Androloq Uroloq İsmayılov Namiq

Androloq Uroloq İsmayılov Namiq Androloq-Uroloq Uroloq Androloq

Yay aylarında yüksək temperatur təkcə yorğunluq və halsızlıq yaratmır, eyni zamanda kişi reproduktiv sağlamlığına da təs...
13/07/2026

Yay aylarında yüksək temperatur təkcə yorğunluq və halsızlıq yaratmır, eyni zamanda kişi reproduktiv sağlamlığına da təsir göstərə bilər. 🌡️

Bəs isti hava s***ma keyfiyyətinə necə təsir edir və bu riskləri azaltmaq üçün nələrə diqqət etmək lazımdır?

➡️ Cavabları öyrənmək üçün slaydları sürüşdürün.

📞 Əlavə suallarınız və ya narahatlığınız varsa, bizimlə əlaqə saxlayın:
+994 50 565 11 11

Sifilis bilavasitə cinsi yolla ötürülən və vaxtında aşkarlanmadıqda sağlamlığa ciddi zərər vura və hətta ölümə gətirə bi...
09/07/2026

Sifilis bilavasitə cinsi yolla ötürülən və vaxtında aşkarlanmadıqda sağlamlığa ciddi zərər vura və hətta ölümə gətirə bilən xəstəlikdir.

Sözügedən xəstəlik sinir sistemini də zədələyir, bu proses artıq ikincili sifilis mərhələsində inkişaf etməyə başlayır, simptomlar və geridönməz fəsadlar üçüncü fazada əmələ gəlir.

Xəstəliyin çoxdan müalicə olunmasına baxmayaraq, çox vaxt gecikmiş, ya da xəstəliyin ümumiyyətlə müalicə edilməməsi müşahidə edilir.

Qasıq yırtıqları qasıq nahiyəsində əmələ gələn və qarın boşluğuna ağrı verən yırtıqlardır. 3 növ qasıq yırtığı mövcuddur...
06/07/2026

Qasıq yırtıqları qasıq nahiyəsində əmələ gələn və qarın boşluğuna ağrı verən yırtıqlardır. 3 növ qasıq yırtığı mövcuddur:

☑️Lokalizasiyaya görə;
☑️Qarının düz xətti boyunca;
☑️Əməliyyat sonrası yırtıqlar.

Qasıq yırtıqlarının ən əsas yaranma səbəbi anadangəlmə aponevroz zəifliyidir. Bu hal varsa, gec-tez qasıq yırtığı yaranacaqdır.

İkinci dərəcəli səbəblər isə aşağıdakılardır:

☑️Daimi ağır fiziki işlə məşğul olmaq;
☑️Siqaret çəkənlərdə xroniki öskürək;
☑️Allergiya zamanı tez-tez asqırmaq;
☑️Qəbizlik;
☑️Yüksək bədən çəkisi (piylənmə);
☑️Hamiləlik;
☑️Çətin doğuş;
☑️Sidik ifrazının çətinləşməsi və s.

Qasıq yırtıqları ağrılıdırsa və gündəlik həyat fəaliyyətini çətinləşdirirsə, cərrahi üsulla aradan qaldırılır.

Urogenital trixomoniaz cinsi yolla keçən xəstəliklər arasında ən çox yayılmışlardan biridir. Dünyanın inkişaf etmiş ölkə...
02/07/2026

Urogenital trixomoniaz cinsi yolla keçən xəstəliklər arasında ən çox yayılmışlardan biridir. Dünyanın inkişaf etmiş ölkələrində bu xəstəliyin yoluxma tezliyi 2-10 % təşkil edir.

Trixomoniaz xəstəliyinin formaları iltihabın dərəcəsi və davamiyyət müddətinə görə müəyyən edilir:

1-ci forma: Yeni başlamış kəskin, yarımkəskin və azsimptomlu (torpid) forma.
2-ci forma: Simptomların zəif olduğu xroniki forma.
3-cü forma: Gizli forma. Bu zaman xəstəlik əlamətləri olmur və parazit yaxmada aşkar edilir.

Xəstəliyin ən təhlükəli forması da məhz gizli formadır. Ona görə də hökmən 6 aydan bir təcrübəli uroloq-androloqa yoxlanış məqsədi ilə müraciət etmək lazımdır ki, sonra gecikmə və fəsadlar baş verməsin.

Varikosel sonsuzluğa səbəb olurmu❓Bütün hallarda yox.Amma müalicə olunmadıqda kişi məhsuldarlığına təsir göstərə bilər. ...
29/06/2026

Varikosel sonsuzluğa səbəb olurmu❓

Bütün hallarda yox.
Amma müalicə olunmadıqda kişi məhsuldarlığına təsir göstərə bilər. ☝️

👉 Daha ətraflı məlumat üçün slaydları çevirin.

Kişilərdə testosteron ifrazı sutkalıq ritmlə tənzimlənir.Bu hormonun səviyyəsi gecə yuxusunun dərin fazasında artır, səh...
25/06/2026

Kişilərdə testosteron ifrazı sutkalıq ritmlə tənzimlənir.
Bu hormonun səviyyəsi gecə yuxusunun dərin fazasında artır, səhər saatlarında isə (təxminən 6:00–9:00 arası) maksimuma çatır 📈

💡 Nəyə görə bu vacibdir?
– Testosteron analizləri yalnız səhər saatlarında götürüldükdə etibarlı olur.
– Səhər enerjisi, əhval yüksəliyi və cinsi aktivlik də bu təbii hormon pikiylə əlaqəlidir.

📉 Gün ərzində səviyyə tədricən azalır və axşam minimuma enir.
Bu, orqanizmin bioloji ritminin bir hissəsidir.

Əgər səhər saatlarında belə enerjisizlik, libidonun azalması və ya əzələ zəifliyi hiss edirsinizsə — bu, testosteron çatışmazlığının əlaməti ola bilər 🆘

Fimoz – valideynlərin uroloq-androloqa ən çox müraciət etdikləri cinsiyyət üzvü problemlərindən biridir!Fimoz dedikdə fi...
22/06/2026

Fimoz – valideynlərin uroloq-androloqa ən çox müraciət etdikləri cinsiyyət üzvü problemlərindən biridir!
Fimoz dedikdə fizioloji və qazanılma səbəblərdən dolayı sünnət dərisi xarici dəliyinin daralması başa düşülür. Bu patologiya 5-6 yaşlı oğlanlarda daha tez-tez rast gəlinir.

Oğlanlarda fimozun səbəbləri:

🔹Cinsiyyət üzvünün sünnət dərisi və başcığında iltihab halları, çapıq dəyişikliklərinə gətirib çıxaran sünnət dərisi travmaları.
🔹Aktiv böyümə dönəmində başcıq və sünnət dərisi xarici dəliyinin diametrinin müvəqqəti və ya daimi uyğunsuzluğu. Sünnət dərisi quruluşunun anatomik özəllikləri (hipertrofik fimoz).

🔹Kliniki olaraq, fimoz özünü cinsiyyət üzvü başcığının sünnət dərisi halqasından çıxa bilməməsi ilə büruzə verir. Bu zaman sidiyəçıxmada ağrı, diskomfort yarana bilər, sidik təzyiqi altında cinsiyyət üzvünün sonluğunda “kürəcik” şişir.

🔹Körpə sidiyə çıxmaqda çətinlik çəkir, gücənməli olur. Bu zaman sidik nazik şırnaqla ifraz olunur.

18/06/2026

Balanopostit p***s başını zədələyən kəskin və xroniki iltihabi xəstəlikdir.
Statistikaya görə, sünnət olunmamış kişilərin təxminən 3-4 %-i balanopostitdən əziyyət çəkir!

Balanopostitin yaranmasına bir sıra amillər təsir edir:

🔹Pen*s başındakı dərinin nazik olması;
🔹Vəzlərin ifrazatı, duz kristalları ilə sidik qalıqlarının prepusial kisədə uzunmüddətli toplanması;
🔹Şəxsi gigiyena qaydalarına əməl edilməməsi;
🔹Həm xəstədə, həm də partnyorunda yaranmış cinsi yolla keçən xroniki formalı bakterial infeksiya və xəstəliklər;
🔹Sünnət dərisinin açılışının daralması (daha çox şəkərli diabet nəticəsində yaranan fimoz).

Müalicə taktikasının seçilməsi üçün balanopostitin başlanğıc səbəbi böyük əhəmiyyət kəsb edir. Xəstəliyin mənbəyinə təsir xəstəni onun təkrarlanmasından xilas etməyə imkan verir.

Xayalarda sallanma və venalarının genişlənməsi ilə müşayiət olunan varikosele kişilərdə sonsuzluğun ən yayğın səbəblərin...
11/06/2026

Xayalarda sallanma və venalarının genişlənməsi ilə müşayiət olunan varikosele kişilərdə sonsuzluğun ən yayğın səbəblərindən biridir. O, bəzən simptomsuz olur, bəzən isə xayalarda ağrı ilə özünü göstərir.

Uzun müddət müalicə olunmayan varikosele s***m keyfiyyətini azaldaraq məhsuldarlığa ciddi təsir edə bilər.

Vaxtında diaqnoz və əməliyyat ilə bu problemin qarşısını almaq mümkündür.

Sidik kisəsi xərçəngi sidik kisəsi divarında bədxassəli şişin inkişaf etdiyi onkoloji xəstəlikdir 🆘👉 Sidik kisəsi şişlər...
08/06/2026

Sidik kisəsi xərçəngi sidik kisəsi divarında bədxassəli şişin inkişaf etdiyi onkoloji xəstəlikdir 🆘

👉 Sidik kisəsi şişləri diaqnostikasının açar metodu ilk olaraq ultrasəs müayinəsi, sonra isə sistoskopiya – sidik kisəsi boşluğunun endoskopik baxışı və morfoloji diaqnoz alınması üçün biopsiyadır.

☝️ Sidik kisəsi xərçənginin müalicəsi həmişə kompleks şəkildə olmalı, özündə cərrahi və dərman müalicəsini birləşdirməlidir. Müalicə taktikası şiş prosesi mərhələsindən asılıdır. Bu diaqnozdan yan keçmək üçün mütləq 6 aydan bir mütəxəssisə baş vurmaq lazımdır.

Address

Medikus Klinikası
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

0505651111

Alerts

Be the first to know and let us send you an email when Androloq Uroloq İsmayılov Namiq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Androloq Uroloq İsmayılov Namiq:

Shortcuts

Share

Category