24/04/2026
1991-ci il təvəllüdlü qadın pasientim.
Şikayəti:Təkrarlayan yüksək hərarət (38-39°C),kəskin qarın ağrısı,qəbizlik,əzələ-oynaq agrısı,bulantı,
bəzən qusma.
2 ildir ki,təqriben ayda bir dəfə bucür kəskin tutmaları (ağrıları) olur,1-2 gün sonra şikayətləri tədricen azalır ve keçir.Xəstəliyin kəskinləşmə dönəmində CRP , EÇŞ kəskin yüksəlir,sonra tədricən enir.
Xəstədə tam ətrafli araşdırmalar apardıq,
laborator,instrumental müayinələr etdik.
Xəstədə aktiv iltihabi durum oldugunu,şikayətlərin periodik oldugunu düşünərək Periodik xəstəlikdən- (FMF-dən ) şübhələndik ve xəstəni genetik analize göndərdik.
Nəticədə MEFV genində mutasiya aşkar olundu.
Bütün araşdırmaların nəticəsinə görə bu xəstəyə
“ FMF xəstəliyi “ diaqnozu qoyduq .
Kolxisin ilə müalicəyə başladıq.
Həkim-Revmatoloqun konsultasiyası olunacaq.
Qeyd edək ki,FMF (Ailevi Akdeniz atəşi) genetik otoinflamatuar xəstəlikdir.Akdeniz sahili ölkələrdə (türklərde,ərəblərdə,yəhudilərdə ve s..) daha çox rast gəlinir.Hazırda ölkəmizdə də FMF xəstələrinin sayı az deyil.
FMF xəstəliyi təkrarlayan qızdırma,kəskin qarın agrısı,əzələ-oynaq agrısı və s.. şikayətlər ile özünü göstərir. MEFV geninin mutasiyası səbəbindən bədəndə iltihabi bir durum yaranır və xəstəliyə uygun şikayətlərlə özünü biruzə verir.Əsasən uşaq yaşlardan özünü göstərir.Lakin orta yaşlarda “FMF xəstəliyi” aşkar olunan xəstələr də az deyil.
Xəstəliyin gedişatı Appendisit ve s.xəstəliklərə bənzədiyindən həkimlər bəzən ilkin olaraq Appendisitdən şübhələnir,lakin laborator ve instrumental müayinələrdən sonra Appendisit diaqnozu təsdiqlənmir.
Bucür səbəblərdən “FMF”diaqnozunun qoyulması çox vaxt gecikir.
“FMF xəstəliyinin “ qəti diaqnoz metodu yoxdur.Anamnez,Genetik analiz,qan analizleri ve s..ile diaqnoz müəyyənləşdirilir.