18/06/2023
Həyatımın 31-ci baharındayam. Yayındamı desəydim görəsən?
Amma neynim, sözün əsl mənasında yaz havası kimi günlər yaşıyıram.
Bi yüksəlirəm, bir alçalıram. Üzümdə gülümsəmələr, ürəyimə axan xəyal qırıqlıqları…
Səhnə işıqları ilə bəzənmiş gecələrim, bugün başıma daha nələr gələcək deyə tərəddüdlə açılan səhərlərimlə əvəz olunur.
Nə xoşbəxtliyimin dadını çıxara bilmirəm, nə də “bədbəxtəm” deyə bilirəm. Desəm vicdanım sızlıyır. Axı daha nə istiyə bilərəm? Yaxşı dostlar, bir-birinin ardınca gələn uğur, sevdiyim işlə məşğul olmaq, sevgiyə boğulmaq…
Səssizcə ruhumu küləyə buraxıram.
Yoxsa hər “uğur hekayəsi” xoşbəxt etmirdimi?