dr.khumar

dr.khumar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dr.khumar, Doctor, Baku.

Botox 😍 Moscow. .28.02
03/03/2022

Botox 😍 Moscow. .28.02

Moskva’dakı pasientimdən möhtəşəm nəticə❤️😍
03/03/2022

Moskva’dakı pasientimdən möhtəşəm nəticə❤️😍

Губы ❤️ Moscow
02/03/2022

Губы ❤️ Moscow

Губы ❤️ Москва
02/03/2022

Губы ❤️ Москва

Губы . 28.02. Москва ❤️
02/03/2022

Губы . 28.02. Москва ❤️

🖤🇦🇿
28/11/2021

🖤🇦🇿

Yumurtalıq kistaları girdə formalı, maye tərkibli, xoşxassəli törəmələr olub, yumurtalıq toxumasında və ya onun bilavasi...
28/11/2021

Yumurtalıq kistaları girdə formalı, maye tərkibli, xoşxassəli törəmələr olub, yumurtalıq toxumasında və ya onun bilavasitə yaxınlığında yerləşir. Əsl şişlərdən fərqli olaraq onların hüceyrələri bölünüb çoxalmır. Bu törəmələrin ölçüsü onların möhtəviyyatı hesabına artır.

Mənşəyindən asılı olaraq yumurtalıq kistalarının aşağıdakı növləri ayırd edilir:

follikulyar, follikullardan inkişaf edir və 73% halda rast gəlinir;
sarı cisim kistası, 5% halda rast gəlinir;
endometrioid, anomal yerləşmiş uşaqlığın endometrial hüceyrələrindən inkişaf edir və pasientlərin 10%-ində rast gəlinir;
paraovarial, yumurtalıqətrafı toxumalardan inkişaf edir və 10% halda rast gəlinir;
tekalütein – nadir rast gəlinir (2% halda), atrofiya olunmuş follikullardan inkişaf edir;
dermoid – nadir rast gəlinən anadangəlmə kistalardı.
Yumurtalıqların kistoz törəmələri hər bir yaşda, hətta yenidoğulmuş qız uşaqlarında da əmələ gələ bilər. Adətən onlar orta yaşlı qadınlarda rast gəlinir. Klimaksda olan hər 100 qadından 15-ində onlar müşahidə olunur.

Həyat nə qədər çətin olsa da yaşamağa bir səbəb tapıram. Bəzən səbəb bəhanəyə dönür, bəzənsə savaşa. Amma əl çəkmək istə...
27/11/2021

Həyat nə qədər çətin olsa da yaşamağa bir səbəb tapıram. Bəzən səbəb bəhanəyə dönür, bəzənsə savaşa. Amma əl çəkmək istəmirəm və bunu kədərli, drammatik vəziyyətə çevirmək yerinə zövq almağa çalışıram. Çalışıram ki, "yox"ları düşünməyim. Gələcəkdə nə olacaqlar məni yormasın. İndim var əsas. Və indi mən nəfəs aldığım üçün oyanmışam, kofemi içirəm və yazın gəlişi üçün sevinirəm. Sevinirəm ki, gəncəm, qırışmamış dərim, bükülməmiş belim və sağlam canım var. Bir də bu günün təkrarı olmayacağını bilirəm. Bu günü elə qucaqlamaq istəyirəm ki əslində. Bir də gəlməyəcəyini bildiyim üçün möhkəm - möhkəm qucaqlamaq..

İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdə...
27/11/2021

İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdən sonra onun inkişafı dayanır.

Tələf olmuş döl yumurtası uşaqlıq daxilindəcə parçalanaraq ananın qanına sorulur ki, bu da ananın zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu hal 4 həftədən artıq davam edərsə, ananın sağlamlığı, hətta həyatı üçün ciddi təhlükə yaranır.

İnkişaf etməyən (donmuş) hamiləlik diaqnozu dəqiqləşərsə, heç bir halda özbaşına dölsalmanı gözləmək olmaz. Tələf olmuş dölu və onun bütün qişalarını uşaqlıq daxilindən dərhal xaric etmək lazımdır.

İnkişaf etməyən və ya inkisafdan qalmış hamiləliklərin səbəbləri sona qədər aşkarlanmamışdır. İlk növbədə bu, uşaqda olan ciddi genetik pozğunluq nəticəsində ola bilər. Bundan başqa, erkən hamiləlik dövründə dölün tələf olmasına qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbul edilməsi, siqaret çəkmə, narkotik preparatlardan istifadə edilməsi və əlverişli olmayan ekoloji şərait də təkan verə bilər.

Bir qayda olaraq, inkişaf etməyən (donmuş) hamiləlik ultrasəs müayinə zamanı aşkar edilir. Bu zaman dölün ölçüləri həqiqi hamiləlik müddətinə uyğun gəlmir və ya dölün ürək döyünməsi təyin edilmir.

İnkişaf etməyən hamiləliyin hər bir halında müxtəlif müayinələr aparmaqla dölün tələf olması səbəblərinin aydınlaşdırılmasını tələb olunur. Həkimlər inkişaf etməyən hamiləlik halından sonra 6–12 ay ərzində növbəti hamiləlikdən qorunmağı tövsiyə edirlər.

Bu müddət ərzində ciddi müayinələrdən keçmək, aşkar edilən xəstəlikləri müalicə etmək, səmərəli qidalanmaq, polivitaminlər qəbul etmək lazımdır. Bu dövrdə həkiminizlə, sizə daha çox uyğun gələn hamiləlik əleyhinə vasitələrin seçimində məsləhətləşin.

Həyat davam edir. Gülümsə sevimli dost bəlkədə sənin gülümsəmən birilərini xoşbəxt edir. Bəlkədə kiminsə həyatında çox v...
14/11/2021

Həyat davam edir. Gülümsə sevimli dost bəlkədə sənin gülümsəmən birilərini xoşbəxt edir. Bəlkədə kiminsə həyatında çox vacib rol oyanayırsan. Gülümsə əziz dost 🍃😎

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when dr.khumar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category