Xəzər Tibb Mərkəzi

Xəzər Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

27/08/2026
🩸 Xolesterin səviyyəsinə nəzarət edinXolesterin səviyyəsinin normada saxlanılması ürək-damar sağlamlığının qorunması üçü...
27/08/2026

🩸 Xolesterin səviyyəsinə nəzarət edin

Xolesterin səviyyəsinin normada saxlanılması ürək-damar sağlamlığının qorunması üçün mühüm əhəmiyyət daşıyır. Yüksək xolesterin damar divarlarında yığıntıların əmələ gəlməsinə səbəb olaraq infarkt və insult riskini artıra bilər. Müntəzəm tibbi nəzarət və sağlam həyat tərzi bu risklərin azaldılmasına kömək edir.

Tövsiyə: Müəyyən yaşdan sonra və ya risk faktorları olduqda həkim məsləhəti ilə xolesterin səviyyəsini mütəmadi yoxlatdırmaq, balanslı qidalanmaq və fiziki aktivliyi artırmaq tövsiyə olunur.

26/08/2026
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə Xəzər rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar arzulayırıq

Doğum gününüz mübarək, Mehriban xanım!

“Həkimdən soruşaq” rubrikasında müxtəlif ixtisas sahələri üzrə çalışan həkimlərimiz aktual tibbi mövzularda çıxış edərək...
26/08/2026

“Həkimdən soruşaq” rubrikasında müxtəlif ixtisas sahələri üzrə çalışan həkimlərimiz aktual tibbi mövzularda çıxış edərək vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

İlk buraxılışımızın mövzusu hepatitlər və xüsusilə də hepatit C infeksiyası barədədir.

Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti İlahə Əsədova bildirir ki, hepatit C qaraciyəri zədələyən virus infeksiyasıdır:

“Əsasən, yoluxmuş qan vasitəsilə ötürülür. Buna görə steril olmayan tibbi və kosmetoloji alətlər, eləcə də digər qanla təmas halları risk yarada bilər. Bəzən xəstəlik uzun müddət heç bir əlamət vermədən davam edə bilər. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, infeksiyanın olub-olmadığını yalnız müvafiq müayinələrlə müəyyən etmək mümkündür”.

Hepatit C infeksiyasının müalicəsinə gəlincə, İ.Əsədova qeyd edir ki, müasir antiviral müalicə ilə hepatit C-nin tam sağalması mümkündür. Müalicə həkim tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən müəyyən edilir.

Mütəxəssisin sözlərinə görə, hepatit C adi məişət təması, qucaqlaşma, əl sıxma və eyni süfrədə yemək vasitəsilə ötürülmür. Əsas risk yoluxmuş qanla təmas zamanı yaranır. Steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək, qanla təmasdan qorunmaq və riskli hallarda vaxtında müayinədən keçmək yoluxma riskini azaltmağa kömək edir.

Pasiyentlərimizin göstərilən tibbi xidmətdən məmnun qalması bizim üçün ən böyük dəyərlərdən biridir. Xəzər Tibb Mərkəzin...
24/08/2026

Pasiyentlərimizin göstərilən tibbi xidmətdən məmnun qalması bizim üçün ən böyük dəyərlərdən biridir. Xəzər Tibb Mərkəzinin kollektivi hər bir pasiyentə diqqət və qayğı ilə yanaşaraq keyfiyyətli tibbi xidmət göstərməyə çalışır.

☎️ 454-53-77 (Məlumat mərkəzi)
☎️ 454-29-91 (Təcili yardım şöbəsi)
📧 Elektron poçt: [email protected]
🏥 Bakı, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, 30

24/08/2026
Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Address

Mərdəkan Qəsəbəsi, R. Qasimov Küçəsi 30
Baku
AZ1044

Telephone

+994124544233

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xəzər Tibb Mərkəzi:

Shortcuts

Share

Category