01/03/2026
PSOAS ƏZƏLƏ INYEKSIYASİ
Beldə olan ağrıların səbəblərindən biri də nədir??? Bel əzələsi PSOAS -insan bədəninin ən dərin yerləşən əzələsidir.Bu əzələ sayəsində, insan bədənini düz saxlaya bilir.Bu əzələ hər 2 tərəfdə 12 döş və 2 bel fəqərəsindən başlayıb , budun yuxarı hissəsinə bağlanır. Psoas yeganə əzələdir ki, fəqərələri ayaqlarla birləşdirir. Bu əzələ, insanın düz dayanmasına və yeriyərkən ayaqların qalxmasına kömək edir.Həm də qarın boşluğunda olan həyati vacib orqanlar üçün normal sahə yaradır.Bu əzələ, stress və ya gərginlik nəticəsində daima yiğılmağa başlayır.Bu zaman əzələ qisalması baş verir.Bunun nəticəsində bel nahiyəsində ağrılar, fəqərə disklərində problemlər (protruziya , yırtıq), bud - çanaq oynağında degenerativ dəyişikliklər, dizdə ağrılar, ağrılı menustrasiyalar, sonsuzluq, həzm pozğunluğu və s. yarana bilir. Psoas əzələ inyeksiyası Sizi, yuxarıda adı çəkilən bir sıra xəstəliklərdən azad edə bilər.
———————-Dr. Müşfıq 📞070 778 40 00——————
#лечениеболи