Op.Dr. Aslan Abdulla - Laparoskopik və Bariatrik Cərrah

Op.Dr. Aslan Abdulla - Laparoskopik və Bariatrik Cərrah Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Op.Dr. Aslan Abdulla - Laparoskopik və Bariatrik Cərrah, Surgeon, Zəfəran Hospital, 1010, Baku.

🔬 **24 saatlıq pH-metriya nədir və kimlərə tətbiq edilir?**Reflüks xəstəliyinin diaqnostikasında hər zaman yalnız endosk...
03/09/2026

🔬 **24 saatlıq pH-metriya nədir və kimlərə tətbiq edilir?**

Reflüks xəstəliyinin diaqnostikasında hər zaman yalnız endoskopiya kifayət etmir. Bəzi hallarda qida borusuna turşu və ya digər mədə möhtəviyyatının nə qədər və hansı müddətdə geri qayıtdığını dəqiq ölçmək lazımdır.

📌 **24 saatlıq pH-metriya** qida borusunda reflüks epizodlarını gün ərzində qeyd edən və reflüksün obyektiv diaqnostikasına imkan verən müasir müayinə üsuludur.

Bu müayinə xüsusilə:

1️⃣ Reflüks simptomları olan, lakin diaqnozu dəqiqləşdirilməli xəstələrdə
2️⃣ Dərman müalicəsinə baxmayaraq şikayətləri davam edən şəxslərdə
3️⃣ Antireflüks əməliyyatından əvvəl dəqiq diaqnozun qoyulması üçün tətbiq edilir.

⭐ **Reflüks diaqnostikasının qızıl standartlarından biri olan bu müayinə**, düzgün müalicə taktikasının seçilməsində mühüm rol oynayır.

✅ Müayinə tam ağrısız və narkozsuzdur.
📍 Ətraflı məlumat və müayinə üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

📲 **WhatsApp: 050 888 95 05**
🏥 **Zəfəran Hospital**
📸 **Instagram: Zəfəran Hospital**

⚠️🔺Öncədən onu qeyd edim ki,16 ildir ki,tərəfimizdən icra etdiyimiz bütün planlı və təcili cərrahi əməliyyatlar yalnız v...
07/08/2026

⚠️🔺Öncədən onu qeyd edim ki,16 ildir ki,tərəfimizdən icra etdiyimiz bütün planlı və təcili cərrahi əməliyyatlar yalnız və yalnız laparoskopik (kəsik icra etmədən) icra edilir(kəskin gecikmiş ileuslar xaric) ♦️⚠️Bu əməliyyatların içərisində isə texniki icrası mürəkkəb olan(bəzən isə heç mümkün olmayan) qida borusu xərçəngləridir ki,bu zaman əksər hallarda 3 kombinə girişdən (qarın,torakal və servikal giriş)istifadə edərək əməliyyat icra olunur,qida borusu mədə(bəzən nazik və ya yoğun bağırsaqla) əvəz edilir.⚠️⚠️⚠️Bu qrup əməliyyatları səhifəmizdə yerləşdirməməyə üstünlük veririk,lakin bu o anlama gəlməməlidir ki,biz onları icra etmirik❗️Səhifəmizdə izləyicilərə daha çox xeyir verə biləcək işlərimizi paylaşırır ki,xəstəlikıəri gecikdirib bu səviyyəyə gətirib çatdırmasınlar! 🔹Onu da qeyd etməliyəm ki,proqnozlar yaxın 15-20 ildə onkoloji xəstəliklərin daha da artacağını göstərir.Özünüzə diqqət və qayğı göstərməyi unutmayın!

♦️“3 ay davam edən hıçqırıq... Səbəb düşündüyünüzdən fərqli ola bilər.”1-ci Qarabağ müharibəsinin canlı şahidlərindən bi...
03/08/2026

♦️“3 ay davam edən hıçqırıq... Səbəb düşündüyünüzdən fərqli ola bilər.”
1-ci Qarabağ müharibəsinin canlı şahidlərindən biri olan Qazi - mayor Daşdəmirov Ş. qəbuluma müraciət etmişdi.
Söhbət əsnasında diqqətimi bir məqam çəkdi: o, demək olar ki, fasiləsiz hıçqırırdı. Hər cümləni çətinliklə tamamlayır, danışmağa çalışdıqca hıçqırıqlar onu dayandırırdı.
Məlum oldu ki, bu vəziyyət artıq 3 aydır davam edir.
Müxtəlif həkimlərə müraciət etmiş, müxtəlif müalicələr almışdı. Aparılan müayinələr isə aydın bir səbəb göstərə bilməmişdi.
Bizim müayinələrimiz zamanı böyük diafraqmal yırtıq aşkar olundu. İlk baxışdan bunun diafraqma sinirini qıcıqlandıraraq hıçqırığa səbəb ola biləcəyi düşünülə bilərdi. Lakin klinik mənzərə tam uyğun gəlmirdi…(davamı şərhdə👇)

🔺Böyük həcmdə yağ toxumasına baxmayaraq, piylənmiş insanın skeleti ⚠️normal çəkili insanın skeleti ilə demək olar ki, ey...
24/07/2026

🔺Böyük həcmdə yağ toxumasına baxmayaraq, piylənmiş insanın skeleti ⚠️normal çəkili insanın skeleti ilə demək olar ki, eyni qalır. Bununla belə, o, hər gün xeyli böyük stressə davam gətirməlidir❗️
🔺Daimi təzyiq səbəbindən oynaqlar, xüsusən də dizlər, qalçalar və onurğa daha tez köhnəlir. Bu, osteoartrit, bel ağrısı və digər əzələ-skelet xəstəliklərinin inkişaf riskini artırır.
Sümüklər və oynaqlarla yanaşı, ürək, ağciyərlər və daxili orqanlar əlavə stress yaşayır və bədəni oksigen və qida maddələri ilə təmin etmək üçün daha çox işləməli olurlar.

⚠️Bu gün növbəti ATU 5-ci kurs seçim qrupu tələbələri ilə “Cərrahi xəstəliklər” fənni üzrə yaz semestrinin son dərsini b...
08/05/2026

⚠️Bu gün növbəti ATU 5-ci kurs seçim qrupu tələbələri ilə “Cərrahi xəstəliklər” fənni üzrə yaz semestrinin son dərsini başa vurduq.🔸Bu qrup xüsusi ilə fərqli bir qrup idi,sanki həkimlərlə ixtisasartırma kursunda idim.Müzakirə etdiyimiz bütün mövzular üzrə məlumatlı idilər və dərin biliklər nümayiş etdirirdilər.Həqiqətən qürurlanırdım ki,ATU da belə tələbələr oxuyur.
🇦🇿Bu qrupda daha bir fərqli məqam da var idi ki, o məndə xüsusi məsuliyyət hissi doğururdu.🤝Hər birinizə “Yolunuz açıq olsun” deyirəm əziz tələbələr.

🔺Bu gün ATU 5 ci kurs tələbələri ilə “Plastik Cərrahiyyə” fənni üzrə tədris proqramının son gününü bu xatirə şəkli ilə q...
07/05/2026

🔺Bu gün ATU 5 ci kurs tələbələri ilə “Plastik Cərrahiyyə” fənni üzrə tədris proqramının son gününü bu xatirə şəkli ilə qeyd etdik.⚠️🧿Onu da qeyd edim ki,bu tələbələrin hər biri əla qiymətlərlə və həvəslə oxuyurlar,iki nəfər Prezident təqaüdü alır və tələbələrin hər biri ən azı iki xarici dil bilir,Türkiyədə və Almaniyada təhsillərinə davam etmək fikrindədirlər.Yolunuz açıq olsun əziz tələbələr🤝

🔺Zəfəran hospital ölkəmizdə olan gerçək tibb xidmətinin baris nümunəsidir.Bu tibb müəssəsinin hər bir mütəxəssisi xüsusi...
22/04/2026

🔺Zəfəran hospital ölkəmizdə olan gerçək tibb xidmətinin baris nümunəsidir.Bu tibb müəssəsinin hər bir mütəxəssisi xüsusi qabiliyyəti,bacarığı və tibbi bilikləri ilə tanınır. .eldeniz_shahsuvaroglu belə nadir mütəxəssislərdən biridir

🔺14 fevralda Zəfəran Hospitalda ⚠️reflüks və axalaziya xəstəliyinə görə laparoskopik əməliyyat etdiyimiz pasiyentlərimiz...
15/02/2026

🔺14 fevralda Zəfəran Hospitalda ⚠️reflüks və axalaziya xəstəliyinə görə laparoskopik əməliyyat etdiyimiz pasiyentlərimizlə illik ənənəvi görüşümüzü keçirdik. 🏥✨
🔷Bir il əvvəl hər tikədə çətinlik çəkən, yuxusuz gecələr keçirən pasiyentlərimizin bu gün sağlam şəkildə qarşımızda oturması və gülümsəməsi bizim üçün ən böyük mükafatdır. Görüşümüzdə əməliyyatın nəticələrini qiymətləndirdik, yeni müayinə metodları haqda müzakirə etdik və ən əsası – böyük bir ailə olduğumuzu bir daha hiss etdik.
Sağlamlıq ən böyük sevgidir. Bizə güvəndiyiniz üçün təşəkkür edirik! 💙
🟥Təşkilat komitəsinə,Zəfəran hospitalın bütün rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk 🤝

❓Piylənmə zamanı boy niyə qısalır? ✅Bəli piylənmə boyu uzatmır, əksinə zamanla azalda bilər.Bu azalma əsasən: • onurğa d...
18/01/2026

❓Piylənmə zamanı boy niyə qısalır?
✅Bəli piylənmə boyu uzatmır, əksinə zamanla azalda bilər.
Bu azalma əsasən:
• onurğa disklərinin sıxılması
• duruş pozğunluğu
hesabına baş verir.
🔁 Çəki azaldıqda:
• disk təzyiqi azalır
• duruş düzəlir
➡️ 1–2 sm boy geri qayıda bilər (tam yox, qismən)

🔹Bu tələbələrim hələ hansı ixtisasa yiyələnəcəkləri bəlli deyil,amma bəlli olan bir şey var:milli təbabətimizin gələcəyi...
09/01/2026

🔹Bu tələbələrim hələ hansı ixtisasa yiyələnəcəkləri bəlli deyil,amma bəlli olan bir şey var:milli təbabətimizin gələcəyi bu tələbələrin bu günki təməl biliklərə bağlıdır.Bu işdə hər hansı bir xidmətimizin,iştirakımızın olması məni şəxsən məmnun edir.🔺Gələcəkdə bu tələbələrin hər birinin uğuru bizim uğurumuzdur deyə düşünürəm ̇smərkəzi̇

Address

Zəfəran Hospital, 1010
Baku

Alerts

Be the first to know and let us send you an email when Op.Dr. Aslan Abdulla - Laparoskopik və Bariatrik Cərrah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op.Dr. Aslan Abdulla - Laparoskopik və Bariatrik Cərrah:

Shortcuts

Share

Category