30/07/2026
Onurğa yırtığı fəqərələr arasında yerləşən diskin zədələnməsi və sinirlərə təzyiq göstərməsi nəticəsində yaranır. Bu vəziyyət bel, ayaq və ya boyunda ağrı, keyimə, gücsüzlük və hərəkət məhdudiyyəti ilə özünü göstərə bilər.
🔹 Müalicə üsulları:
✔️ İstirahət və gündəlik həyat tərzinin tənzimlənməsi
✔️ Ağrıkəsici və iltihabəleyhinə dərman müalicəsi
✔️ Fizioterapiya, əzələ gücləndirici məşqlər və manual terapiya
✔️ Epidural steroid inyeksiyaları ilə ağrının azaldılması
✔️ Zərurət olduqda cərrahi müalicə (mikrodiskektomiya və ya endoskopik əməliyyatlar)
Müalicə üsulu yırtığın ölçüsünə, yerləşməsinə və xəstənin ümumi vəziyyətinə əsasən həkim tərəfindən fərdi şəkildə müəyyən edilir.
📞 Davamlı bel və ya boyun ağrılarınızı laqeyd yanaşmayın. Erkən diaqnoz və düzgün müalicə ilə həyat keyfiyyətinizi qorumaq mümkündür. Ətraflı məlumat və qəbul üçün bizimlə əlaqə saxlayın.