Dr. Ülviyyə Məmmədova
Ağız ,Diş, Çənə xəstəlikləri və Cərrahiyyəsi Uzmanı
-2005-ci ildə kimya -biologiya litseyini bitirərək Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur.
-2010-cu ildə Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Gazi Üniversitetinin Diş Həkimliyi fakültəsinin Ağız Diş Çənə Xəstəlikləri və Cərrahisi anabilim Dalında uzmanlıq təhsilinə başl
amışdır.
-2012-ci ildə Gazi Üniversiteti Tibb Fakültəsi Xəstəxanasında 9 ay sürən Anesteziyoloji, Təcili, KBB, Ümumi Cərrahi, Plastik Cərrahi Anabilim dallarında rotasyon təhsilini tamamlamışdır.
-2013-cü ildə İsveçrənin Basel şəhərində Reykjavik Universitetində Prof.Daniel Buserin rəhbərliyi altında estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə praktiki təcrübə keçmişdir.
-2015-ci ildə ABŞ-ın Portland şəhərində Emanuel Legacy və Providence klinakalarında Professor Erik Dierksin rəhbərliyi altında üz-çənə nahiyyəsinin travmaları, gicgah çənə oynağının xəstəlikləri və cərrahiyəsi sahəsində elmi praktiki təcrübə keçərək fəxri diplomla təltif olunmuşdur.
-2015 ci ilin iyul ayında Gazi Universitetində doktorantura təhsilini tamamlayaraq Ağız Diş Çənə Xəstəlikləri və Cərrahisi sahəsində PHD Uzman Doktor olmuşdur. Onlarla elmi konfranslara qatılıb poster və sözlü sunumlarla çıxış etmişdir. Onlarla elmi məqalələrin müəllifidir.
‘’Dental İmplant Cerrehisinde Preoperatif və Postoperatif Anksiyete Durumunun Değerlendirilməsi’’ adlı kitabın müəllifidir.
“Gömülü mandibular 3.molar cerrahisi sonrası sinir yaralanmaları insidansının değerlendirilmesi ”adlı projenin müəllifidir. American Association of Oral and Maxillofacial Surgeons (AAOMS), European Association for Cranio-Maxillofacial Surgery (EACMFS) ,Türk Oral və Maksillofasiyal Cerrahi Derneği, Ağız və Çənə Yüz Cərrahisi Derneği, Türk Oral İmplantoloji Derneği, Osseointegrasyon Derneğinin üzvüdür. DENTAL İMPLANTOLOGIYA,
AĞIZ DİŞ VƏ ÇƏNƏ CƏRRAHİYYƏSİ,
AĞIZ İÇİ SÜMÜK KÖÇÜRMƏ ƏMƏLİYYATLARI,
QALÇA SÜMÜYÜNDƏN(İLİAC SÜMÜYÜ) ALINMIŞ GREFTLƏRLƏ SÜMÜK TRANSPLANTASYONU,
ORTOGNATİK CƏRRAHİYYƏ,
GICGAH ÇƏNƏ OYNAĞININ XƏSTƏLİKLƏRİ VƏ CƏRRAHİYYƏSI,
ÜZ ÇƏNƏ TRAVMALARININ AÇIQ VƏ QAPALI METODLARLA MÜALICƏSI İLƏ MƏŞĞULDUR.