Sağlam Ailə Tibb Mərkəzi

Sağlam Ailə Tibb Mərkəzi "SAĞLAM AİLƏ" xəstəxana deyil, profilaktik müayinə mərkəzidir.

💧 Ozonoterapiya orqanizmin ümumi sağlamlığının dəstəklənməsinə yönəlmiş müasir tibbi prosedurlardan biridir.✅ Müxtəlif h...
29/07/2026

💧 Ozonoterapiya orqanizmin ümumi sağlamlığının dəstəklənməsinə yönəlmiş müasir tibbi prosedurlardan biridir.

✅ Müxtəlif hallarda kompleks müalicənin tərkib hissəsi kimi tətbiq olunan ozonoterapiya:

✔️ İmmun sistemini dəstəkləyir;
✔️ Qan dövranının yaxşılaşmasına kömək edir;
✔️ Hüceyrələrin fəaliyyətini dəstəkləyir;
✔️ Bərpa proseslərinin daha effektiv getməsinə kömək edir.

👨‍⚕️ Prosedur həkim konsultasiyasından sonra fərdi göstərişlərə əsasən həyata keçirilir.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📞 Əlaqə: (012) 910
📱 WhatsApp: (055) 4000 910
🌐 www.saglamaile.az

❗"Fekal kalprotektin: hansı pasiyentdə, nə zaman və necə şərh edilməlidir?" mövzusunda ödənişsiz vebinar!👨‍⚕️ İştirak üç...
28/07/2026

❗"Fekal kalprotektin: hansı pasiyentdə, nə zaman və necə şərh edilməlidir?" mövzusunda ödənişsiz vebinar!

👨‍⚕️ İştirak üçün dəvət olunur: qastroenteroloqlar və uşaq qastroenteroloqları, terapevtlər, internistlər, ailə həkimləri, pediatrlar, koloproktoloqlar, kolorektal cərrahlar, laboratoriya həkimləri, klinik biokimya mütəxəssisləri, iltihabi bağırsaq xəstəlikləri ilə işləyən revmatoloqlar və infeksionistlər, rezidentlər və tibb tələbələri.

🎓 Vebinarda iştirak edənlərə rəqəmsal sertifikat təqdim olunacaq. Qeydiyyatdan keçmək üçün profil hissəsindəki (bio) linkə daxil ola bilərsiniz.

🗓️ Vebinar: 30.07.2026, saat 16:00.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

📞 (012) 910
📱 WhatsApp: (055) 4000 910
🌐 www.saglamaile.az

🤝 Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığımız çərçivəsində ADY əməkdaşları üçün xüsusi üstünlük təqdim edirik.🚆 ADY əmək...
28/07/2026

🤝 Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığımız çərçivəsində ADY əməkdaşları üçün xüsusi üstünlük təqdim edirik.

🚆 ADY əməkdaşları SAĞLAM AİLƏ Tibb Mərkəzində tibbi xidmətlərdən 25% endirimlə yararlana bilərlər.

💙 Sağlamlığınızı peşəkar həkim heyətinə etibar edin və tibbi xidmətlərimizdən sərfəli şərtlərlə faydalanın.

📌 Endirimdən yararlanmaq üçün əməkdaş olduğunuzu təsdiq edən sənəd təqdim etməyiniz kifayətdir.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

📞 Əlaqə: (012) 910
📱 WhatsApp: (055) 4000 910
🌐 www.saglamaile.az

Ümumdünya Hepatitlə Mübarizə Günü virus hepatitləri barədə ictimai məlumatlılığın artırılması, erkən diaqnostikanın və p...
28/07/2026

Ümumdünya Hepatitlə Mübarizə Günü virus hepatitləri barədə ictimai məlumatlılığın artırılması, erkən diaqnostikanın və profilaktik tədbirlərin əhəmiyyətinin vurğulanması məqsədilə qeyd olunur.

Virus hepatitlərinin qarşısının alınmasında məlumatlılıq, vaxtında müayinə və profilaktik tədbirlərə əməl edilməsi mühüm rol oynayır.

Bu gün çərçivəsində dünyanın müxtəlif ölkələrində geniş ictimai maarifləndirmə aparılır və qorunma yolları barədə cəmiyyət məlumatlandırılır.

Sağlam gələcəyin formalaşması hər birimizin məsuliyyətli yanaşmasından başlayır.

Məlumatlı olaq, vaxtında müayinə olunaq və sağlam həyat naminə birlikdə addım ataq.

📌Nərimanov filialımızda sağlamlığınız üçün ehtiyac duyduğunuz laborator və poliklinik xidmətlər bir ünvanda təqdim olunu...
27/07/2026

📌Nərimanov filialımızda sağlamlığınız üçün ehtiyac duyduğunuz laborator və poliklinik xidmətlər bir ünvanda təqdim olunur.

🩺 Müasir tibbi avadanlıqlar, peşəkar həkim heyəti və dəqiq laborator müayinələrlə sağlamlığınızın keşiyindəyik.

📍 Ünvan: Əhməd Rəcəbli küçəsi 3/10.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📞 Əlaqə: (012) 910
📱 WhatsApp: (055) 4000 910
🌐 www.saglamaile.az

Beyin insan orqanizminin ən mürəkkəb və ən dəyərli orqanlarından biridir. Yaddaş, diqqət, emosional tarazlıq və qərarver...
22/07/2026

Beyin insan orqanizminin ən mürəkkəb və ən dəyərli orqanlarından biridir. Yaddaş, diqqət, emosional tarazlıq və qərarvermə kimi vacib funksiyalar beynin sağlam fəaliyyətindən asılıdır.

🧠 Beyin toxuması ağrı reseptorlarına malik deyil. Buna görə də beynin özü ağrını hiss etmir. Baş ağrısı zamanı hiss olunan ağrı isə beyin toxumasından deyil, onu əhatə edən damarlar, sinirlər və digər toxumalardan qaynaqlanır.

Bu fakt bir daha göstərir ki, beyin sağlamlığını qorumaq üçün profilaktik müayinələrə, sağlam həyat tərzinə və risk amillərinin vaxtında nəzarətdə saxlanılmasına diqqət yetirmək vacibdir.

Söz - vicdanın güzgüsüdür. Bu dəyəri qoruyan, həqiqətləri doğru, qərəzsiz və dəqiq şəkildə cəmiyyətimizə əks etdirən, bö...
21/07/2026

Söz - vicdanın güzgüsüdür. Bu dəyəri qoruyan, həqiqətləri doğru, qərəzsiz və dəqiq şəkildə cəmiyyətimizə əks etdirən, böyük məsuliyyət və iradəni tərənnüm edən bütün mətbuat işçilərini təbrik edirik!

Cəmiyyətin maariflənməsində, obyektiv informasiya mühitinin formalaşmasında və ictimai şüurun inkişafında göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə təşəkkür edirik.

Qələminiz hər zaman güvənin təminatçısı, sözünüz isə cəmiyyətin dayanıqlı etimad mənbəyi olsun.

Sizə tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Milli Mətbuat Gününüz mübarək!

🔻Hepatit uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Məhz buna görə vaxtında peyvənd olunmaq və mütəmadi müay...
17/07/2026

🔻Hepatit uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Məhz buna görə vaxtında peyvənd olunmaq və mütəmadi müayinələrdən keçmək sağlamlığınızı qorumağın ən etibarlı yollarından biridir.

🛡️ 28 İyul – Ümumdünya Hepatit Gününə özəl olaraq Hepatit B peyvəndi və hepatit analizlərinə 20% endirim təqdim edirik.

📅 Kampaniya müddəti:
20.07.2026 – 31.07.2026

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

📞 Əlaqə: (012) 910
📱 WhatsApp: (055) 4000 910
🌐 www.saglamaile.az

Ədalət cəmiyyətin dayağı, etimadın isə təməlidir.Hər il qeyd olunan Beynəlxalq Ədalət Günü bizə hüququn aliliyinin, bəra...
17/07/2026

Ədalət cəmiyyətin dayağı, etimadın isə təməlidir.

Hər il qeyd olunan Beynəlxalq Ədalət Günü bizə hüququn aliliyinin, bərabərliyin və məsuliyyətli qərarvermənin əhəmiyyətini bir daha xatırladır. SAĞLAM AİLƏ Tibb Mərkəzi olaraq ədalət gündəlik seçimlərimizdə, insanlara yanaşmamızda və iş münasibətlərimizdə rəhbər tutduğumuz əsas dəyərlərdəndir.

Məhz bu yanaşmamızla fəaliyyətimizdə dürüstlük və məsuliyyət prinsiplərinə sadiq qalaraq etimadımızı möhkəmləndirir, daha sağlam gələcəyin formalaşmasına xidmət edirik 💙⚖️

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və SAĞLAM AİLƏ Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata ...
15/07/2026

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və SAĞLAM AİLƏ Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən növbəti təcrübə müddəti yekunlaşıb.

Feldşer-laborant ixtisası üzrə təhsil alan tələbələrimiz təcrübə müddətini uğurla başa vurub.

Fevral–iyul ayları ərzində davam edən təcrübə müddətində tələbələrimiz SAĞLAM AİLƏ Tibb Mərkəzinin Laboratoriya şöbəsi, Biomaterialların götürülməsi və qəbulu bölmələrinin Preanalitik mərhələsində təcrübə keçib, peşəkar bacarıqlarını artırdılar və 6 aylıq təcrübə müddətinə müsbət notlarla yekun vurdular.

Bu münasibətlə SAĞLAM AİLƏ Tibb Mərkəzinin rəhbərliyi tələbələrə görüş keçirib.

Görüşdə Mərkəzin İdarəçi Direktoru Vədiyə Ələkbərzadə təbrik nitqi ilə çıxış edərək tələbələrimizə gələcək karyerlarında uğurlar arzu edib. Daha sonra tələbələrə müvəffəqiyyət sertifikatları və xatirə hədiyyələri təqdim edib.

Tələbələrimiz üçün yaradılan şəraitə və xüsusi diqqətə görə SAĞLAM AİLƏ Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, təcrübə proqramı tələbələrin gələcək peşə fəaliyyətlərinə hazırlığının gücləndirilməsinə böyük töhfə verdi.

Tələbələrimizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Address

Nərimanov
Baku
AZE1075

Alerts

Be the first to know and let us send you an email when Sağlam Ailə Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sağlam Ailə Tibb Mərkəzi:

Shortcuts

Share