20/06/2024
“Koqnitiv Davranış Terapiyasının Əsasları” 30 saatlıq təlim kursuna qoşulmaq istəyənlərin nəzərinə:
Dərsləri Koqnitiv davranış terapiyası istiqamətində ixtisaslaşmış psixoloq, Xəzər Universitetinin müəllimi Aytac Sahil tədris edəcək.
Dərslər həftədə 2 dəfə olmaqla 8 həftə davam edəcək və canlı formada keçiriləcək.
Kursda yalnız bakalavr təhsili psixologiya olan şəxslər, psixologiya 3-4 kurs tələbələri iştirak edə bilər.
Sonda PsyLand Psixologiya və İnkişaf Mərkəzi tərəfindən sertifikat təqdim ediləcək.
Kursun sonunda iştirakçılar biləcək :
• Koqnitiv modeli anlamaq
• Koqnitiv modelə əsasən formulasiya hazırlaya bilmək
• Seansları planlaşdırmaq və strukturlaşdırmaq
• Terapevtif ittifaqı/işbirliyi formalaşdırmaq, müalicə hədəflərini müəyyənləşdirmək
• Təməl koqnitiv davranışçı müdaxilələri tanımaq
• Avtomatik düşüncələri ortaya çıxarmaq və qiymətləndirə bilmək
• Təməl inancları dəyişdirməyə yönəlmiş strategiyaları bilmək
• İlkin qiymətləndirmə və seansların keçirilməsi haqda biliklər qazanmaq
• Ev tapşırqlarının verilməsi, izlənilməsi qaydalarını bilmək
• Seansları sonlandırmaq və gələcək təkrarlanmalara qarşı izləmək
İştirakçı sayı 8 nəfərlə məhdudlaşdırılmışdır.
Qeydiyyat üçün son tarix: 02 iyul
Ətraflı məlumat və qeydiyyat üçün:
55 841 34 73