Dr.İlkin Göyüşov

Dr.İlkin Göyüşov Uroloq, onkoloq olararaq işləyirəm. Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam.

Sfinkter (musculus sphincter) boşluqlu orqanı və ya hər hansı bir dəliyi sıxan sirkulyar əzələyə deyilir. Məsələn, sidik...
28/04/2026

Sfinkter (musculus sphincter) boşluqlu orqanı və ya hər hansı bir dəliyi sıxan sirkulyar əzələyə deyilir.

Məsələn, sidik kisəsinin sfinkteri sidik kisəsi əzələ qişasının orta qatının qalınlaşması ilə formalaşır və sidiyin çıxışını kontrol edir.

22/04/2026

Böyrəkdən sidiyin çıxa bilməməsi ilə böyrəklər getdikcə genişlənməyə başlayır və zamanla öz funksiyasını itirir. Buna hidronefroz deyilir. Hidronefrozun əsas iki səbəbi var. Hansı səbəbdən olduğunu əlamətlərdən başa düşmək olur. Lakin bütün hallarda hidronefroza mümküq qədər tez müdaxilə etməliyik. Yoxsa nəticədə böyrəyi itirə bilərik.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Böyrəklərimiz qanımızı gündə neçə dəfə süzür?
20/04/2026

Böyrəklərimiz qanımızı gündə neçə dəfə süzür?

09/04/2026

Kreatinin artaması ilə iltihab arasında əlaqə varmı? İltihablanma zamanı kreatinin artarmı? Kreatinin hansı hallarda artar?

Bir izləyicinin sualından yola çıxaraq iltihab və kreatinin arasındakı əlaqə və ümumiyyətlə hansı hallarda keratinin artması ilə bağlı məlumat verdim.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Anastomoz, tibbi termin olaraq iki boşluqlu orqan (damar, bağırsaq, sidik kanalı və s.) arasında süni və ya təbii şəkild...
06/04/2026

Anastomoz, tibbi termin olaraq iki boşluqlu orqan (damar, bağırsaq, sidik kanalı və s.) arasında süni və ya təbii şəkildə yaradılmış birləşmə deməkdir.

Cərrahiyyədə bu, adətən bir hissəsi kəsilmiş orqanın uclarının yenidən bir-birinə tikilərək keçiriciliyin bərpa edilməsidir.

01/04/2026

Əgər pasiyyentdə tək böyrək varsa və o böyrəkdə də şiş, onkoloji xəstəlik aşkarlanıbsa, bu halda nə etməli? Burada bizim yanaşmamız mövcud olan tək böyrəyi mümkün qədər qoruyub saxlamaqdır. Yəni təkcə şişi çıxaraq, böyrəyi isə, saxlamağı hədəfləyirik. Çünkü 2 böyrəyi də olmayan xəstə dializə getməyə məcbur olacaq ki, biz mümkün olduğu qədər bundan qaçmağa çalışırıq. Bəzən şiş, törəmə aşkarlanan kimi, pasiyentlərə böyrəyi çıxarmaq tövsiyə olunur. Bəzən müraciət edyiniz xəstəxananın maddi texniki imkanları həkimi bu seçimi etməyə məcbur edir. Yaxşı olar ki, başqa bir həkimin də fikrini soruşasınız və onsuz da tək qalmış böyrəyinizi çıxarmağa tələsməyəsiniz.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Sağlam böyrək nə boyda olmalıdır?
26/03/2026

Sağlam böyrək nə boyda olmalıdır?

22/03/2026

Tək böyrək anadangəlmə də ola bilər, sonradan böyrəklərdən birinin itirilməsi ilə də təkböyrəklilik ola bilər. Böyrəyin birinin itirilmə səbəbi də müxtəlif ola bilər. Bütün hallarda tək böyrəklə yaşayanlara tövsiyəmiz ildə ən az iki dəfə böyrəyini yoxlatdırmalarıdır. Belə olduqda tək böyrəklə yaşamağın heç bir problemi olmayacaq.

Tək böyrəklə yaşamaq haqqında ətraflı məlumat üçün videoya baxın. Suallarınız yaranarsa, qeyd edin.

Ramazan və  Novruz bayramlarınızı təbrik edirəm!
20/03/2026

Ramazan və Novruz bayramlarınızı təbrik edirəm!

"Uro" yunan mənşəli ouron sözündən gəlir və sidik deməkdir. "Stoma" isə ağız və ya dəlik mənasına gəlir. Urostoma sidiyi...
17/03/2026

"Uro" yunan mənşəli ouron sözündən gəlir və sidik deməkdir. "Stoma" isə ağız və ya dəlik mənasına gəlir.

Urostoma sidiyin bədəndən xaric edilməsini təmin etmək üçün əməliyyatla, süni şəkildə yaradılan xaricə açılan bir boşluq və ya bir dəlikdir.

Burada məqsəd orqanizmin itirdiyi funksiyanı (sidik ifrazını) əməliyyatla bərpa etməkdir.

12/03/2026

Sidik qaçırma stress tipli, ya da total sidik qaçırma şəklində ola bilər. Total sidik qaçırma o deməkdir ki, müəyyən səbəbdən pasiyentin sidik saxlayan mexanizmi, sfinkteri işləmir və onlar hiss etmədən sidik axır. Bu insanlar üçün süni sfinkter tətbiq oluna bilir. Süni sfinkterlə bu pasiyentlər problemi tamamilə həll edə bilirlər.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!
08/03/2026

8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

Address

Tbilisi Prospekti, 147
Baku
1122

Opening Hours

Monday 10:00 - 16:00
Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 16:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00
Saturday 10:00 - 16:00

Telephone

+994708105551

Alerts

Be the first to know and let us send you an email when Dr.İlkin Göyüşov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category