18/06/2026
Dərman dozasının seçilməsi– bu məsuliyyət kimdədir?
Dərman istehsalında ən vacib məsələlərdən biri məhsulun hansı dozada hazırlamaqdır. Məsələn, bir dərmanın 5 mq, 10 mq və ya 20 mq formasının istehsalı təsadüfi qərar deyil.
Bu qərarlar beynəlxalq elmi tədqiqatlara, klinik məlumatlara, təhlükəsizlik və təsir göstəricilərinə əsaslanır.
Dünya standartlarına uyğun olaraq dərmanın dozası dərmanın hazırlanması və inkişafı mərhələsində müəyyən edilir.
Bu prosesdə müxtəlif mütəxəssislər iştirak edir:
⚕️ sənaye əczaçıları;
⚕️ formulyasiya üzrə mütəxəssislər;
⚕️ tədqiqat və inkişaf (R&D) qrupları;
⚕️ klinik tədqiqat mütəxəssisləri;
⚕️ keyfiyyət və tənzimləyici işlər üzrə mütəxəssislər.
Vacib bir məqamı da qeyd etmək lazımdır:
Bir əczaçı təkbaşına bütün dərmanların dozasını müəyyən etmir.
Müasir dərman sənayesində bu qərarlar bir nəfər tərəfindən deyil, elmi məlumatlara əsaslanan peşəkar komanda tərəfindən qəbul olunur. Hər mütəxəssis öz sahəsi üzrə qiymətləndirmə aparır və yekun qərar birgə formalaşır.
Əczaçının bu prosesdə rolu çox vacibdir. O, dərmanın düsturuna uyğun hazırlanmasına, keyfiyyətinin və stabilliyinin təmin edilməsinə, həmçinin istehsal prosesinin standartlara uyğun aparılmasına mühüm töhfə verir."
Dərman sənayesində keyfiyyət təsadüfən yaranmır. Onun arxasında illərlə aparılan tədqiqatlar, ciddi elmi yanaşma və peşəkar əczaçılardan olan komandanın işi dayanır.