Dr. Aynur Bagırzadə

Dr. Aynur Bagırzadə Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Aynur Bagırzadə, Doctor, H. Zərdabi küçəsi, 79B, Baku.

65 yaşlı xanım pasiyent bizə sağ süd vəzisində gilədən ifraz olunan cüzi qanlı ifrazat şikayəti ilə müraciət edib. İcra ...
25/05/2026

65 yaşlı xanım pasiyent bizə sağ süd vəzisində gilədən ifraz olunan cüzi qanlı ifrazat şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı sağ süd vəzisində gilənin içərisində 2 ədəd d=4mm-dək genişlənmiş süd axarlarnın mənfəzlərində 5x3mm, 4x2mm ölçülü RDUS zamanı güclü vaskulyarizasiyalı exopozitiv əlavələr (Axardaxili Papilloma)-BIRADS-4a aşkarladıq. Pasiyent müvafiq olaraq mammoloqun qəbuluna göndərildi. Mammoloqun təyinatı üzrə pasiyentə Mammaqrafiya diaqnostik müayinə metodu və gilədən ifraz olunan qanlı ifrazatdan yaxma tövsiyyə olundu və icra edildi. Pasiyentə cərrahi əməliyyat (Sektoral rezeksiya) təklif edildi və icra edildi.
P.S. Vakada həm USM, həm Mammaqrafiya, həm də patositomorfoloji rəylər təqdim olunub.

🇬🇧English version

A 65-year-old female patient applied to us with a complaint of slight bloody discharge from the gland in the right breast. During the performed Ultrasound Examination (USG), we detected 2 dilated milk ducts up to d=4mm in the right breast gland, and during Colour Doppler, we detected strongly vascularized exopositive appendages (Intraductal Papilloma) - BIRADS-4a measuring 5x3mm, 4x2mm. The patient was accordingly referred to a mammologist. According to the mammologist's prescription, the patient was recommended and performed a mammography diagnostic examination method and a smear from the bloody discharge from the gland. The patient was offered and performed a surgical operation (Sectoral resection).
P.S. In the case, both USG, Mammography, and pathocytomorphological reports were submitted.

Cüməniz mübarək!!! Hər kəsə yüksək əhval ruhiyyəli, xoş ovqatlı, pozitiv həftəsonu arzu edirəm🤲🤲🤲🌺🌸🌼🪻🪷🌹🌷💐
22/05/2026

Cüməniz mübarək!!! Hər kəsə yüksək əhval ruhiyyəli, xoş ovqatlı, pozitiv həftəsonu arzu edirəm🤲🤲🤲🌺🌸🌼🪻🪷🌹🌷💐

Gününüz xoş keçsin və bütün işləriniz avand olsun inşallah🤲🤲🌙✨
21/05/2026

Gününüz xoş keçsin və bütün işləriniz avand olsun inşallah🤲🤲🌙✨

43 yaşlı xanım pasiyent bizə dismenoreya (ağrılı menstruasiya) şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəs...
20/05/2026

43 yaşlı xanım pasiyent bizə dismenoreya (ağrılı menstruasiya) şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zananı endometriyada 10x5mm ölçülü RDUS zamanı avaskulyar fibroz polip aşkarladıq. Pasiyent müvafiq olaraq ginekoloqun qəbuluna göndərildi. Ginekoloqun təyinatı üzrə pasiyentə Histeroskopiya diaqnostik müayinə metodu tövsiyyə olundu və icra edildi. Küretaj nəticəsində pasiyent fibroz polipdən azad oldu. Proseduru icra edən dəyərli həmkarım Turan xanıma həmişəki kimi mükəmməl nəticə əldə etdiyinə görə təşəkkürümü bildirirəm🥰❤️
P.S. Vakada həm USM, həm də patositomorfoloji rəylər təqdim olunub.

🇬🇧English version

A 43-year-old female patient referred to us with a complaint of dysmenorrhea (painful menstruation). During the performed Ultrasound Examination (USG), we detected an avascular fibrous polyp measuring 10x5mm in the endometrium during Colour Doppler. The patient was accordingly referred to a gynecologist. According to the gynecologist's prescription, the patient was recommended and performed a hysteroscopy diagnostic examination method. As a result of curettage, the patient was freed from fibrous polyps. I would like to express my gratitude to my valuable colleague Turan , who performed the procedure, for achieving an excellent result as always🥰❤️
P.S. Both USG and pathocytomorphological reports were submitted in the case.

17.05.26 may tarixində Türkiyə Yerel Basın Birliyinin təşkil etdiyi “Başarı Ödülü” mükafatlandırma mərasimində təltif ol...
19/05/2026

17.05.26 may tarixində Türkiyə Yerel Basın Birliyinin təşkil etdiyi “Başarı Ödülü” mükafatlandırma mərasimində təltif olunmaq mənim üçün böyük qürur və unudulmaz bir uğur oldu. Bu dəyərli mükafat fəaliyyətimə verilən yüksək qiymətin, peşəmə olan sevgi və məsuliyyətimin göstəricisidir.

Bu uğurun əldə olunmasında mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, insanın ən böyük motivasiyası gördüyü işin dəyər görməsi və faydalı ola bilməsidir. Gələcək fəaliyyətimdə də eyni əzm və məsuliyyətlə çalışaraq insanlara faydalı olmağa davam edəcəyəm.

“Başarı Ödülü” mənim üçün sadəcə bir mükafat deyil, həm də daha böyük uğurlara aparan motivasiya və ilham mənbəyidir.





16.05.26 tarixində keçirilən Crystal Awards tədbirində mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. ...
18/05/2026

16.05.26 tarixində keçirilən Crystal Awards tədbirində mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur peşəmə olan sevgimin, daim inkişaf etməyə çalışmağımın və göstərilən etimadın ən dəyərli nəticələrindən biridir.

Bu yolda mənə dəstək olan ailəmə, həmkarlarıma, dostlarıma və ən əsası güvənini əsirgəməyən pasiyentlərimə sonsuz təşəkkür edirəm. Hər bir uğurun arxasında zəhmət, inam və sevgi dayanır.

Gələcəkdə də fəaliyyətimi eyni məsuliyyət və peşəkarlıqla davam etdirərək insanlara faydalı olmağa çalışacağam. Bu dəyərli mükafat mənim üçün yeni uğurlara aparan böyük motivasiyadır. ✨🥇🏆🥳

13-14 mart tarixlərində keçirilən “Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər” adlı...
15/05/2026

13-14 mart tarixlərində keçirilən “Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər” adlı elmi konfransda iştirak edərək sertifikatla təltif olundum.

Bu uğur mənim peşəkar inkişaf yolumda önəmli addımlardan biridir. Konfrans çərçivəsində əldə etdiyim yeni bilik və beynəlxalq təcrübələr gələcək fəaliyyətimdə pasiyentlərə daha keyfiyyətli tibbi xidmət göstərməyimə böyük töhfə olacaq.

Elm və tibb sahəsində daim inkişaf etmək, yenilikləri izləmək və insan sağlamlığı naminə çalışmaq mənim üçün ən böyük motivasiyadır.

47 yaşlı xanım pasiyent bizə uşaqlıq yolundan ifraz olunan qanama şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayi...
15/05/2026

47 yaşlı xanım pasiyent bizə uşaqlıq yolundan ifraz olunan qanama şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı endometriyada 10x6mm ölçülü fibroz polip aşkarladıq. Müvafiq olaraq pasiyent ginekoloqun qəbuluna göndərildi. Ginekoloqun təyinatı üzrə pasiyentə Histeroskopiya diaqnostik müayinə metodu tövsiyyə olundu və icra edildi. Pasiyent polipdən azad oldu. Proseduru icra edən həmkarım Türkan xanıma həmişəki kimi əldə etdiyi mükəmməl nəticəyə görə təşəkkürümü bildirirəm😘🌹
P.S. Vakada həm USM, həm də patositomorfoloji rəylər təqdim olunub.

🇬🇧English version

A 47-year-old female patient came to us with a complaint of vaginal bleeding. During the performed Ultrasound Examination (USG), we detected a 10x6mm fibrous polyp in the endometrium. Accordingly, the patient was referred to a gynecologist. According to the gynecologist's prescription, the patient was recommended and performed a hysteroscopy diagnostic examination method. The patient was free from polyps. I would like to thank my colleague Turkan , who performed the procedure, for the excellent results she achieved as always😘🌹
P.S. Both USG and pathocytomorphological reports were submitted in the case.

37 yaşlı xanım pasiyent bizə sol süd vəzisində palpator olaraq böyük ölçülü sərt əllənən kütlə şikayəti ilə müraciət edi...
14/05/2026

37 yaşlı xanım pasiyent bizə sol süd vəzisində palpator olaraq böyük ölçülü sərt əllənən kütlə şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı sol süd vəzisində aşağı-daxili kvadrantda 33x24mm ölçülü lobulyar konturlu, iri dənəvari strukturlu, RDUS zamanı perinodulyar mülayim vaskulyarizasiyalı solid törəmə (Filloid Tumor)-BIRADS 4a aşkarladıq. Pasiyent müvafiq olaraq mammoloqun qəbuluna göndərildi. Mammoloqun təyinatı üzrə əlavə diaqnostik müayinə metodu olaraq pasiyentə Mammaqrafiya tətbiq edildi.
P.S. Vakada həm USM, həm də Mammaqrafiya rəyləri təqdim olunub.

🇬🇧English version

A 37-year-old female patient referred to us with a complaint of a large, hard mass palpable in the left breast. During the performed Ultrasound Examination (USG), we detected a 33x24mm lobular contour, large granular structure, and perinodular mild vascularization solid tumor (Phylloid Tumor)-BIRADS 4a in the lower-inner quadrant of the left breast. The patient was accordingly referred to a mammologist. Mammography was applied to the patient as an additional diagnostic examination method according to the mammologist's prescription.
P.S. Both USG and Mammography reports were submitted in the case.

52 yaşlı xanım pasiyent bizə profilaktik məqsədlə qalxanvari vəzin Ultrasəs Müayinəsinə (USM) görə müraciət edib. İcra e...
13/05/2026

52 yaşlı xanım pasiyent bizə profilaktik məqsədlə qalxanvari vəzin Ultrasəs Müayinəsinə (USM) görə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı qalxanvari vəzin sol payında divaryanı 8x3mm ölçülü papilyar əlavəsi olan 20x10mm ölçülü hamar, dəqiq konturlu, septalı quruluşa malik, periferiyasında 2mm ölçülü kalsinat olan, RDUS zamanı avaskulyar kistoz strukturlu törəmə (Kompleks kista? Papilyar Cr?)-TIRADS 4c aşkarladıq. Onu da nəzərinizə çatdırım ki, pasiyentin heç bir şikayəti yoxdur. Pasiyent endokrinoloqun qəbuluna göndərildi. Endokrinoloqun təyinatı üzrə pasiyentə İncə İynə Aspirasiyon Biopsiya (İİAB) tövsiyyə olundu və tətbiq edildi.
P.S. Vakada həm USM, həm də patositomorfoloji rəylər təqdim olunub.

🇬🇧English version

A 52-year-old female patient referred us for a preventive thyroid ultrasound (USG). During the performed ultrasound examination (USG), we detected a smooth, well-defined, septate structure of 20x10mm in the left lobe of the thyroid gland with a papillary attachment measuring 8x3mm in size, a calcification measuring 2mm in size on the periphery, and during the Colour Doppler an avascular cystic structure (Complex cyst? Papillary Cr?)-TIRADS 4c. I would also like to inform you that the patient has no complaints. The patient was referred to an endocrinologist. Fine Needle Aspiration Biopsy (FNAB) was recommended and performed on the patient according to the endocrinologist's prescription.
P.S. Both USG and pathocytomorphological reports were submitted in the case.

🩺Yuxarı Ətrafların Arterial Doppler Ultrasəs MüayinəsiYuxarı ətrafların arterial Doppler ultrasəs müayinəsi qol və əllər...
12/05/2026

🩺Yuxarı Ətrafların Arterial Doppler Ultrasəs Müayinəsi

Yuxarı ətrafların arterial Doppler ultrasəs müayinəsi qol və əllərdə yerləşən damarların vəziyyətini qiymətləndirmək üçün aparılan təhlükəsiz və ağrısız diaqnostik üsuldur. Bu müayinə vasitəsilə arteriyalarda qan axınının sürəti, damar daralması, tutulma və digər qan dövranı pozğunluqları müəyyən edilir.

Müayinə hansı hallarda tövsiyə olunur?

* Qollarda keyimə və soyuqluq hissi
* Əldə və barmaqlarda göyərmə
* Qol ağrıları və zəiflik
* Damar tutulması şübhəsi
* Travma və ya əməliyyatdan sonrakı vəziyyətin qiymətləndirilməsi
* Şəkərli diabet və damar xəstəlikləri zamanı nəzarət məqsədilə

Müayinənin üstünlükləri

* Ağrısız və təhlükəsizdir
* Şüalanma yoxdur
* Qısa müddətdə aparılır
* Damarların vəziyyəti dəqiq qiymətləndirilir
* Erkən diaqnostika imkanı yaradır

Sağlam damarlar – sağlam həyat deməkdir! Vaxtında müayinə olunaraq damar problemlərinin qarşısını almaq mümkündür.

Address

H. Zərdabi Küçəsi, 79B
Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Aynur Bagırzadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category