Dr.Endokrinoloq Rəhimli Ülkər

Dr.Endokrinoloq Rəhimli Ülkər Doktor

🎂 Bu gün təqvimdə mənim üçün xüsusi bir gündür. Bir həkim kimi hər yaşın bizə öyrətdiyi ən böyük dərsin ‘özümüzə qayğı’ ...
30/12/2025

🎂 Bu gün təqvimdə mənim üçün xüsusi bir gündür. Bir həkim kimi hər yaşın bizə öyrətdiyi ən böyük dərsin ‘özümüzə qayğı’ olduğunu bilirəm.💫💚

Hormonlarımızın balansda, enerjimizin yüksək və süfrəmizin həmişə faydalı olduğu bir il olsun. Təbriklər üçün hər birinizə təşəkkür edirəm! 🤗

Yeni ilə yeni bir mən! 💫 Yanvarın 2-si sağlamlığınız üçün yeni bir səhifə açırıq. Sağlam Qidalanma Marafonumuz üçün qeyd...
29/12/2025

Yeni ilə yeni bir mən! 💫 Yanvarın 2-si sağlamlığınız üçün yeni bir səhifə açırıq.

Sağlam Qidalanma Marafonumuz üçün qeydiyyat davam edir. Artıq çəkidən qurtulmaq sadəcə estetik deyil, həm də daxili orqanlarımızın, xüsusilə ürəyimizin bayramıdır. Mənə qoşulun, bu yolu birlikdə keçək! ✨

💌 Qeydiyyat üçün: DM, və ya rəy bölməsinə “+” işarəsi yaza bilərsiniz.

🩺 Qidalanma və həyat tərzində kiçik dəyişikliklər, böyük nəticələr yaradır. 📢 2 Yanvar – Sağlam Qidalanma Marafonumuz ba...
28/12/2025

🩺 Qidalanma və həyat tərzində kiçik dəyişikliklər, böyük nəticələr yaradır.

📢 2 Yanvar – Sağlam Qidalanma Marafonumuz başlayır! Çəkinlə bağlı düşündüyün hər şeyə cavab bu marafonda!

Gəl, birlikdə sağlam addım ataq!

💌 Qeydiyyat üçün: DM, və ya rəy bölməsinə “+” işarəsi yaza bilərsiniz.

🌿✨ Yeni il, yeni başlanğıc! ✨🌿📅 2 Yanvar – Sağlam Qidalanma Marafonumuz başlayır!💪 Pəhrizini daha sağlam və bilincli baş...
25/12/2025

🌿✨ Yeni il, yeni başlanğıc! ✨🌿

📅 2 Yanvar – Sağlam Qidalanma Marafonumuz başlayır!
💪 Pəhrizini daha sağlam və bilincli başla.

❓ Sualların var?
Çəkinlə bağlı düşündüyün hər şeyə cavab bu marafonda!

🌟 Gəl, birlikdə sağlam addım ataq!

💌 Qeydiyyat: DM yaz və ya rəy bölməsinə “+” işarəsi qoy

2 yanvar Sağlam qidalanma marafonumuz başlayacaqƏtraflı məlumat üçün rəy bölməsinə “+ “işarəsi qoymağınız kifayətdir
23/12/2025

2 yanvar Sağlam qidalanma marafonumuz başlayacaq
Ətraflı məlumat üçün rəy bölməsinə “+ “işarəsi qoymağınız kifayətdir

Peşə bayramınız mübarək əziz kolleqalar..✨
17/06/2022

Peşə bayramınız mübarək əziz kolleqalar..✨

D vitamini kalsium və fosfor mübadiləsini tənzimləyib, sümük-oynaq sistemi üçün lazımlı bir hormondur. Bundan əlavə son ...
28/12/2021

D vitamini kalsium və fosfor mübadiləsini tənzimləyib, sümük-oynaq sistemi üçün lazımlı bir hormondur. Bundan əlavə son araşdırmalara görə immunitetə, çəki verməyə yardımçı olduğu da bilinir.

D vitamini əksikliyi göstəriciləri nələrdir?
▪️Halsızlıq;
▪️Yorğunluq;
▪️Saç tökülməsi;
▪️Dırnaq qırılması;
▪️Depressiya;
▪️Sümük ağrıları;
▪️İmmunitetin zəifləməsi;
▪️Çəki vermə problemi;
▪️Yuxu pozğunluğu;
▪️Tərləmə.

Bəs D vitamini əksikliyi ən çox kimlərdə görülür?
🔹Açıq dəri rənginə sahib olanlar;
🔹Qapalı geyim tərzində(hicablı) qadınlar;
🔹Yaşlı insanlar;
🔹Qapalı ortamda çalışan insanlar;
🔹Hamilə və südverən qadınlar;
🔹Böyrək, qaraciyər xəstəliyi olanlar;
🔹Günəş işığından qorunmaq üçün yüksək dərəcəli SPF kremi istifadə edənlər.

Dünyada piylənmə ilə mübarizəyə diqqət çəkmək üçün 4 mart "Dünya Piylənmə Günü" kimi qeyd edilir. Piylənmə - günümüzdə i...
04/03/2021

Dünyada piylənmə ilə mübarizəyə diqqət çəkmək üçün 4 mart "Dünya Piylənmə Günü" kimi qeyd edilir.

Piylənmə - günümüzdə inkişaf etmiş ölkələrin ən önəmli sağlıq problemləri arasında yer almaqdadır. Bədənin yağ kütləsinin yağsız kütləyə nisbətinin artması nəticəsində boy uzunluğuna görə bədən çəkisinin (bədən kütlə indeksinin) arzu edilməz səviyyəyə qalxmasıdır .

Bəs səbəbi nələrdir? 🤔
🔹Yanlış qidalanma;
🔹Fiziki aktivliyin az olması;
🔹Hormonal pozğunluqlar;
🔹Genetika;
🔹Psixoloji problemlər;
🔹Siqaret və ya alkoqol.

▪️Piylənmə hipertoniya, yuxu apnoesi, ürək çatışmazlığı, xərçəng, böyrək xəstəlikləri kimi ciddi problemlərə səbəb ola bilər.

👩🏻‍⚕️Müalicə üsulları aşağıdakılardır: ↙️
🔹Həyat tərzi dəyişikliyi;
🔹Sağlam qidalanma;
🔹Fiziki aktivlik;
🔹Dərman müalicəsi və cərrahi müalicə.

Elə bugündən BKİ ölçün və həyatınızı yaxşılaşdırılmaq üçün ilk addımı atın 🤗

👩🏻‍⚕️ Yumurtalıqların Polikistoz Sindromu nədir? Yumurtalıqların Polikistoz Sindromu əsasən 13-19 yaş arası gənc qızlard...
30/01/2021

👩🏻‍⚕️ Yumurtalıqların Polikistoz Sindromu nədir?

Yumurtalıqların Polikistoz Sindromu əsasən 13-19 yaş arası gənc qızlarda yumurtalıqların düzgün çalışmasını əngəlləyən hormonal pozğunluqlarla əlaqədar meydana gələn bir xəstəlikdir. Səbəbi tam bilinmir. Ancaq genetik faktorlar və piylənmə ilə əlaqəsi vardır.

Əsas əlamətləri:
🔸Menstruasiya pozğunluğu (ildə 9-dan az olması);
🔸Saçlarda tökülmə və seyrəlmə;
🔸Üz və bel nahiyəsində aknelər;
🔸Hirsuitizm (Tüklənmənin artması-üzdə,qollarda, ayaqlarda, alt qarın bölgəsində);
🔸Kökəlmə və kilo vermədə problem;
🔸Yuxu apnoesi;
🔸Yorğunluq, depressiya;
🔸Bel çevrəsində yağlanma (hətta arıq insanlarda belə);
🔸İnsulin dirənci.

🔺Qeyd: İnsulin dirənci Polikistoz Sindromunun həm səbəbi həm nəticəsi ola bilər.

▪️Erkən diaqnoz çox önəmlidir. Müalicə olunmazsa, irəliləyərək Şəkərli diabet, qaraciyər yağlanması, arterial hipertoniya, ürək və damar xəstəliklərinə səbəb ola bilər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Endokrinoloq Rəhimli Ülkər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Endokrinoloq Rəhimli Ülkər:

Shortcuts

Share

Category