14/12/2024
Bu balaca, aylar öncə çox ağır və çətin yola bizimlə barəbar başladı. Doğulan günün ertəsi yemək borusunun olmaması və kloaka (düz bağırsağın və uşaqlıq yolunun qapalı olması) səbəbiylə 1 günlükkən iki ağır əməliyyat keçirtdi. Yemək borusunu bərpa etdik, bağırsağın bir hissəsini müvəqqəti olaraq qarın ön divarına çıxartdıq. 3-4 ay məcbur gözlədik və təzəlikçə düz bağırsağını və uşaqlıq yolunu bərpa etdik. Problemlərinin 90% həll olub. 1-2 ay sonra stomanı da ləğv edib Allahın izniylə gələcək, sağlam həyata göndərmək ümidiylə🙏. Uşaqlar xəstələnməsin…