05/06/2026
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “4E Version 1 – Baku Forever” Yay Konqresi keçiriləcəkdir.
Konqres müasir ginekologiyanın aktual mövzularına həsr olunmuşdur:
• Endometrioz
• Endokrin pozğunluqlar və reproduktiv tibb
• Elektrocərrahiyyənin əsasları
• Estetik ginekologiya
3–5 iyul 2026-cı il tarixlərində Bakı şəhərində baş tutacaq elmi-praktik tədbir üçün qeydiyyat başlamışdır.
Məlumat üçün bildiririk ki, konqres Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaqdır.
Ətraflı məlumat və qeydiyyat zamanı yarana biləcək hər hansı sualla bağlı +994 55 104 31 74 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.