Autizm Erkən Müdaxilə Mərkəzi

Autizm Erkən Müdaxilə Mərkəzi Məqsədimiz Autizmə erkən müdaxiləni tətbiq və təbliğ etməkdir. Autizm Erkən Müdaxilə Mərkəzi əsasən ESDM (Early Start Denver Model) proqramını dəstəkləyir.

Autizm Erkən Müdaxilə Mərkəzi 9 aydan 5 yaşa qədər Autizm Spektr Pozğunluğu diaqnozu alan, risk qrupuna daxil olan, habelə ümumi inkişaf geriliyi ilə müşayiət olunan uşaqlara intensiv fərdiləşdirilmiş müdaxilə, eyni zamanda ailəyə tərəfdaşlıq prespektivində dəstək təklif edən bərpa mərkəzidir. Bu program 9 aydan - 48 aya qədər autizmli uşaqlara müdaxilə üçün xüsusi hazırlanmışdır. Eyni zamanda, mə

rkəzimiz 14 yaşa qədər uşaqlara duyu bütünləmə terapiyaları da təklif edir. Mərkəzimizdə psixoloq, psixopedaqoq, pedaqoq konsultasiyaları da mövcuddur.

“Bir müsibət min nəsihətdən daha təsirlidir."Uşaqların səhvsiz həyat yaşaması mümkün deyil.Onlar səhv edərək, hiss edərə...
06/05/2026

“Bir müsibət min nəsihətdən daha təsirlidir."

Uşaqların səhvsiz həyat yaşaması mümkün deyil.
Onlar səhv edərək, hiss edərək və nəticə ilə qarşılaşaraq öz doğrularını tapırlar.
Valideynin rolu isə səhvləri sıfırlamaq yox, uşağın bu təcrübədən düzgün nəticə çıxarmasına kömək etməkdir.

Son illərdə müraciət edən valideynlərin böyük bir qismi övladlarında təhsilə marağın azalmasından şikayət edir. Bu hal x...
16/04/2026

Son illərdə müraciət edən valideynlərin böyük bir qismi övladlarında təhsilə marağın azalmasından şikayət edir. Bu hal xüsusilə yuxarı sinif şagirdlərində daha çox müşahidə olunur.

Lakin aparılan konsultasiyalar göstərir ki, bir çox hallarda problemin kökündə sadəcə motivasiya deyil, sinir inkişafı ilə bağlı çətinliklər dayanır. Bu çətinliklər isə adətən məktəb yaşında birdən-birə yaranmır — əksinə, erkən uşaqlıq dövründən etibarən müəyyən əlamətlərlə özünü göstərir.

Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu (DEHP), öyrənmə çətinlikləri, Autizm Spektr Pozuntusu (yüngül dərəcəli formalar daxil olmaqla) kimi vəziyyətlər sonradan yaranmır; uşaqlar bu xüsusiyyətlərlə doğulur və simptomlar erkən yaşlardan müşahidə edilə bilər.

Bu əlamətlər vaxtında nəzərə alınmadıqda və müdaxilə edilmədikdə, uşağın:

- mühitə uyğunlaşması
- sosial bacarıqları
- problem həll etmə qabiliyyəti
- sağlam mühakimə yürütməsi
- öyrənmə və akademik inkişafı

ciddi şəkildə risk altına düşür.

Valideyn baxışında problem “uşağın təhsilə marağının olmaması” kimi görünə bilər. Halbuki tibbi və psixoloji yanaşmada məsələ fərqlidir: uşağın öyrənməsi üçün lazım olan inkişaf zəmini yetərincə formalaşmayıb.

Əlbəttə, bütün halları yalnız inkişaf pozuntuları ilə izah etmək doğru deyil. Bəzi uşaqlarda təhsilə marağın azalması sosial mühit, motivasiya və rol model çatışmazlığı ilə də əlaqəli ola bilər.

Unutmayaq ki, bu kimi çətinliklər birdən yaranmadığı kimi, birdən də aradan qalxmır. Erkən diaqnostika və vaxtında müdaxilə uşağın gələcək inkişafı üçün həlledici rol oynayır.

“Zamanın məhduddur, onu başqasının həyatını yaşayaraq itirmə.”~ Steve Jobs
15/10/2025

“Zamanın məhduddur, onu başqasının həyatını yaşayaraq itirmə.”~ Steve Jobs

Uşaq nələrə qərar verə bilməz?❌ Təhlükəsizliklə bağlı məsələlərYataqdan təkbaşına qalxmaq (kiçik yaşda)Yolu keçməkElektr...
26/09/2025

Uşaq nələrə qərar verə bilməz?

❌ Təhlükəsizliklə bağlı məsələlər

Yataqdan təkbaşına qalxmaq (kiçik yaşda)

Yolu keçmək

Elektron cihazlardan nəzarətsiz istifadə

Sağlamlıqla bağlı dərman içmək və ya içməmək

❌ Əsas qaydalar və gündəlik rutin

Məktəbə getmək-getməmək

Dişlərini fırçalamaq və gigiyena qaydaları

Yuxu saatı

Fəaliyyətlərdə iştrak

❌ Pul və maliyyə ilə bağlı qərarlar

Nə qədər pul xərcləmək

Hansı əşyaları almaq

Böyük texnika və ya bahalı seçimlər etmək

✅ Amma uşağa seçim vermək olar:

Hansı oyuncağı ilə oynayacaq

Bu gün hansı paltarını geyinəcək (məqbul variantlardan)

Yeməyini hansı boşqabda yemək

Hansı kitabı oxumaq

Məqsəd: Seçim imkanı verərək uşağın özünü dəyərli hiss etməsini təmin etmək, amma təhlükəsizlik və sağlamlıq məsələlərində sərhəd qoymaqdır.

Stress və Tükənmişlik – Fərq Nədir?                                                                                     ...
25/04/2025

Stress və Tükənmişlik – Fərq Nədir?
- Stress = batareyası dolu bir telefon, amma çoxlu bildirişlər, zənglər, ağır proqramlarla yüklənib.

- Tükənmişlik = batareyası tam boşalmış, artıq açılmayan telefon.

Uşağın səssizliyində belə bir mesaj var.                                                                                ...
24/04/2025

Uşağın səssizliyində belə bir mesaj var.


Maslowun ehtiyaclar piramidası (Maslow's Hierarchy of Needs)  insan motivasiyasını izah edən bir nəzəriyyədir. Bu nəzəri...
23/04/2025

Maslowun ehtiyaclar piramidası (Maslow's Hierarchy of Needs) insan motivasiyasını izah edən bir nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, insanların ehtiyacları müəyyən bir iyerarxiya üzrə sıralanır və aşağı səviyyədəki ehtiyaclar ödənmədən daha yüksək səviyyəyə keçmək çətindir. Piramida 5 əsas səviyyədən ibarətdir: 1. Fizioloji ehtiyaclar (Əsas ehtiyaclar)
Bunlar insanın yaşaması üçün vacib olan ən əsas ehtiyaclardır:
(Qida, su, yuxu, nəfəs almaq, istilik və sığınacaq)
2. Təhlükəsizlik ehtiyacları
İnsanlar yalnız fiziki ehtiyaclarını ödədikdən sonra özlərini təhlükəsiz hiss etmək istəyirlər:
(Fiziki təhlükəsizlik, maliyyə sabitliyi, sağlamlıq və rifah, gələcək üçün təminat)
3. Sevgi və mənsubiyyət ehtiyacları
İnsan sosial bir varlıqdır və başqaları ilə əlaqə qurmaq istəyir:
(Ailə və dostluq münasibətləri, cəmiyyətə aid olmaq, sevgi və qəbul olunmaq)
4. Dəyərləndirilmə ehtiyacları
İnsanlar özlərini faydalı və dəyərli hiss etmək istəyirlər:
(Özünə hörmət, başqalarından hörmət görmək, nailiyyətlər, uğur hissi)
5. Özünü reallaşdırma ehtiyacı
Piramidanın ən yuxarı səviyyəsi insanın potensialını tam şəkildə həyata keçirməsi ilə bağlıdır:
(Yaradıcı fəaliyyət, öz qabiliyyətlərini inkişaf etdirmək, öz arzularını reallaşdırmaq)

"Uşaqlar böyüklərin dediklərinə həmişə qulaq asmırlar, amma etdiklərini hər zaman təkrar edirlər." — Ceyms Boldvin      ...
22/04/2025

"Uşaqlar böyüklərin dediklərinə həmişə qulaq asmırlar, amma etdiklərini hər zaman təkrar edirlər."

— Ceyms Boldvin


Autizm Spektr Pozuntusu diaqnozunun təsdiqlənməsi ilə ailədə yeni suallar və çətinliklərlə üzləşməsi baş verir . Buna mü...
19/04/2025

Autizm Spektr Pozuntusu diaqnozunun təsdiqlənməsi ilə ailədə yeni suallar və çətinliklərlə üzləşməsi baş verir . Buna müvafiq hazırlanmış ekosistem modelində cütlük münasibətlərində, ailə mühiti və sosial mühitdə baş verən vəziyyətlər aşağıdakı kimi qeyd olunur.

1. Cütlük münasibəti : İlkin olaraq valideynlər arasında autizmə qarşı olan reaksiya və qavrayışın fərqli olması və ən çox da bu vəziyyətdə anaların həssasla yanaşması, ataların isə yüksək ehtimalla inkar etməsi vəziyyəti yaranır. Zamanla bu istiqamətdə fərdlərin ailə həyatında öhdəsizlikləri hər fərdin psixoloji rifahında bərabərsizliyi artır və cütlük arasında keçirilən keyfiyyətli zaman məhdudlaşır.Bunlar münaqişə və problemlər artırmaqla zamanla cütlüyün bir-birindən uzaqlaşması, ayrılma və boşanma ilə nəticələnə bilir.

2. Ailə mühiti: Autizm özü ilə bərabər artmış məsuliyyət gətirir. Belə ki, əlavə diqqət, qayğı və bununla yanaşı ehtiyacların ödənilməsi fonunda əlavə dəstək hər iki valideynin məsuliyyətini artırır. Ailədə atipik inkişaf göstərən uşaqla yanaşı, tipik inkişaf göstərən uşağın olması belə diqqətin onlar üzərinə qeyri bərabər paylanması və hər iki uşağın psixososial rifahının təmin olunmasında çətinliklər müşahidə olunur.

3. Sosial mühit: Ekosistem modelinin sosial mühit bölümünə iş, uşağın reablitasiya xidmətləri və peşəkar dəstək, sosial dəstək və ailənin sosio-ekonomik statusu aiddir.

Diaqnozun təsdiqlənməsi dövründə və təsdiqləndikdən sonra valideynlərin iş bazarında fəaliyyətində qeyri bərabərlik özünü göstərir. Beləki, atalarda hər hansısa bir iş saatlarında və iş yerində dəyişmə görülmür ( 2000 və 2007 – ci illərdə aparılmış statiskada qeyd olunur ki, tipik uşağa sahip bir ata ilə atipik inkişafa sahib atalar arasında iş saatlarında hər hansısa bir fərq yoxdur. Ancaq analarda bu göstərici fərqli olub, atipik inkişafa sahib ana digərlərindən 6% iş saatlarını azaltması məcburiyyətində qalıb).

Bu qrupa daxil olan analar 4 fərqli nəticə göstərir:

1. Övladının diaqnozunun təsdiqlənməsi müddətində müvəqqəti işini dayandıran analar.
2. İş bazarında fəaliyyətini saxlayaraq iş yerini dəyişən analar.
3. Eyni saatlarda işləyən və ya iş saatlarını azaldan analar.
4. Övladının inkişaf

Oyun vacibdir, oyuncaq deyil!Bəzən sadəcə onun oyununa qoşulmaq, ondan daha dəyərli bir “oyuncaq” ola bilər.            ...
18/04/2025

Oyun vacibdir, oyuncaq deyil!

Bəzən sadəcə onun oyununa qoşulmaq, ondan daha dəyərli bir “oyuncaq” ola bilər.


Address

Dadaş Bünyadzadə 1, Yeni Yasamal
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994506345503

Website

Alerts

Be the first to know and let us send you an email when Autizm Erkən Müdaxilə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Autizm Erkən Müdaxilə Mərkəzi:

Shortcuts

Share