Xestexana Heyati

Xestexana Heyati Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xestexana Heyati, Health & Wellness Website, ATU, Baku.

📊24 saat, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin Bakı şəhəri üzrə iyun ayına dair ə...
16/07/2026

📊24 saat, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin Bakı şəhəri üzrə iyun ayına dair əsas statistik göstəriciləri ilə tanış olun https://www.facebook.com/1098737002448907/posts/1349920143997257

📞 Bir zənglə başlayan operativ xidmət... AzTV-nin hazırladığı reportajda "103" Çağrı Mərkəzinin gündəlik fəaliyyəti, dax...
16/07/2026

📞 Bir zənglə başlayan operativ xidmət... AzTV-nin hazırladığı reportajda "103" Çağrı Mərkəzinin gündəlik fəaliyyəti, daxil olan çağırışların operativ idarə olunması və təcili tibbi yardım briqadalarının koordinasiyası təqdim olunub. 🎥 Ətraflı videoreportajda https://www.facebook.com/reel/2458035221384695/

Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunub TƏBİB-də Azərbaycan Respublikası Prez...
15/07/2026

Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunub TƏBİB-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə orden və medallar təqdim olunub. Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Anar Bayramov dövlət təltiflərinin tibb işçilərinin peşəkarlığına, fədakar əməyinə və ölkədə tibb xidmətlərinin inkişafına verdikləri töhfəyə göstərilən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd olunub ki, insan sağlamlığının keşiyində dayanan tibb işçilərinin əməyi böyük məsuliyyət, yüksək peşəkarlıq və fədakarlıq tələb edir. Dövlət tərəfindən göstərilən bu yüksək etimad təkcə təltif olunanlar üçün deyil, bütün tibb ictimaiyyəti üçün qürur mənbəyidir və gələcək fəaliyyət üçün əlavə stimul yaradır. Daha sonra dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə orden və medallar təqdim olunub. https://www.facebook.com/1098737002448907/posts/1349196527402952

TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 24 iyul 2026-cı il tarixində Qobustan və ...
15/07/2026

TĆŹBİB-in İcraçı direktoru Anar Bayramov vÉ™tÉ™ndaĹź qÉ™bulu qrafikinÉ™ uyÄźun olaraq 24 iyul 2026-cı il tarixindÉ™ Qobustan vÉ™ Ĺžamaxı rayon sakinlÉ™rini qÉ™bul edÉ™cÉ™k. 📍 QÉ™bul Qobustan Rayon MÉ™rkÉ™zi XÉ™stÉ™xanasında keçirilÉ™cÉ™k. 📞 VÉ™tÉ™ndaĹźlar [email protected] elektron ĂĽnvanına mĂĽraciÉ™t edÉ™ vÉ™ ya "815" ÇaÄźrı MÉ™rkÉ™zi ilÉ™ É™laqÉ™ saxlayaraq qÉ™bula yazıla bilÉ™r. https://www.facebook.com/1098737002448907/posts/1348913790764559

TƏBİB-in tibb müəssisələrində onlayn növbə sistemi vətəndaşlara daha rahat və operativ xidmət imkanı yaradır 📲 Tibbi xid...
14/07/2026

TƏBİB-in tibb müəssisələrində onlayn növbə sistemi vətəndaşlara daha rahat və operativ xidmət imkanı yaradır 📲 Tibbi xidmətlərdən daha rahat faydalanmaq üçün “mygov” tətbiqi üzərindən onlayn növbənizi əvvəlcədən yaradın. 📹 Ətraflı videoçarxda https://www.facebook.com/reel/4363995560581474/

Həkim və MütəxəssislərTəklifinizi alın : www.doktorrandevu.az
14/07/2026

Həkim və Mütəxəssislər
Təklifinizi alın : www.doktorrandevu.az

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır...
13/07/2026

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır 🩺 Könüllülərin “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” 65 yaşdan yuxarı şəxslərin profilaktik tibbi müayinələrinin keçirildiyi tibb müəssisələrinə təhkim olunması nəzərdə tutulub. 🔗Daha ətraflı: https://tabib.gov.az/media/xeberler/1016 https://www.facebook.com/1098737002448907/posts/1347490320906906

TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb TƏBİB və “Azerconnect Group” arasında vətəndaşlara...
13/07/2026

TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb TƏBİB və “Azerconnect Group” arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış müqaviləyə əsasən "103" Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır. TƏBİB-in İcraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə yönəlib: "Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək. “Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir”. “Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə formalaşmışdır. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”. Qeyd edək ki, tərəflər "103"ə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin tətbiqi istiqamətində də əməkdaşlıq edəcəklər. https://www.facebook.com/1098737002448907/posts/1347382244251047

Address

ATU
Baku

Alerts

Be the first to know and let us send you an email when Xestexana Heyati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share