с психологом похож на дружеские, где каждый рассказывает жалобы на жизнь, то стоит задуматься о квалификации психолога. Наиболее компетентными в решении психологических, эмоциональных проблем являются классифицированные психотерапевты, владеющие современными научно обоснованными методами помощи о поддержки 🔶 4. «Проблема не настолько ужасна. Буду пытаться справиться самостоятельно» Зачастую пациенты не приходят на том этапе, когда с проблемой можно справиться легче и быстрее. Не затягивайте поход к психологу, если раз за разом используете неработающие стратегии, если эмоциональное страдания мешает полноценно жить

03/03/2023

“Uşagınıza oyuncağı seçərkən nəyə fikir vermək lazımdır?” mövzusunda müsahibəm

“Uşağınız üçün psixoloji cəhətdən düzgün oyuncağı necə seçmək olar?” mövzusunda  müsahibəm.Bildiyimiz kimi uşaqlarda apa...
15/02/2023

“Uşağınız üçün psixoloji cəhətdən düzgün oyuncağı necə seçmək olar?” mövzusunda müsahibəm.
Bildiyimiz kimi uşaqlarda aparıcı fəaliyyət növü oyundur. Oyun zamanı uşağın istifadə edəcəyi oyuncağa diqqət yetirməkdə vacibdi. Uşaq üçün oyuncaq yalnız eyləncə deyil, həmdə inkişafa kömək etməlidir.

Каково же расти с тревожной мамой?📲0504441664SMM by .az
25/07/2022

Каково же расти с тревожной мамой?

📲0504441664

SMM by .az

Address

Ak. Həsən Əliyev Küç. 38
Baku
1078

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoterapevt Reyhan Mirzağayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoterapevt Reyhan Mirzağayeva:

Shortcuts

Share

Category