Azerbaijan Thalassaemia Federation

Azerbaijan Thalassaemia Federation It should be noted that no state of the world is able to solve thalassaemia problem on its own. We s Registration Number is 1117-Q59-3486

26/07/2026
Hörmətli müəssisə və təşkilat rəhbərləri!Yay aylarında qan ehtiyatlarının azalması hər il müşahidə olunan ciddi probleml...
18/07/2026

Hörmətli müəssisə və təşkilat rəhbərləri!
Yay aylarında qan ehtiyatlarının azalması hər il müşahidə olunan ciddi problemlərdən biridir.
Azərbaycanda hər ay 2 mindən çox talassemiya pasiyentinin həyatı və sağlamlığı mütəmadi qan köçürülməsindən asılıdır. Hər bir talassemiya pasiyentinə fərdi ehtiyacından asılı olaraq ay ərzində 1–4 paket eritrosit komponenti köçürülür. Bu səbəbdən donor qanına olan ümumi tələbat olduqca yüksəkdir.
Bu dövrdə iş yerlərində könüllü və təmənnasız qanvermə aksiyalarının təşkili qan ehtiyatlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qanvermə aksiyasının birbaşa iş yerində keçirilməsi əməkdaşlar üçün rahat şərait yaradır, daha çox əməkdaşın aksiyada iştirak etməsinə imkan verir, eyni zamanda kollektivdə həmrəylik və qarşılıqlı dəstək ruhunu gücləndirir.
Azərbaycan Talassemiya Federasiyası müəssisə və təşkilat rəhbərlərini öz kollektivlərində könüllü, təmənnasız qanvermə aksiyalarının təşkilinə dəstək verməyə dəvət edir.
Öz tərəfimizdən aksiyanın təşkili ilə bağlı bütün zəruri məlumatı təqdim etməyə, təşkilati məsələlərdə dəstək göstərməyə və prosesin koordinasiyasını həyata keçirməyə hazırıq.
Əlaqə
Telefon: +994 50 620 62 60
WhatsApp: +994 50 607 88 66

Birlikdə daha çox insanın həyatını xilas edə bilərik! AR Səhiyyə Nazirliyi Respublika Qan Bankı AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Thalassaemia Intl Federation

11/07/2026

Maarifləndirici tədbirlərin sonunda iştirakçılara sertifikatların təqdim olunması dünyada geniş yayılmış gözəl bir ənənədir.
Bu ənənəyə uyğun olaraq, Azərbaycan Talassemiya Federasiyası tərəfindən 1 iyun tarixində keçirilən Pasiyent Məktəbinin bütün iştirakçılarına sertifikatlar təqdim olundu.
Sertifikat bizim üçün sadəcə xatirə sənədi deyil. O, tədbirimizdə iştirak edən, yeni biliklər əldə edən, fikir və təcrübə mübadiləsi aparan hər bir iştirakçıya təşəkkürümüzün və minnətdarlığımızın ifadəsidir.
İnanırıq ki, hər bir Pasiyent Məktəbi yeni biliklər qazanmaq, faydalı təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin yeni dostluqlar qurmaq üçün dəyərli bir fürsətdir. Belə görüşlər pasiyentlərin və onların ailələrinin daha məlumatlı, daha inamlı və bir-birinə daha sıx bağlı olmasına töhfə verir.
Bu günü bizimlə birlikdə keçirən hər kəsə səmimi təşəkkürümüzü bildirir, hər birinizə möhkəm can sağlığı, uğurlar və yeni görüşlər arzulayırıq! Thalassaemia Intl Federation AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Talassemiya Pasiyentləri üçün Ödənişsiz Reabilitasiya İmkanı!Talassemiya diaqnozlu şəxslər və onların yaxınları üçün müh...
10/07/2026

Talassemiya Pasiyentləri üçün Ödənişsiz Reabilitasiya İmkanı!
Talassemiya diaqnozlu şəxslər və onların yaxınları üçün mühüm məlumatı diqqətinizə çatdırırıq.
Dövlət tərəfindən təqdim olunan ödənişsiz tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərindən yararlanmaq üçün rezervasiya qaydaları aşağıdakı kimidir: Rezervasiya üçün addımlar:

Addım 1: Müraciət
Bakı və Abşeron sakinləri: DOST Mərkəzlərinə müraciət edin.

Digər rayon və şəhər sakinləri: Əraziniz üzrə Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK) yaxınlaşın.
Tələb olunan sənəd: Şəxsiyyət vəsiqəsi.

Qeyd: Müraciət zamanı yataq fondunun doluluq vəziyyəti nəzərə alınaraq istədiyiniz tarixə rezervasiya formalaşdırılır.

Addım 2: Bildiriş və Qəbul
Rezervasiya təsdiqləndikdən sonra sizə SMS bildiriş vasitəsilə mərkəz və vaxt haqqında məlumat göndəriləcək.
Təyin olunmuş tarixdə, şəxsiyyət vəsiqəniz və diaqnoza uyğun əlavə müayinə sənədləri ilə birlikdə müvafiq Reabilitasiya Mərkəzinə yaxınlaşaraq xidmətə başlaya bilərsiniz.

🏥 Ölkəmizdə fəaliyyət göstərən Reabilitasiya Mərkəzləri:
Bakı və ətrafı: 1 və 2 №-li Uşaq Reabilitasiya Mərkəzləri, Şağan, Mərdəkan, Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzləri.

Regionlar: Sumqayıt, Xaçmaz, Şirvan, Şəki, Şəmkir (uşaq), Lənkəran, Yevlax, Naftalan, Qəbələ (uşaq) Reabilitasiya Mərkəzləri.
📞 Əlavə məlumat üçün:
🌐 Veb-sayt: sosial.gov.az
☎️ Çağrı Mərkəzi: 142

Paylaşaraq bu məlumatın ehtiyacı olan daha çox şəxsə çatmasına dəstək olun! @ ƏƏSMN DOST Agentliyi AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Thalassaemia Intl Federation

04/07/2026
30/06/2026

Təlim zamanı uşaqlar müxtəlif mövzularla yanaşı, qan donorluğunun əhəmiyyəti haqqında da məlumat aldılar.
Onlar bu mövzunu böyük maraq və diqqətlə dinlədilər. Çünki talassemiyalı uşaqlar çox yaxşı bilirlər ki, qan donorluğu onların həyatının ayrılmaz bir hissəsidir və müntəzəm qan köçürülməsi sayəsində sağlam böyümək və gələcəyə ümidlə baxmaq mümkündür. AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Thalassaemia Intl Federation Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

28/06/2026

Ən səmimi təbəssümlər, ən saf duyğular və rənglərlə dolu anlar… ❤️
Qoy uşaqlarımızın həyatı həmişə rəngarəng, sağlam və xoşbəxt olsun! ❤️ Thalassaemia Intl Federation AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Azərbaycan Talassemiya Federasiyası layihəmizə göstərdiyi informasiya dəstəyinə və fəaliyyətimizin işıqlandırılmasına gö...
27/06/2026

Azərbaycan Talassemiya Federasiyası layihəmizə göstərdiyi informasiya dəstəyinə və fəaliyyətimizin işıqlandırılmasına görə Nəzər Media kollektivinə səmimi təşəkkürünü bildirir. Dəstəyiniz və əməkdaşlığınız bizim üçün çox dəyərlidir!

26/06/2026

1 iyun tarixində keçirilən “Talassemiya Pasiyentləri Məktəbi” çərçivəsində Azərbaycan Talassemiya Federasiyasının İdarə Heyətinin sədri, sədr müavinləri və İdarə Heyətinin üzvünün iştirakı ilə sual-cavab sessiyası təşkil olundu.
Sessiya zamanı pasiyentləri və onların valideynlərini maraqlandıran çoxsaylı suallar cavablandırıldı. Görüşdə Azərbaycanda talassemiya sahəsində mövcud vəziyyət, pasiyentlərin üzləşdiyi problemlər, gen terapiyası sahəsində dünyada əldə olunan son yeniliklər və bu müalicə üsulu ilə bağlı iştirakçıları maraqlandıran mövzular müzakirə olundu.
Səmimi və interaktiv şəraitdə keçən sessiya iştirakçıların böyük marağına səbəb oldu, faydalı fikir mübadiləsi ilə yadda qaldı və pasiyentlərin məlumatlandırılmasına öz töhfəsini verdi. Thalassaemia Intl Federation AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

25/06/2026

Sistemin artıq işlədiyini yalnız o zaman demək mümkün olacaq ki, pasiyentlər və onların valideynləri analiz cavablarını vaxtında ala bilsinlər. Çünki müalicənin keyfiyyəti birbaşa bundan asılıdır.

Azərbaycan Talassemiya Federasiyası talassemiya pasiyentlərinin üzləşdiyi bu vacib problemin işıqlandırılmasına görə ARB televiziya kanalına təşəkkürünü bildirir. Ümid edirik ki, bu məsələnin həlli istiqamətində operativ addımlar atılacaq və pasiyentlər analiz cavablarını vaxtında alaraq təhlükəsiz və keyfiyyətli müalicə ilə təmin olunacaqlar. AR Səhiyyə Nazirliyi AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi TƏBİB Thalassaemia Intl Federation

Address

Lermontov Str. 121 Apt 4
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994506078866

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Thalassaemia Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share