Bakı Baş Səhiyyə Mərkəzi

Bakı Baş Səhiyyə Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

07/09/2026
07/09/2026
Zaman-zaman əl və ayaqlarda qaşınmalar, səpgilər olur. Bu hallar orqanizmdəki hansısa xəstəliyin carçısı ola bilər. Belə...
07/09/2026

Zaman-zaman əl və ayaqlarda qaşınmalar, səpgilər olur. Bu hallar orqanizmdəki hansısa xəstəliyin carçısı ola bilər. Belə hallarla üzləşdikdə mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edin!

Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarlı bildirir ki, orqanizmdə yaranan müxtəlif xəstəliklər, həmçinin qidalanmanın düzgün olmaması dəridə səpgilərə və qaşınmalara səbəb ola bilir. Baş həkim davamlı formada allergik xarakterli sitrus meyvələrindən, alkoqollu içkilərdən, acı, istiotlu qidalardan istifadə edənləri xüsusilə diqqətli olmağa çağırır:

“Çünki orqanizm həmin qidanı qəbul etməyə bilər ki, bu da müxtəlif dəri xəstəliklərinə gətirib çıxarır. Həmçinin, qəbizlik, mədə-bağırsaq sistemindəki pozulmalar, bağırsaq qurdlarının qana buraxdığı toksinlər səbəbindən dəridə qaşınma və səpgilər meydana gəlir. Son dövrlər geniş yayılmış problemlərdən biri də göbələk xəstəlikləridir ki, bunlar əsasən, dırnaqların və barmaqların arasında müşahidə edilir. Bu xəstəliklər insan bədənində səpgi və qaşıntılara, daha sonra orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilər”.

Dəridə yaranan səpgi və qaşınmalar təkcə orqanizmdə gedən hansısa xəstəliklər fonunda deyil, eyni zamanda xarici qıcıqlandırıcı faktorlar səbəbindən də əmələ gələ bilər:

“Orqanizm daxilində yaranan xəstəliklər, peşə yönümlü problemlər, qidalanmanın düzgün olmaması və s səbəblərdən dəridə səpgilərə və qaşınmalara rast gəlinir. Məsələn, avtomobil ustaları hansısa kimyəvi, təmizləyici maddələrlə, tikinti sahəsində çalışan ustalar sement və digər qarışıqlarla işləyərkən dəridə müxtəlif formada mənfi təsirlər formalaşır. Bununla yanaşı, mütəmadi olaraq manikür-pedikür edən qadınlar davamlı formada qoruyucu əlcək, aseton kimi xüsusi kimyəvi maddələrdən, eyni zamanda yuyucu vasitələrdən istifadə etdikdə diqqətli olmalıdır. Çünki bu, onlarda müxtəlif dəri xəstəliklərinə səbəb olur”.

Əl və ayaqlarda olan səpgilərin irsi xarakter də daşıdığını deyən baş həkim, həmçinin qeyd edib ki, mütəmadi olaraq rast gəlinən bu hallar son dövrlərdə artıb:

“Bununla yanaşı, ekzema kimi dəri xəstəlikləri var ki, bunlar müxtəlif simptomlarla müşahidə edilir. Bu isə həm daxildə gedən hansısa xəstəliklər fonunda, həm də xarici qıcıqlandırıcı faktorlar səbəbindən yarana bilər. Lakin hər bir xəstəlikdə olduğu kimi səpgi və qaşınmaların da müalicəsi mümkündür. Müalicə prosesinə başlamazdan əvvəl həmin şəxsdən bunun səbəbləri dəqiq öyrənilməli, lazım gələrsə, aidiyyəti analizlər verilməli, həmçinin sıyrıntılar və yaxmalar götürülərək araşdırılmalıdır. Daha sonra etioloji müalicə aparılmalıdır”.

Uşaqlar bu aylarda köməksiz oturur, hər hansı bir yerdən tutmaqla dayanır, 9-10 aylığında iməkləyir. “Olmaz” sözünü başa...
04/09/2026

Uşaqlar bu aylarda köməksiz oturur, hər hansı bir yerdən tutmaqla dayanır, 9-10 aylığında iməkləyir. “Olmaz” sözünü başa düşürlər. Əlləri ilə yeyir, xırda əşyaları götürmək üçün baş və şəhadət barmaqlarından istifadə edirlər. Ayağa qalxmaq üçün dartınır və mebeldən tutaraq gəzirlər. Danışan adama diqqətlə qulaq asırlar.

Əziz valideynlər, bu aylarda da uşaqlarla oyunlar oynamalı, çoxlu kitab oxumalısınız. Məsələn, “it”, “pişik” göstərərək səslərini çıxarmaq, toplar və fiqurlarla oyunlar oynaya bilərsiniz.

Address

Bakı şəhəri, Mikayıl Müşfiq Küçəsi 1M
Baku
AZ1138

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125963315

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Baş Səhiyyə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Baş Səhiyyə Mərkəzi:

Shortcuts

Share