Implant-Dent

Implant-Dent İmplant Dent stomatoloji klinikasının rəsmi facebook hesabı Elə bu tarixdən klinikada dişlərin implantasiyası aparılaraq yüksək nəticələr əldə olunmuşdur.

İmplant Dent stomatoloji klinikası 1998-ci ildə ilk implantasiya yönümlü özəl klinika olaraq yaranmışdır. Bu işdə məqsəd klinikaya müraciət edən insanlara yüksək səviyyəli müasir stomatoloji xidmət təşkil etmək olmuşdur. Bu işləri həyata keçirmək üçün klinikada ixtisaslı kadrlar-həkim və tibb bacıları uyğun təkmilləşmə kursları keçmişlər.Bundan başqa implantlar üzərinə dişlərin hazırlanması fərqli xüsusi qaydalarla aparıldığı üçün yeni tələblərə cavab verən və müasir tipli diş-texniki laboratoriyası yaradılmışdır. Tam və səviyyəli stomatoloji xidmət üçün yalnız implantasiyanı yetərli saymaq olmaz. Buna görə də klinikaya dar ixtisaslar üzrə bacarıqlı və tanınmış həkimlər işə dəvət olundu. Beləliklə ortodontiya (diş sırası qüsurlarının bərpası), endodontiya (diş kanallarının işlənməsi), ortopediya (diş protezlərinin hazırlanması), periodontoloji (diş əti xəstəliklərinin müalicəsi) sahələr ayrı-ayrı ixtisaslı həkimlərə etibar edildi.

2007-ci ildən klinika tamamilə yeni avadanlıqlarla təhciz olunmuş yeni binada fəaliyyət göstərir. Təsadüfi deyil ki, bizim klinika yeganə özəl klinikadır ki, Tibb Universitetinin tədris bazası kimi fəaliyyət göstərir və tələbələrə stomatoloji biliklərə və praktik işlərə yiyələnməkdə öz köməyini əsirgəmir. 2013-cü ildə klinikanın imkanları yeni implantoloji - cərrahi bölümün istifadəyə verilməsi ilə daha da genişlənmişdir. Klinikada müxtəlif dilləri bilən və inkişaf etmiş dünya ölkələrində təcrübə keçmiş həkimlər çalışır.

Address

Rəşid Behbudov 104 G
Baku

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00

Telephone

+994503228252

Alerts

Be the first to know and let us send you an email when Implant-Dent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Implant-Dent:

Shortcuts

Share