04/02/2026
Graves xəstəliyi autoimmun mənşəli qalxanabənzər vəz xəstəliyidir. Bu xəstəlikdə immun sistem yalnız qalxanabənzər vəzi deyil, göz arxasındakı toxumaları da hədəf ala bilir.
🔴 Graves xəstəliyində gözlər niyə bərəlir?
Graves zamanı yaranan anticisimlər:
❗️göz arxasında yerləşən əzələ və yağ toxumasında iltihab yaradır
❗️toxumalarda şişkinlik və maye toplanmasına səbəb olur
❗️göz alması önə doğru itələnir
Bu vəziyyət Graves oftalmopatiyası və ya tiroid göz xəstəliyi adlanır.
Bu vəziyyət Graves oftalmopatiyası və ya tiroid göz xəstəliyi adlanır.
⚠️ Əlamətlər nələrdir?
• Gözlərin iri və çıxıq görünməsi
• Göz quruluğu, yanma, batma hissi
• Qızartı və şişkinlik
• İşığa həssaslıq
• Göz qapaqlarının tam bağlanmaması
• İkiqat görmə
❗ Ağır hallarda görmə zəifləyə bilər.